06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

2016-cı ilin çempionu müəyyənləşib

Braziliya A seriyasında 2016-cı ilin çempionu müəyyənləşib.Azərtac xəbər verir ki, “Palmeyras” futbol klubu sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.Otuz yeddinci turda “Şapekoense” klubu üzərində 1:0 hesablı qələbə qazanan Kukanın yetirmələri turnir cədvəlində ikinci olan “Flamenqo”nu 7 xal qabaqlayıblar. Nəticədə 22 illik çempionluq həsrətinə son qoyan “Palmeyras” tarixində 9-cu dəfə A seriyasının qalibi olub.Qeyd edək ki, Sao Paolo təmsilçisi sonuncu dəfə 1994-cü ildə bu titula yiyələnmişdi.xeber100.com

Noyabr 29, 2016 10:31

Şahmat üzrə beynəlxalq yarışlar təşkil olunub

Bakıda məşhur şahmat bəstəçisi Məcnun Vahidovun 70 illiyinə həsr olunmuş şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışlar təşkil olunub.Azərtac xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının Şahmat bəstəçiliyi komissiyasının təşkil etdiyi memorial şahmat bəstəçiliyinin ikigedişli və üçgedşli bölmələri üzrə keçirilib. Yarışların direktoru Elmar Abdullayev, ikigedişli bölmənin hakimi Anatoli Stepoçkin, üçgedişli bölmənin hakimi isə Aleksandr Melniçuk olub.İkigedişli bölmədə 14 olkədən 28 müəllifin 39, üçgedişli bölmədə isə 13 ölkədən 31 müəllifin 40 şahmat məsələsi iştirak edib.xeber100.com    

Noyabr 28, 2016 11:06

Növbəti mövsümdə “Formula-1”də…

Növbəti mövsümdə “Formula-1”də daha enli təkərlərdən istifadə ediləcək. “Pirelli” şirkətinin hazırladığı yeni təkərlər indikilərlə müqayisədə 25 faiz daha enli olacaq. Ön təkərlərin eni 245 millimetrdən 305-ə, arxa təkərlərin eni isə 325 millimetrdən 405-ə qədər artırılacaq.“f-1.az” saytı xəbər verir ki, “Mercedes AMG”, “Red Bull Racing” və “Ferrari” komandaları avqust ayından etibarən yeni təkərləri müxtəlif traslarda test edəcəklər. Əbu-Dabi Qran-prisindən sonra “Yas-Marina” trasında bütün komandalara yeni təkərlərlə işləmək imkanı veriləcək.Əbu-Dabidə yeni təkərlərin təqdimatı keçirilib. “Pirelli Motorsport” şirkətinin rəhbəri Pol Hembri və idman direktoru Mario İzola jurnalistlərin müşayiəti ilə təkərlərin üzərindən örtüyü qaldırıblar. Sürücülər gələn mövsüm yenilənmiş aerodinamika və enli təkərlərlə daha sürətli dövrələr vuracaqlar.xeber100.com  

Noyabr 28, 2016 11:02

Futbol üzrə Premyer Liqasında daha bir oyun keçirilib

Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.Azərtac xəbər verir ki, turun ikinci oyununda AZAL “Sumqayıt”ı qəbul edib. Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda fərqlənmək üçün bir neçə imkan əldə edib. Lakin sevinən tərəf meydan sahibləri olub. AZAL-ın oyunçusu Nuqzar Kvirtiya 38-ci dəqiqədə hesabı açıb.İkinci hissədə komandaların fərqlənmək istəkləri boşa çıxıb. Oyunun sonlarında AZAL-ın futbolçusu Adan Koronado rəqib futbolçuya qarşı cərimə meydançası daxilində kobud oynayıb. Baş hakim Ramil Diniyev bunu penalti kimi qiymətləndirib. Nəticədə futbolçu qırmızı alaraq meydandan qovulub. Amil Yunanov cərimə zərbəsini dəqiq yerinə yetirib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.Beləliklə, bərabərlik sayəsində xallarını 5-ə çatdıran AZAL yenə sonuncu pillədə qərarlaşıb. “Sumqayıt” isə xal ehtiyatını 14-ə çatdıraraq “Zirə” ilə 5-6-cı pillələri bölüşür.xeber100.com

Noyabr 28, 2016 10:57

Karate üzrə 24-cü respublika çempionatı start götürüb

“Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında karate üzrə 24-cü respublika çempionatı start götürüb.Azərtac xəbər verir ki, noyabrın 27-də Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə keçirilən yarışın təntənəli açılış mərasimi keçirilib. Federasiyanın prezidenti Y.Bəşirov mərasimdə çıxış edərək Azərbaycanın idman sahəsində son dövrlərdə qazandığı əhəmiyyətli uğurlardan söz açıb, idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğını qeyd edib. O da diqqətə çatdırılıb ki, hazırkı respublika birinciliyində nəticə qazanmış 12 karateçi gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında təmsil olunacaq. Y.Bəşirov “Tokio-2020” Olimpiya Oyunlarında karateçilərimizə böyük ümidlər bəslənildiyini də deyib.xeber100.com

