05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Avtoidman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib

Vyanada Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib. İclasda gələnilki mövsümün təqvimi təsdiq olunub.Azərtac f-1.az saytına istinadla xəbər verir ki, təqvimin açıqlanmasını səbirsizliklə gözləyən ölkələrdən biri də Azərbaycan olub. Çünki builki yarış 24 saatlıq Le Man marafonu ilə eyni həftəsonunda təşkil olunmuşdu və bu, azarkeş sayına təsir göstərmişdi. Növbəti mövsümün ilkin təqvimində də Bakı mərhələsinin iyunun 18-də təşkil olunacağı bildirilmişdi və bu yenə Le Mandakı yarışla üst-üstə düşmək demək idi.Təsdiqlənən yeni təqvim ölkəmiz üçün qənaətbəxş sayıla bilər. Bakıdakı yarış ilkin təqvimdə açıqlanan vaxtdan bir həftə sonra – iyunun 25-də baş tutacaq. Buna təsir edən amillərdən biri də Almaniya Qran-prisinin təqvimdən çıxarılması olub.Daha bir əlamətdar hadisə isə yarışımızın adının dəyişdirilməsidir. Debüt ilində Avropa Qran-prisi adlandırılan yarış gələn ildən Azərbaycan Qran-prisi kim tanınacaq.Mövsüm 20 yarışdan ibarət olacaq. Yarış martın 26-da Avstraliyada başlayıb, noyabrın 26-da Əbu-Dabidə başa çatacaq.xeber100.com

Dekabr 1, 2016 11:06

“Real” klubunun hücumçusu 3 milyon dollar yardım edib

Madridin “Real” klubunun hücumçusu Kriştiano Ronaldo Braziliyanın “Şapekoense” komandasının üzləşdiyi faciəyə biganə qalmayıb.Azərtac xəbər verir ki, 31 yaşlı forvard futbolçuları təyyarə qəzasında həlak olmuş kluba yardım əlini uzadıb.Portuqaliyalı ulduz adıçəkilən klubun hesabına 3 milyon ABŞ dolları köçürüb. Ronaldo faciədə həlak olanların ailələrinə bu sözlərlə təskinlik verib: “Baş verən faciə xəbərindən hələ də şokdayam. Mən hadisə qurbanlarının ailə üzvləri və yaxınlarının acı kədərləri ilə həmrəyəm”, - deyə K. Ronaldo qeyd edib.xeber100.com

Dekabr 1, 2016 10:50

Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı başlayıb

Dekabrın 1-də bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb.Azərtac xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışların ilk günündə bədii gimnastika üzrə balacalar (2006-2008, alətsiz, halqa, top), yeniyetmələr (2004-2005, alətsiz, ip, top, gürzlər) və gənclər (2001-2003, ip, halqa, top, gürzlər) yaş kateqoriyasında yer almış idmançılar öz çıxışlarını nümayiş etdirirlər.Daha sonra balacalar yaş kateqoriyasında (2006-2008) 8 qrup hərəkəti komandası alətsiz və topla çıxış edəcək.Yarışın ikinci günündə bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayacaqlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş), böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edəcəklər.xeber100.com  

Dekabr 1, 2016 10:43

Sambo üzrə açıq Bakı çempionatı sona çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən sambo üzrə açıq Bakı çempionatı sona çatıb.Azərtac xəbər verir ki, yarışda 9 çəki dərəcəsi üzrə 110 idmançı qüvvəsini sınayıb.“Neftçi İdman Klubu”nun samboçuları 5 qızıl, 4 gümüş və 8 bürünc olmaqla, ümumilikdə paytaxt çempionatının 17 medalını qazanıblar.Klubun təmsilçilərindən Vaqif Mirzəli (52 kq), Tural Allahverdiyev (62 kq), Söhrab Bağırov (74 kq), Xalid Niftəliyev (90 kq) və Etibar Teymurov (100 kq-dan yuxarı) bütün qarşılaşmalardan qalib ayrılaraq çempionluq sevinci yaşayıblar.xeber100.com

Noyabr 30, 2016 11:09

KONMEBOL bütün beynəlxalq oyunları təxirə salıb

Braziliya futbolçularının olduğu təyyarənin qəzaya uğraması ilə əlaqədar Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) himayəsi altında keçirilən bütün beynəlxalq oyunlar, o cümlədən Cənubi Amerika Kubokunun final görüşləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.Xatırladaq ki, “Şapekoense” komandası Kolumbiyanın “Atletiko Nasional” klubu ilə Cənubi Amerika Kubokunun final oyununa yollanarkən təyyarə qəzasına düşüb. Son məlumata görə, qəza nəticəsində 76 nəfər həlak olub. Ümumilikdə faciədən 5 nəfər sağ qurtara bilib.xeber100.com

