11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Onlayn şahmat seriyasının səkkizinci mərhələsində növbəti görüşlər keçirilib

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsində növbəti görüşlərini keçirib.Ş.Məmmədyarov “Aimchess Rapid” adlanan mərhələ yarışının növbəti dörd oyununda Hindistan təmsilçiləri ilə qarşılaşıb. Belə ki, günün ilk görüşündə -9-cu turda rəqibi Arjun Eriqaisi üzərində qələbə qazanan şahmatçımız sonrakı oyunda Santoş Viditlə heç-heçə edib. Növbəti turda Dommaraju Qukeşə məğlub olan Ş.Məmmədyarov günün son qarşılaşmasını qələbə ilə başa vurub.Aktivində 23 xal olan Azərbaycan qrossmeysteri ikinci sırada qərarlaşıb.Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.xeber100.com

Oktyabr 17, 2022 11:54

Şahmat üzrə Qran-Pri turnirinə təmsilçilərimiz qələbə ilə başlayıblar

Rumıniyada şahmat üzrə Qran-Pri turnirinə Azərbaycan təmsilçiləri qələbə ilə başlayıblar.Turnirin birinci turunda şahmatçılarımız Misrətdin İsgəndərov almaniyalı İlya Gutkin, Ülvi Sadıqov isə ukraynalı Vladislav Fişçuku məğlub ediblər.Doqquz turdan ibarət olacaq yarış oktyabrın 23-dək davam edəcək.xeber100.com

Oktyabr 17, 2022 11:52

UEFA Çempionlar Liqasının əsas mərhələsində

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” futzal klubunun yer aldığı beşinci qrupun oyunlarına hakim təyinatları açıqlanıb.Oyunları Çaix Viktor (Fransa), Jan Kresta (Çexiya), Lukas Peska (Slovakiya) və David Abtequya Urdanoz (İspaniya) idarə edəcəklər.Matçların hakim-inspektoru Boqdan Soresku (Rumıniya), UEFA nümayəndəsi isə ispaniyalı Viktor Beceyro olacaqlar.Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki Mithad Hujdur Hujka Arenada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.Oktyabrın 26-da “Araz-Naxçıvan” “Orebro” (İsveç), ertəsi gün “Loznika Qrad” (Serbiya), ayın 29-da isə “Mostar” (Bosniya və Herseqovina) ilə qarşılaşacaq.xeber100.com

Oktyabr 17, 2022 11:50

“Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında qələbə qazanıb

“Sabah” klubu Azərbaycan Premyer Liqasında 20-ci ev qələbəsini qazanıb. Yubiley “Zirə” ilə qarşılaşmaya təsadüf edib. Azərbaycan Premyer Liqasının X turunun matçında meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. “Sabah” 20-ci qələbəsini 57-ci oyununda əldə edib.Bakı klubu öz meydanında ən azı 20 dəfə üç xal qazanan 32-ci komanda olub. Paytaxt təmsilçisi eyni sayda qələbə əldə edən “Səbail” və “Bakılı”ya çatıb.Qeyd edək ki, “Sabah” Premyer Liqadakı ilk ev qələbəsini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində qazanıb – 1:0.xeber100.com

Oktyabr 16, 2022 12:32

“Real Madrid” və “Barselona” komandaları üz-üzə gəliblər

Bu gün növbəti “El Klasiko” oynanılıb.“Real Madrid” və “Barselona” komandaları La Liqanın doqquzuncu turunda üz-üzə gəliblər.Əzəli rəqiblər “Santyaqo Bernabeu”dakı görüşə çempionatın şərikli liderləri kimi çıxıblar. Kərim Benzema 12-ci dəqiqədə “Real Madrid”i hesabda önə çıxarıb. Görüşün 35-ci dəqiqəsində Federiko Valverde hesab arasındakı fərqi artırıb. Matçın 83-cü dəqiqəsində “Barselona”nın futbolçusu Ferran Torres fərqlənib. Rodriqonun uzatma dəqiqələrindəki penalti zərbəsi isə “Real Madrid”ə 3:1 hesablı qələbə qazandırıb.Qeyd edək ki, 9 turdan sonra “Real” 25 xalla turnir cədvəlində birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.xeber100.com

