Belqradda keçirilən güləş üzrə dünya çempionatı başa çatıb

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.İslam Bazarqanov (61 kq) 1/8 finalda iranlı Reza Atrinaqarçiyə uduzub - 0:4. Rəqib finaladək irəlilədiyi üçün Bazarqanov təsəlliverici görüşlərə çıxıb.İlk qarşılaşmada Şimali Makedoniya təmsilçisi Bəşir Əlidən güclü olan (5:1) İslam növbəti görüşdə bolqarıstanlı Georgi Vangelovla bacarmayıb - 0:4.Hacı Əliyev (65 kq) 1/8 finalda argentinalı Aqustin Destribatsdan 6:1 hesabı ilə üstün olub. Yığmanın kapitanı 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovdan güclü olub - 10:3. Titullu güləşçimiz yarımfinalda iranlı Rəhman Amuzadxəliliyə 2:9 hesabı ilə məğlub olub. Əliyev bürünc medal uğrunda macarıstanlı İsmayıl Musukayevlə qarşılaşıb və 2:4 hesabı ilə məğlub olaraq yarışı 5-ci pillədə başa vurub.Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda almaniyalı Erik Tieleyə qalib gəlib - 11:4. Avropa çempionumuz 1/4 finalda amerikalı dünya və olimpiya çempionu Kayl Snayderə müqavimət göstərə bilməyib - 0:10. Ancaq rəqib finala yüksəldiyi üçün Maqomedov təsəlliverici görüşə çıxıb və polşalı Zbiqniev Baranovskiyə tam üstünlüklə (11:0) qalib gəlib.Maqomedxan 3-cü yer uğrunda iranlı Məhəmmədhüseyn Məhəmmədianla mübarizə aparıb. Rəqibinə "tuşe" ilə qalib gələn M.Maqomedov dünya üçüncüsü olub.Beləliklə, sərbəst güləş millimiz DÇ-ni ötən il olduğu kimi, 2 bürünc medalla başa vurub.xeber100.com

Sentyabr 18, 2022 10:12

Şuşada “Shusha Chess 2022” beynəlxalq şahmat turniri keçiriləcək

Sentyabrın 21-24-də Şuşada “Shusha Chess 2022” beynəlxalq şahmat turniri keçiriləcək. Turnirin təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir. SOCAR-ın baş sponsorluğu ilə keçirilən tədbirə ABB və “Azərxalça” da dəstək verir.Bu, Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil edilən ilk beynəlxalq şahmat turniridir. Tədbir görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olub. “Shusha Chess 2022” beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq. “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinə sponsor dəstəyi ABB-nin müxtəlif istiqamətlərdə həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinin davamıdır. Bu cür layihələrdə iştirakı ilə ABB ölkəmizdə fiziki və intellektual idman növlərinin kütləviləşməsinə, istedadlarımızın dəstəklənməsinə, cəmiyyətimizin gələcəyinə töhfə verməyə çalışır.ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olarxeber100.com

Sentyabr 12, 2022 2:20