07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol federasiyalarına maddi yardım ediləcək

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) ölkə futbol federasiyalarına maddi yardım edəcək. Azərtac xəbər verir ki, bu barədə qərar ali futbol qurumunun İsveçrənin Sürix şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Qurumun yaxın 10 ildəki “Yol xəritəsi”nə əsasən bu müddət ərzində futbolun inkişafı və kütləviləşdirilməsi proqramı çərçivəsində 211 ölkə federasiyasına 4 milyard dollar ödəniləcək. Qeyd edək ki, yığıncaqdan sonra açıqlama verən FİFA prezidenti Canni İnfantino futbolun kütləviliyini artıraraq dünya əhalisi üzrə maddi yardımın həcmini 45-dən 60 faizə qaldırmaq istədiklərini bildirib.xeber100.com

Oktyabr 14, 2016 3:33

Romada keçirilən yoldaşlıq oyununda insident yaşanıb

Roma Papası Fransiskin istəyi ilə futbol üzrə Romada keçirilən yoldaşlıq oyununda insident yaşanıb. Azərtac xəbər verir ki, oyunda əfsanəvi argentinalı futbolçular Dieqo Maradona ilə Sebastian Veron arasında mübahisə baş verib. Oyunun ilk hissəsi başa çatandan sonra Maradona Verona tərəf gedərək əsəbi şəkildə danışmağa başlayıb. Hər iki veteran futbolçunun əsəbi olduğunu görən mühafizə xidmətinin əməkdaşları Maradonanı sakitləşdirməyə çalışıb və onu paltardəyişmə otağına aparıblar. Səksən dəqiqə davam edən matçdan sonra tərəflər mübahisə ilə bağlı danışmaq istəməyiblər. “La Gazzetta dello Sport” Maradonanın Verona ispanca təhqiredici ifadələr söylədiyini iddia edib. Argentinalı jurnalistlər isə Maradonanın Veronu bu oyunda görmək istəmədiyini bildirib. Bu, Maradonanın yoldaşlıq görüşlərində etdiyi ilk qalmaqal deyil. O, Roma Papasının iki il əvvəl təşkil etdiyi oyunda da həmyerlisi Mauro İkardi ilə mübahisə etmişdi. Bundan başqa, Kolumbiyada təşkil olunan daha bir oyunda Maradona operatorlara sərt reaksiya verib və mühafizə xidmətinin əməkdaşını təpikləmişdi.xeber100.com

Oktyabr 14, 2016 9:24

Avstriyada karate üzrə 23-cü dünya çempionatı təşkil ediləcək

Karate üzrə Azərbaycan yığması dünya çempionatındən əvvəl Qəbələdə təlim-məşqlərini davam etdirir. Azərtac xəbər verir ki, oktyabrın 25-dən 30-dək Avstriyanın Linz şəhərində karate üzrə 23-cü dünya çempionatı təşkil ediləcək. Bu səbəbdən idmançılarımız son hazırlıqlarını gələn həftə Azərbaycan Milli Karate Federasiyasının bazasında keçirəcəklər. Son turnirlərin nəticələrinə əsasən, milli komandanın heyətində bəzi dəyişikliklər edilib. Fərdi və komanda yarışlarına qatılan heyətdə dəyişikliklər yaxın günlərdə açıqlanacaq.xeber100.com

Oktyabr 14, 2016 9:19

Beynəlxalq Olimpiya Komitəsinə müraciət…

Olimpiya Oyunlarının proqramına yeni idman növü daxil edilə bilər. Apasport.az saytının məlumatına görə, İdman Balıqtutması Beynəlxalq Konfederasiyası  (CİPS) bu idman növünün Tokio-2020-nin proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib. CİPS rəhbərliyi hesab edir ki, balıq tutmağın bütün dünyada populyar olması Olimpiya hərəkatını daha da universallaşdıracaq. Konfederasiya heyvanlara ziyan vurmamaq üçün yarış zamanı tutulan balıqların yenidən suya atılmasını da təklif edib. Lakin belə mübarizədə bəxt amilinin rolunu önə çəkən tənqidçilər balıq ovunun Olimpiadalara qayıdışının əleyhinədi. Üstəlik, yarışın baxımlı olmamağı da qeyd edilir. 1900-cü ildə keçirilən Olimpiya Oyunlarının proqramında qeyri-rəsmi olan balıq tutmaq yarışı da yer alıb. 6 ölkə təmsilçilərinin mübarizəsindəki qaliblərin adları isə tarixdə qalmayıb. Qeyd edək ki, 5 yeni idman növünün – karate, beysbol, skeytbordinq, qayayadırmanma və serfinqin Tokio-2020-nin proqramına daxil ediləcəyi rəsmiləşib.xeber100.com

