8 illik fasilədən sonra…

İyunun 17-dən 19-dək Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisində mübarizə aparacaq iddialı komandalardan biri də Britaniyanın “McLaren” klubudur. Komanda müxtəlif dövrlərdə fərqli yarışlarda uğurla çıxış edib. Beş dəfə “CanAm”, üç dəfə 500 mil İndianapolis, bir dəfə Le-Man və Sebrinq yarışlarının qalibi olub. “Mclaren” 8 dəfə “Formula-1” üzrə konstruktor kubokunun sahibidir. Komanda 1963-cü ildə “Formula-1” pilotları Bryus Maklaren və Tedd Mayer tərəfindən Tasmaniya avtomobil yarışı üçün Yeni Zelandiyada yaradılıb. Bryus Maklaren həmin il Tasmaniya avtomobil yarışının qalibi olur və növbəti iki ildə “Formula-1” yarışlarında “Kuper” komandasının heyətində çıxış edir. “McLaren” komandası “Formula-1” yarışlarında 1966-cı ildə Monako Qran-prisində debüt edir. “McLaren M2B”ni idarə edən Bryus Maklaren 3 xalla mövsümü 14-cü pillədə başa vurub. Növbəti ildə də komanda 3 xal toplayır. “Mclaren” komandası ilk yüksək nəticəni 1968-ci ildə qazanıb. İspaniya Qran-prisində komandanın pilotu Denni Xyum ikinci, daha sonra Belçika mərhələsində isə Bryus Maklaren birinci olub. Həmin il komanda konstruktorlar kubokunda ikinci yerin sahibi olub. Bir il sonra komanda konstruktor kubokunu dördüncü pillədə başa vurub. 1970-ci il komandanın tarixində böyük faciə ilə yadda qalıb. Belə ki, Bryus Maklaren “CanAm” seriyasında yeni avtomobili sınaqdan keçirərkən faciəvi şəkildə həlak olub. Hazırda komandanın əsas pilotlarından biri Fernando Alonso Bakıda təşkil olunacaq “Formula-1” Avropa Qran-prisinin rəsmi elçisidir. Komandanın digər pilotu isə Censon Battondur. “Mclaren” komandası hazırki çempionatda 24 xalla yeddinci sırada qərarlaşıb.xeber100.com

İyun 8, 2016 1:54

Sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək

Los-Ancelesdə böyüklər arasında sərbəst güləşi üzrə dünya kuboku yarışları keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri iştirak edəcəklər. Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən xəbərə görə, dünya kuboku yarışları iyunun 11-dən 12-dək davam edəcək. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə “B” qrupunda mübarizə aparacaq. “A” qrupunda isə Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayacaq. Yarışda yığma komandanın məşqçisi Sadruddin Ayqubovun rəhbərliyi altında 10 güləşçimiz iştirak edəcək. Heyətdə Mahmud Məhəmmədov (57 kq), Cahid Həsənzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Səid Həmidov (125 kq) yer alıb. Yarışın proqramına əsasən, iyunun 11-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək. Xatırladaq ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlamışdı.xeber100.com

İyun 7, 2016 12:03