Yunan-Roma güləşi üzrə paytaxt birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə paytaxt birinciliyi keçirilib. BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, yarışda 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə 12 klubu təmsil edən 255 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.Birincilikdə Elmir Cəlilov (42 kq), Mürşüd Hüseynov (46 kq), Ramin Əzimov (50 kq), Məmməd Əhmədov (54 kq), Elmar Kazımov (58 kq), Elvin Dünyamalıyev (63 kq), Hüseyn Əmir (69 kq), Fuad Mayılov (76 kq), Pərviz Həsənov (85 kq) və Ayaz İsmayılov (100 kq) qızıl medal qazanıblar. Yunan-Roma güləşi üzrə 18 klubu təmsil edən 282 idmançı 10 çəki dərəcəsində xalça üzərinə çıxıb. Nəticələrə görə, Həsrət Cəfərov (42 kq), Elmir Əliyev (46 kq), Həsən Kərimli (50 kq), Mirağa Yusifov (54 kq), Vəfadar Cəfərov (58 kq), Sənan Abdullazadə (63 kq), Elxan Rəfiyev (69 kq), Fikrət Vəliyev (76 kq), Əliheydər Əliyev (85 kq) və Sərxan Məmmədov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sərbəst güləş üzrə yarışlarda ilk üç, yunan-Roma güləşi üzrə yarışlarda isə ilk beş yeri tutan idmançılar açıq Respublika turnirinə vəsiqə əldə ediblər. Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.xeber100.com  

Oktyabr 17, 2016 12:03

“Neftçi” klubu müqavilə bağlayıb

“Neftçi” klubu baxışda olan 3 futbolçu ilə müqavilə bağlayıb. Klubdan Azərtac-a bildiriblər ki, müdafiəçi Mahir Şükürov, serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli mövsümün sonunadək komandanın formasını geyinəcəklər. Mahir Şükürov Azərbaycan komandaları ilə yanaşı, Türkiyənin "Antalyaspor”, "Karşıyaka” və Rusiyanın "Anji” klublarında çıxış edib. 2006-2007-ci və 2012-2014-cü illərdə "Neftçi”də çıxış etmiş M.Şükürov Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib. Mahir Şükürov bildirib ki, "Neftçi”yə qayıtmağıma görə şadam. Bu klub futbola qayıtmağım üçün şərait yaratdı, mənim üzərimə düşən isə bu etimadı doğrultmaqdır. "Neftçi” hazırda layiq olmadığı mövqedə qərarlaşıb. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik. Boban Baykoviç Monteneqronun "Lovçen” klubunun yetirməsidir. O, həmçinin Serbiyanın "Srvena Zvezda”, "Yedinstvo”, "Radniçki”, "Rad”, "Smederevo”, "Srem Mitrovitsa” klublarının da şərəfini qoruyub. Baykoviçin sonuncu klubu Belçika "Lyers”i olub. Boban Baykoviç deyib: "Yeni komandam üçün faydalı olmaq istəyirəm. Bilirəm ki, "Neftçi” Azərbaycanın ən titullu klubudur. Azarkeşlərin yaddaşında qalmaq üçün var-gücümlə çalışacağam”. Braziliyanın "Qremio” klubunun yetirməsi olan Jonas Pessalli, həmçinin Fransanın "Anje” və "Luson” klublarında çıxış edib. Jonas Pessalli bildirib ki, Azərbaycan futbolu inkişafdadır. Şadam ki, "Neftçi”də oynamaq imkanı qazanmışam. Yeni komandamda rəsmi debütümü səbirsizliklə gözləyirəm.xeber100.com

Oktyabr 15, 2016 6:47