Oktyabr 13, 2016 2:58

İdman Olimpiya Kompleksində Azərbaycan birinciliyi keçirilir

“Sərhədçi” İdman Olimpiya Kompleksində cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyi keçirilir. Azərtac xəbər verir ki, 49 komandanın iştirak etdiyi yarışda 270 cüdoçu (231 oğlan və 39 qız) mübarizə aparır. Artıq ilk günün qalibləri müəyyənləşib. Yarışın açılış günündə oğlanlar arasında 60, 73 və 81 kiloqram, qızlarda isə bütün çəki dərəcələrində çıxış edən cüdoçular medallar uğrunda qüvvələrini sınayıblar. Azərbaycan birinciliyinə bu gün yekun vurulacaq.xeber100.com

Oktyabr 13, 2016 2:54

2018-ci il dünya çempionatının seçmə mərhələsində…

Cənubi Amerika zonasında 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti turun oyunları keçirilib. Azərtac xəbər verir ki, tur sensasiyasız ötüşməyib. Argentina yığması öz meydanında Paraqvaya məğlub olub - 0:1. Messinin Argentina yığması üçün necə vacib oyunçu olduğu bu qarşılaşmada da özünü göstərib. Leonun zədə ucbatından meydana çıxa bilmədiyi oyunda argentinalılar inamsız təsir bağışlayıblar. Braziliya yığması isə Neymarsız da qalib gəlməyi bacarıb. “Sambaçı”lar bu dəfə səfərdə Venesueladan güclü olublar - 2:0. Digər görüşlərdə isə Boliviya millisi Ekvador (2:2) və Kolumbiya yığması isə Uruqvayla (2:2) heç-heçə oynayıb. Çili Peru yığmasına 2:1 hesabı ilə qalib gəlib.xeber100.com

Oktyabr 12, 2016 10:44

Voleybol Federasiyasına yeni prezident seçimi…

Bu gün Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qurumun yeni rəhbəri seçilib. O, bu postda Ziya Məmmədovu əvəzləyib. İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər. Qeyd edək ki, Qurbanov “Azərreyl” voleybol klubunun da prezidentidi.xeber100.com

Oktyabr 12, 2016 10:36

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində…

Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamız səfərdə Çexiya ilə qarşılaşıb. Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimal hesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamız uğurlu seriyanı davam etdirə bilib. Səfər oyununda inamla müdafiə olunan millimiz adlı-sanlı rəqibi qarşısında 0:0 hesablı bərabərliyə nail ola bilib. Bununla da xalını 7-ə yüksəldən Robert Prosineçkinin yetirmələri 3 turdan sonra mübarizəni qol buraxmadan davam etdirir.xeber100.com    

Oktyabr 12, 2016 10:27

2024-cü il Yay Olimpiya Oyunlarının namizədliyindən imtina edildi

İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. Apasport.az saytının məlumatına görə, bu barədə rəsmi qərarı CONİ-nin prezidenti Covanni Malaqo açıqlayıb. O keçirdiyi mətbuat konfransında bildirib ki, artıq namizədliyi geri götürmək üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktub göndəriblər: “Bu gün səhər namizədlikdən imtina etdik”. Maloqo 2019-cu ildə BOK-un İcraiyyə Komitəsinin Milanda keçirilməsi istəyini də məktuba əlavə etdiklərini deyib. Nəticədə Oyunları keçirməyə namizəd kimi Budapeşt (Macarıstan), Los-Anceles (ABŞ) və Paris (Fransa) şəhərləri qalıb. 2024-cü ildə olacaq yarışın ev sahibinin adına isə 2017-ci il sentyabrın 13-də Perunun paytaxtı Limada aydınlıq gələcək. Qeyd edək ki, Roma 2020-ci ildə də Olimpiadaya ev sahibliyi etmək arzusunda olsa da, İtaliya hökuməti iqtisadi böhran səbəbindən namizədlikdən imtina etmişdi.xeber100.com

Oktyabr 12, 2016 10:21

UEFA kuboku yarışlarının seçmə mərhələsi çərçivəsində…

Oktyabrın 11-də Makedoniyada futzal üzrə UEFA kuboku yarışlarının seçmə mərhələsi çərçivəsində ikinci qrupda mübarizəyə start verilir. Azərtac xəbər verir ki, Azərbaycan çempionu “Araz” turnirdə yerli “Jelezareç”, Gürcüstanın “Tbilisi Universiteti” və Kosovonun "Feniks" klubları ilə mübarizə aparacaq. Azərbaycan çempionu ilk turda Gürcüstan təmsilçisi ilə qarşılaşacaq. Baş məşqçi Miltinyo Makedoniyada Anar Məmmədov, Rövşən Hüseynli, Emin Kürdov, Oqtay Rüstəmli, Eduardo, Rizvan Fərzəliyev, Vassura, Everton Kardoso, Fabio Poletto, Tyaqu, Fineo, Ramiz Çovdarov, Xətai Bağırov və İsa Atayevin xidmətindən yararlanacaq.xeber100.com

Oktyabr 11, 2016 11:01
    Page 797 of 831« First«...102030...795796797798799...810820830...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az