Oktyabr 16, 2022 11:59

Futbol üzrə Azərbaycan Premyer Liqasında onuncu tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında onuncu tura yekun vurulub.Turun sonuncu oyununda Azərbaycan çempionu “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edib.“Azersun Arena”da oynanılan matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Ölkəmizdə UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın heyətində Ramil Şeydayev dubl edib, Musa Qurbanlı isə fərqlənib. “Sumqayıt”ın qolunu isə Almir Aqanspahiç vurub.Xallarının sayını 27-yə çatdıran “Qarabağ” turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Sumqayıt” klubu 4 xalla doqquzuncudur.Hesabında 25 xal olan “Sabah” klubu turnir cədvəlində ikinci, “Neftçi” 22 xalla üçüncü pillədə yer alıblar. “Zirə” və “Qəbələ” 16 xalla 4-5-ci yerdə qərarlaşıblar. “Turan Tovuz” (12 xal) altıncı, “Səbail” (9) yeddinci, “Kəpəz” (4) səkkizinci, “Şamaxı” (3) isə onuncudur.xeber100.com

Oktyabr 16, 2022 11:54

“Verona” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

İtaliyanın “Verona” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.A Seriyası təmsilçisi Salvatore Bokkettiyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır. Otuz beş yaşlı Bokketti bir neçə gün öncə istefaya göndərilmiş Qabriele Çoffini əvəz edib. 47 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.“Verona” A Seriyasının geridə qalan 9 turunda cəmi 1 qələbə qazanıb və 5 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.S.Bokketti ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək.xeber100.com

Oktyabr 15, 2022 12:48

Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.“Sabah” evdə “Zirə”ni qəbul edib.“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 72-ci dəqiqədə Emmanuel Apeh vurub. 84-cü dəqiqədə qonaqlardan Coşqun Diniyev ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.Bu nəticədən sonra xallarını 25-ə çatdıran “Sabah” liderliyə yüksəlib. 16 xalı olan “Zirə” isə 4-cü sırada qalıb.Qeyd edək ki, turun əvvəlki iki oyununda “Şamaxı” evdə “Qəbələ” ilə 1:1 “Səbail” isə səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib. Tura oktyabrın 16-da keçiriləcək “Kəpəz”-“Neftçi” və “Qarabağ”-“Sumqayıt” matçları ilə yekun vurulacaq.

Oktyabr 15, 2022 12:43

İtaliyada şahmatçılar arasında dünya çempionatı davam edir

İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.Bu gün şahmatçılarımız dördüncü turda mübarizə aparacaqlar. Kişilərin turnirində liderlər qrupunda yer alan Abdulla Qədimbəyli (3 xal) Almaniya təmsilçisi Frederik Svanla görüşəcək, yarışdakı digər təmsilçimiz Məhəmməd Muradlı (1 xal) isə xorvatiyalı Borna Kotiklə qarşılaşacaq.Qızların yarışında ilk üç turu qələbə ilə başa vuran Gövhər Beydullayeva (3 xal) ukraynalı Yelizavetta Hrebenşikova ilə mübarizə aparacaq, xalsiz olan şahmatçımız Ləman Hacıyeva avstraliyalı Jodi Modeltonla üz-üzə gələcək.Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir.xeber100.com

Oktyabr 14, 2022 12:00

Onlayn şahmat seriyasının səkkizinci mərhələsinə start veriləcək

Bu gün “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsinə start veriləcək.“Aimchess Rapid” adlanan mərhələ yarışının birinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə mübarizə aparacaq.Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.xeber100.com

Oktyabr 14, 2022 11:58
    Page 76 of 831« First«...102030...7475767778...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az