Noyabr 30, 2016 11:04

Avropa Şurasının 14–cü konfransı işə başlayıb

Budapeştdə Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işə başlayıb.Konfransda Azərbaycanı Gənclər və idman naziri Azad Rəhimov təmsil edir.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədbirdə son vaxtlar dopinqlə bağlı media və müstəqil tədqiqatçılar tərəfindən aparılan araşdırmalar nəticəsində ortaya çıxan nöqsanların aradan qaldırılması üçün dövlətlərin Ümumdünya Antidopinq Agentliyinə (WADA) dəstəyinin formaları, dopinqlə yenilənmiş mübarizə siyasətində idmançıların əsas hüquqlarının qorunması sahəsində ölkələrin görməli olduğu işlər, Avropa Şurası Antidopinq Konvensiyasının yenilənməsi, WADA ilə yanaşı, yeni müstəqil test qurumunun yaradılması kimi mühüm məsələlər edilir.xeber100.com

Noyabr 30, 2016 11:00

Premyer Liqasında XIII tura yekun vurulub

Noyabrın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda “Qarabağ” “Qəbələ” ilə qarşılaşıb.Turnir cədvəlinin liderini müəyyən edən oyunun ilk hissəsində qapılara qol vurulmayıb.İkinci hissədə “Qəbələ” futbolçusu Filip Ozobiç adını tabloya yazdırıb - 0:1. Növbəti qol oyunun 87-ci dəqiqəsində meydan sahibləri tərəfindən vurulub. Belə ki, “Qəbələ”nin müdafiəçisinin əllə oynaması baş hakim Rəhim Həsənovun penalti qərarı verməsinə səbəb olub və Riçard Almeyda hesabı bərabərləşdirib - 1:1. Gərgin mübarizə şəraitində keçən matçın 90+5 dəqiqəsində Qurban Qurbanovun komandası qalibiyyət qolunu vurmağı bacarıb. Görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.Beləliklə, XIII turun yekununda xallarını 31-ə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyi ələ keçirib. Cari çempionatda ilk məğlubiyyətlə üzləşən “Qəbələ” isə 28 xalla ikinci pillədə yer alıb.xeber100.com

Noyabr 30, 2016 10:56

Karate Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr və gənclər arasında 17-ci respublika birinciliyi, böyüklər arasında 24-cü respublika çempionatı keçirilib.Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubundan Azərtac-a bildiriblər ki, çempionatda 41 komandanın heyətində 430 idmançı mübarizə aparıb.Gənclər arasında çempionatda İlyas Nağıyev (61 kq) üçüncü yeri tutub. Kişilər və qadınlar arasındakı yarışda isə Tural Ələkbərli (60 kq) və Aytən Rəfiyeva (68 kq) ikinci yerdə qərarlaşıblar.FHN-in idmançıları çempionatlarda məşqçi Coşqun Sadıqovun rəhbərliyi ilə güclərini sınayıblar.xeber100.com

Noyabr 30, 2016 10:53

Milli komanda təlim-məşq toplanışına yollanıb

Azərbaycanın cüdo üzrə milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb.Azərtac xəbər verir ki, hazırda iki ölkə yığması Tbilisidə birgə hazırlıq keçir.Ötən gündən start götürən toplanışda Olimpiya mükafatçısı Rüstəm Orucov, dünya çempionu Elxan Məmmədov, Avropa və dünya mükafatçıları Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov kimi titullu cüdoçular yer alır.Bu, iki ölkə cüdoçularının ilk birgə hazırlıq prosesidir.xeber100.com

Noyabr 30, 2016 10:42

UEFA-nın İdarəetmə və Audit Komitəsinin iclası keçiriləcək

Noyabrın 29-30-da İsveçrənin Nyon şəhərində UEFA-nın İdarəetmə və Audit Komitəsinin iclası keçiriləcək.Azərtac xəbər verir ki, AFFA-nın baş katibi, qeyd olunan komitənin üzvü Elxan Məmmədov iclasda iştirak edəcək.xeber100.com

Noyabr 29, 2016 10:41
    Page 781 of 830« First«...102030...779780781782783...790800810...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az