Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək sonuncu dörd klub müəyyənləşib. Belə ki, “Əczaçıbaşı” (Türkiyə), “Dabrova Qornitsa” (Polşa), “Modena” (İtaliya) və “Dinamo” (Krasnodar, Rusiya) klubları növbəti mərhələdə oynamaq şansı əldə ediblər.Azərtac xəbər verir ki, bu klublardan “Dabrova Qornitsa” komandası “Azərreyl”, “Modena” kollektivi isə “Telekom” komandası ilə qarşılaşacaq.“Dəmiryolçular”ın “C” qrupunda digər rəqibləri “Sen-Rafael” (Fransa) və “Fənərbağça” (Türkiyə) komandalarıdır.“Rabitəçilər” isə “A” qrupunda, həmçinin “Ximik” (Polşa) və “Konegliano” (İtaliya) klubları ilə yarışacaqlar.xeber100.com