Avrokubokların yeni formatı ilə bağlı qərar qəbul edilib

UEFA avrokubokların yeni formatı ilə bağlı qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, 2018/19, 2019/20 və 2020/21 mövsümləri ilə bağlı bir sıra yenilikləri planlaşdıran qurum qərarlarını rəsmiləşdirib. Bütün maraqlı tərəflərlə müzakirələrdən, İcraiyyə Komitəsinin yenilikləri təsdiqləməsindən sonra Klub turnirlərinin keçirilməsi komitəsi qəbul olunan yenilikləri açıqlayıb. UEFA-nın təsdiqlədiyi yeniliklər 1. Çempionlar Liqası və Avropa Liqasının qalibləri birbaşa qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamaq hüququ qazanır. İndiki qaydalara əsasən, bu komandalar pley-offda oynaması mümkündü. 2. UEFA reytinqinin ilk 4 pilləsində qərarlaşan ölkələrin hərəsinin 4 komandası Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə qoşulacaq. 3. Hər iki turnirdə ölkələrin təmsilçi sayı 2016-cı ilin sonunadək dəqiqləşdirilib, təsdiqlənəcək. 4. Klubların reytinq siyahısında əmsallar yeni metodla hesablanacaq. Burada yalnız klubun öz nəticələri nəzərə alınacaq. İndiki kimi ölkə əmsalının 20 faizi şəxsi hesabına əlavə edilməyəcək. Amma klubun əmsalı ölkənin rəqəminin 20 faizindən aşağı olsa, həmin komanda şəxsi deyil, ümumi reytinqə görə qiymətləndiriləcək. 5. Avrokuboklarda qazanılan titullar əmsalların hesablanmasında nəzərə alınacaq və əlavə xal gətirəcək. 6. Hər iki turnirin mükafat fondu artırılacaq. 7. Mükafat fondu 4 pilləli sistemlə veriləcək. Burada iştirak, nəticələr, klubun əmsalı və qrupdakı nəticələr fərqli hesablanacaq. UEFA-nın müzakirə edib, dəyişmədiyi qərarlar 1. Çempionlar Liqasında təsnifat mərhələlərində ölkələrin çempionları ilə çempion olmayanları yenə fərqli yollarla mübarizə aparacaq. Bu da bütün ölkələrin qitənin ən nüfuzlu klub turnirinin qrupuna düşmək şansını qoruyacaq. 2. Çempionlar Liqasında 32, Avropa Liqasında isə 48 komanda qrup mərhələsində oynayacaq.

Avqust 28, 2016 11:12

UEFA Avropa Liqasında püşkatma mərasimi keçiriləcək

Avqustun 26-da futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərtac xəbər verir ki, Monakoda Bakı vaxtı ilə saat 15:00-da təşkil ediləcək püşkatmada Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin də rəqibləri məlum olacaq. Hər iki klub ən aşağı reytinqlilərin olduğu dördüncü səbətdə yer alıb. Onlar digər üç səbətdən reytinqə görə yüksək komandalarla eyni qrupa düşəcəklər. Birbaşa qrupda mübarizə aparacaq 16 və Çempionlar Liqasının pley-off mərhələsində uduzan 10 komandaya daha 22 klub qoşulub. Ümumilikdə, 48 komanda hərəsində dörd iştirakçı olmaqla, 12 qrupa bölünəcək. Klublarımız üçün mümkün rəqiblər arasında “İnter”, “Mançester Yunayted” kimi nəhəng və eləcə də “Roma”, “Şalke” kimi iddialı klublar da yer alır. Səbətlər aşağıdakı bölgü üzrə formalaşıb. Birinci səbət: “Şalke” (Almaniya), “Zenit” (Rusiya), “Mançester Yunayted” (İngiltərə), “Şaxtyor” (Ukrayna), “Atletik Bilbao” (İspaniya), “Olimpiakos” (Yunanıstan), “Vilyareal” (İspaniya), “Ayaks” (Hollandiya), “İnter” (İtaliya), “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Viktoriya” (Çexiya). İkinci səbət: “AZ Alkmaar” (Hollandiya), “Braqa” (Portuqaliya), “Zalsburq” (Avstriya), “Roma” (İtaliya), “Fənərbaxça” (Türkiyə), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Genk” (Belçika), APOEL (Cənubi Kipr), “Standart Liec” (Belçika), “Sent-Etyen” (Fransa). Üçüncü səbət: “Gent” (Belçika), “Yanq Boyz” (İsveçrə), “Krasnodar” (Rusiya), “Rapid” (Avstriya), “Slovan” (Liberets, Çexiya), “Selta” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Feyenoord” (Hollandiya), “Austria” (Vyana, Avstriya), “Maynts” (Almaniya), “Sürix” (İsveçrə), “Sauthempton” (İngiltərə). Dördüncü səbət: “Panatinaikos” (Yunanıstan), “Sassuolo” (İtaliya), “Qarabağ” (Azərbaycan), “Astana” (Qazaxıstan), “Nitsa” (Fransa), “Zarya” (Ukrayna), “Astra” (Rumıniya), “Konyaspor” (Türkiyə), “Osmanlıspor” (Türkiyə), “Qəbələ” (Azərbaycan), “Hapoel” (Beer-Şeva, İsrail), “Dandalk” (İrlandiya). Qeyd edək ki, qrup oyunları sentyabrın 15-də və 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, həmçinin dekabrın 8-də keçiriləcək.xeber100.com

Avqust 26, 2016 11:58