Şahmat üzrə növbəti mötəbər yarışa start veriləcək

Azərbaycanda oktyabrın 2-də şahmat üzrə növbəti mötəbər yarışa start veriləcək.Bu dəfə Naxçıvan Muxtar Respublikası 16 yaşadək idmançılar arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Yarışda ölkəmiz 5 komanda ilə təmsil olunacaq.Azərbaycan-1 komandasında Read Səmədov (2455), Fərid Orucov (2352), Şiroğlan Talıbov, Süleyman Süleymanlı (2304), Səmra Qasımova (1902), Nərmin Abdinova (1740), Azərbaycan-2 kollektivində isə Cahandar Azadəliyev (2304), Ümid Aslanov (2273), Xəqan Əhməd (2196), İslam Hacıəliyev (1633), Xanım İsmayılova (1901) və Aysel Cəfərova (1489) yer alıblar. Aydan Şükürova (1732), Nurtən Nuriyeva (1691),Lalə Hüseynova (1702), Ayan Hüseynli (1572), Səadət Bəşirli (1567), Nərmin Nəsibova (1504) Azərbaycan-3, Tunar Davudov (1868), Aqil İsrailov (1883), Paşam Əlizadə (1770), Elcan Əbdülkərimli (1742), Leyla Rzalı (1451) Azərbaycan-4 komandasının heyətində güclərini sınayacaqlar. Azərbaycan-Naxçıvan komandasının heyətində Seyid Hüseyn (2097), Rza Həsənli (1566), Rəcəb Abdullabəyli (1506), Sadiq Abbasov (1542), Nazlı Hümbətova (1632) və Zərifə Abbasova (1480) çıxış edəcəklər.Olimpiadada ilk turun oyunları oktyabrın 2-də keçiriləcək. Doqquz turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.On altı yaşadək idmançılar arasında Ümumdünya Şahmat Olimpiadasında 25 ölkədən 35 komanda mübarizə aparacaq.xeber100.com

Sentyabr 28, 2022 12:51

UEFA Millətlər Liqasının C Liqasının üçüncü qrupunun son görüşündə

Futbol üzrə Azərbaycan yığması ardıcıl üçüncü qələbəsini qazanıb.Millimiz UEFA Millətlər Liqasının C Liqasının üçüncü qrupunda son görüşündə Qazaxıstan seçməsini qəbul edib."Dalğa Arena"da oynanılan matçda Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bədavi Hüseynov, Filip Ozobiç və Ozan Can Kökcü yer alıblar.Qazaxıstan seçməsinin heyətində meydana İqor Şatski, Nuralı Alip, İslambek Kuat, Abılayxan Jumabek, Aslan Darabayev, Elxan Astanov, Baqdat Kairov, Timur Dosmaqambetov, Ramazan Orazov, Marat Bıstrov və Aleksandr Maroçkin çıxıblar.Matçın 35-ci dəqiqəsində Qazaxıstan millisi azlıqda qalıb. Nuralı Alip yığmamızın üzvü Renat Dadaşova qarşı kobudluq etdiyi üçün sarı vərəqə görüb. Müdafiəçi ardınca Eddi İsrafilovu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Komandaların cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb.Yığmamız ikinci hissəyə daha fəal başlayıb. Görüşün 65-ci dəqiqəsində Mahir Emreli hesabı açmağa yaxın olsa da, qapıçı İqor Şatski yaxşı oynayıb. Oyunda hesab 67-ci dəqiqədə açılıb. Belə ki, qazaxıstanlı futbolçu Aleksandr Maroçkin avtoqol müəllifi olub. Matçın 74-cü dəqiqəsində millimizin üzvü Filip Ozobiç baxımlı qola imza atıb. Qarşılaşmanın 83-cü dəqiqəsində Filip Ozobiçin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. Oyunda son qolu 90+1-ci dəqiqədə Anatoli Nuriyev vurub. Forvard millidə 11-ci matçda ilk qoluna imza atıb.Beləliklə, görüş millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.Hesabında 10 xal olan Azərbaycan millisi qrup ikinci pillədə başa vurub. On üç xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Qrupda yer alan Slovakiya 7 xalla üçüncü, Belarus isə 3 xalla sonuncu – dördüncü olub.Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstan millisinə qalib gəlməyi bacarıb. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələmişdi.

Sentyabr 25, 2022 3:17