Noyabr 28, 2016 10:49

“Bavariya” futbol klubunun yeni prezidentinin adı müəyyənləşib

Almaniyanın “Bavariya” futbol klubunun yeni prezidentinin adı müəyyənləşib.Azərtac klubunun rəsmi saytına istinadla xəbər verir ki, bir müddət əvvəl məhkumluqdan bəraət alan Uli Höness yenidən klubun rəhbəri seçilib.64 yaşlı futbol funksioneri səslərin 98.5 faizini toplayıb. U.Höness 2019-cu ilədək bu vəzifəni icra edəcək.Hələ 1970-ci ildə Münhen təmsilçisinin heyətində futbolçu kimi forma geyinən U.Höness karyerası ərzində klubu ilə bütün titullara yiyələnib. Gənc yaşında ikən “Bavariya”da baş menecer işləyən Höness 30 illik fəaliyyəti dövründə münhenlilərlə bir çox nailiyyət qazanıb.O, bunadək 2009-2014-cü illərdə də “Bavariya”nın prezidenti olub.xeber100.com

Noyabr 27, 2016 2:36

Formula-1 təqviminin yeni versiyası müzakirə olunub

Əbu-Dabidə 2017-ci ilin Formula-1 təqviminin yeni versiyası müzakirə olunub.Azərtac “f-1.az” saytına istinadla xəbər verir ki, əvvəlki ildən fərqli olaraq, yeni təqvimdə Almaniya Qran-prisinə yer verilməyib. Yarışın təşkilatçıları Berni Ekklstoun ilə maliyyə məsələsində razılığa gələ bilməyiblər. Kanada və Braziliya yarışlarının taleyi hələ də sual altındadır.Yeni təqvimdə Macarıstan Qran-prisi Almaniyadakı yarış üçün təyin olunmuş günlərdə – iyulun 28-30-da keçiriləcəyi əks olunub. Digər bir fərq isə Sinqapur və Malayziya yarışları ilə bağlıdır. Sentyabrda Sepanqdakı yarışın Sinqapur Qran-prisindən əvvəl keçiriləcəyi qeyd edilmişdisə də, bu dəfə onların yerləri dəyişdirilib. Cari mövsümdə olduğu kimi, Sinqapur yarışı əvvəl keçiriləcək.Mövsümdən əvvəl testlərin tarixlərində dəyişiklik olmayacaq. İlk testlər fevralın 27-dən martın 2-dək, ikinci testlər isə martın 7-10-da Barselonada keçiriləcək.xeber100.com

Noyabr 27, 2016 2:33

Beynəlxalq turnirin final mərhələsi davam edir

Bakı İdman Sarayında güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir.Azərtac xəbər verir ki, sayca 9-cu dəfə təşkil olunan turnirə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi qatılıb.Proqrama əsasən, yarışın üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında 23 güləşçimiz xalça üzərinə çıxacaq.xeber100.com  

Noyabr 26, 2016 1:12

Futbol üzrə turnirin mükafat fondu açıqlanıb

2017-ci ildə Rusiyada təşkil ediləcək futbol üzrə Konfederasiyalar kuboku turnirinin mükafat fondu açıqlanıb.Azərtac xəbər verir ki, yarışın iştirakçıları ümumilikdə 20 milyon ABŞ dolları qazanacaqlar.Turnirin qalibi 4,1, finalçısı 3,6 milyon dollar gəlir əldə edəcək. Bürünc mükafatçı 4, medal şansını sonda əldən verən komanda 2,5 milyon dollar mükafata sahib çıxacaq. Mübarizəni qrupda başa vuran digər 4 komandanın hərəsinə 1,7 milyon dollar ödəniləcək.Qeyd edək ki, Moskva, Sankt-Peterburq, Kazan və Soçidə keçiriləcək Konfederasiyalar kuboku iyunun 17-də start götürəcək.xeber100.com

Noyabr 26, 2016 1:00

Boccia idman növü üzrə III “Seni Cup” turniri təşkil ediləcək

Dekabrın 14-də Bakı İdman Sarayında boccia idman növü üzrə III "Seni Cup" turniri təşkil ediləcək. Turnirdə 10 təşkilatdan altmışa yaxın idmançı iştirak edəcək.Milli Paralimpiya Komitəsindən Azərtac-a bildiriblər ki, komitə 2013-cü ildən ölkəmizdə boccia idman növünün təbliğinə başlayıb və xeyli sayda fiziki imkanları məhdud gənc bu idman növünə cəlb olunub.xatırladaq ki, boccia idman növünün təbliği və inkişafı məqsədi ilə Milli Paralimpiya Komitəsi və “Seni” şirkətinin dəstəyi ilə birinci və ikinci “Seni Cup” turniri keçirilib.xeber100.com  

Noyabr 26, 2016 11:53
    Page 782 of 830« First«...102030...780781782783784...790800810...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az