Yüksək Liqada 2022-2023-cü il mövsümünə start veriləcək

Sentyabrın 13-də futzal liqalarında yeni mövsümün püşkü atılacaq. Ayın 26-da isə Yüksək Liqada 2022-2023-cü il mövsümünə start veriləcək.Azərbaycan Futzal Federasiyası xəbər verir ki, “Baku Fire” klubunun baş məşqçisi Teymur Eyvazov Yüksək Liqaya hazırlığın mərhələli şəkildə davam etdiyini bildirib: “Yeni mövsümün startına təxminən 20 gün qalıb və bu müddətdən maksimum istifadə etməyə calışacağıq. Ötən çempionatlarda üzləşdiyimiz çətinliklərlərlə, problemlərlə yenidən qarşılaşmaq istəmirik. Hazırlıq prosesində bunları də nəzərə almışıq. Heyətimizi komplektləşdirməyə çalışırıq. Ayrılanlar da var. Əvəzində bir neçə təcrübəli futzalçı ilə anlaşmışıq. Onlardan Elnur Zamanovun, Faiq Əliyevin adını qeyd edə bilərəm. İrandan da legionerlər dəvət etmişik. Həmin futzalçılar bu günlərdə komandamıza qosulacaq. “Baku Fire”in müxtəlif liqalarda 3 futzal komandası çıxış edir ki, onlardan Birinci Liqada oynayanlar əsasən gənclərdir. Ötən mövsüm fərqlənən, diqqətimizi cəlb edən bir neçə perspektivli futzalçını da əsas komandaya dəvət etmişik”.“Klubumuz uzun müddətdir fəaliyyət göstərir. Müxtəlif liqalarda müəyyən uğurlar qazanmışıq, Yüksək Liqada da təcrübəlilərdən hesab olunuruq. Yeni mövsümdə qazanacağımız uğurlarla yadda qalmaq istəyirik. Ümid edirəm ki, hazırkı heyətimizlə məqsədimizə nail olacağıq”, - deyə T.Eyvazov əlavə edib.Qeyd edək ki, Yüksək Liqanın yeni mövsümündə 6 komanda - “Araz-Naxçıvan”, “Neftçi”, “Baku Fire”, “Rekord club az”, “Alyans” (Lənkəran) və U-19 mübarizə aparacaq.xeber100.com

Sentyabr 6, 2022 9:53

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turuna start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının V turuna start veriləcək.Turun açılış matçı Gəncənin “Kəpəz” və Ağdamın “Qarabağ” komandaları arasında olacaq.Qəbələ şəhər stadionunda təşkil ediləcək qarşılaşma saat 19:00-da start götürəcək.Ağdam təmsilçisi ardıcıl yeddi qələbə qazanıb. Gəncə komandası isə son dörd görüşdə qol vurmayıb.Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” hazırda doqquz xalla ikinci pillədə qərarlaşıb. Dörd görüşdə məğlub olan “Kəpəz” sonuncu - 10-cu pillədədir.Hər iki komanda indiyədək ölkə çempionatlarında 49 dəfə üz-üzə gəlib. Bunların 26-da Ağdam klubu, 14-də meydan sahibləri qalib gəliblər. Doqquz oyun heç-heçə yekunlaşıb.Görüşün baş hakimi Əliyar Ağayev olacaq.Turun digər görüşləri sentyabrın 3-də və 4-də keçiriləcək.Sentyabrın 3-də “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq. Eyni gün baş tutacaq digər oyunda “Neftçi” klubu “Sumqayıt”la üz-üzə gələcək. Matçın startı “Bakcell Arena”da saat 20:30-da veriləcək.Sentyabrın 4-də isə “Bank Respublika Arena”da saat 18:00-da “Sabah”-“Səbail” oyunu keçiriləcək. Həmin gün “Zirə” komandası “Qəbələ” ilə görüşəcək. Zirə İdman Kompleksinin stadionundakı oyuna saat 20:30-da start veriləcək.

Sentyabr 1, 2022 3:58