07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Cüdo üzrə açıq Avropa çempionatı start götürdü

Bu gün İspaniyanın paytaxtı Madriddə cüdo üzrə açıq Avropa çempionatı start götürdü. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq. Ölkəmizi çempionatda 14 idmançı təmsil edəcək. Məşqçilər korpusu Madriddə Elbrus Zamanov, Oruc Vəlizadə, Davud Məmmədsoy, Sadiq Məhərrəmov (hamısı 60 kq), Elvin Mustafayev, Orxan Əsgərzadə (hər ikisi 66 kq), Telman Vəliyev, Samir Ağayev, Hidayət Heydərov (hər üçü 73 kq), Afiq Səfərli, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Tural Səfquliyev (90 kq), Cəlil Şükürov (100 kq) və Nadir Hüseynova (+ 100 kq) şans verəcək. Qeyd edək ki, yarışa 27 ölkədən 279 cüdoçu qatılacaq.xeber100.com

İyun 4, 2016 1:52

Yoxlama oyunu keçirilib

Dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, FİFA üzvlüyünə qəbul edildikdən sonra ilk rəsmi oyununa çıxan Kosova millisi Farer adalarını 2:0 hesabıyla məğlub edib. Berqamoda keçirilən Albaniya - Ukrayna oyununda ukraynalılar 3:1 hesabıyla qalib gəlib. Gürcüstan millisi isə Rumıniya ilə oyunda darmadağın olub - 1:5. İsveçrə millisi evdə Moldovanı 2:1 hesabıyla məğlub edib. Maraqlıdır ki, baş tutan matçlarda Azərbaycan çempionatında çıxış edən 3 futbolçu meydana çıxıb ki, onlardan hər üçü məğlubiyyətə üzlüb. Gürcüstanda “İnter”li Nika Kvekveskiri, Moldovada AZAL-lı Stanislav Namaşko və Albaniyanın heyətində “Qarabağ”lı Ansi Aqolli komandalarına kömək edə bilməyiblər. Yoxlama oyunları 3 iyun İsveçrə - Moldova - 2:1 Qollar: Cemaili, 12, Mehmedi, 75 - Qinsari, 69. Kosova - Farer adaları - 2:0 Qollar: Bunyaku, 44. Berişa, 90+4 Rumıniya - Gürcüstan - 5:1 Qollar: Adrian Popa, 2, Amisulaşvili, 3 (öz qapısına), Stanku, 49. Torxe, 80; 87 - Motj, 68. Albaniya - Ukrayna - 1:3 Qollar: Sadiku, 13 - Stepanenko, 9. Yarmolenko, 49. Konoplyanka, 87

İyun 4, 2016 1:38

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Azərbaycana gələcək

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Ko Vu Azərbaycana gələcək. Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib. O bildirib ki, AİBA prezidenti iyunun 16-da Bakıda olacaq. Vunun ölkəmizə səfərinin məqsədi paytaxtımızda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirini canlı izləməkdi. Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Turniri iyunun 16-dan 25-dək keçiriləcək. Yarışa 105 ölkədən 460 boksçunun gəlişi gözlənilir.xeber100.com

İyun 3, 2016 12:08

Ronaldo xeyriyyə fonduna 600 min avro ianə edib

İspaniyanın "Real" futbol klubunun hücumçusu, Portuqaliya milli komandasının üzvü Kristiano Ronaldo Birləşmiş Millətlər Təşkilatının  xeyriyyə fonduna 600 min avro ianə edib.  Bu barədə Portuqaliya mətbuatı xəbər yayıb. Bildirilib ki, “Real”ın hücumçusu bu vəsaiti Çempionlar Liqasında qalibiyyətə görə alıb. Portuqaliyalı ulduz agenti Jorje Mendeşə bu yardımın təyinatı üzrə istifadə olunmasına nəzarət etməyi də tapşırıb.xeber100.com

İyun 3, 2016 11:57

Boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək

İyunun 16-dan 25-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək. Azərtac xəbər verir ki, sonuncu lisenziya yarışında yalnız kişi boksçular iştirak edəcəklər. Artıq yarışda çıxış edəcək boksçularımızın adı məlumdur. Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) doğma rinqdə Olimpiadaya lisenziya qazanmağa çalışacaqlar. R.Hüseynovun işi daha çətin olacaq. Çünki ən yüngül çəkidə yalnız finalçılar Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər. Turnirdə 75 və 81 kiloqram çəki dərəcəsində isə ilk beşlikdə yer alanlar “Rio-2016”da iştirak edəcəklər.xeber100.com

İyun 1, 2016 3:12

Avropa çempionatında çıxış edəcək son heyət müəyyənləşib

Albaniya milli komandasının Avropa çempionatında çıxış edəcəyi son heyət müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Cianni de Byazzi Fransaya aparacağı yekun 23-lükdə “Qarabağ”la Azərbaycan çempionu olmuş Ansi Aqolliyə də yer verib. Albanların dəqiqləşmiş heyəti aşağıdakı kimidir. Qapıçılar: Etrit Berişa (“Latsio” İtaliya), Alban Xoca (“Partizani”), Orges Şexi (“Skenderbeu”) Müdafiəçilər: Elseid Xusay (“Napoli” İtaliya), Lorik Sana, Ermir Lenyani (hər ikisi “Nant” Fransa), Arlend Ayeti (“Frazinone” İtaliya), Merqim Mavray (“Köln” Almaniya), Naser Aliyi (“Bazel” İsveçrə), Frederik Veseli (“Luqano” İsveçrə), Ansi Aqolli (“QARABAĞ” Azərbaycan) Yarımmüdafiəçilər: Lesian Mamuşay (“Peskara” İtaliya), Ergüs Kaçe (PAOK, Yunanıstan), Andi Lila (“Yanila” Yunanıstan), Miqyen Başa (“Komo” İtaliya), Odise Roşi (“Rieka” Xorvatiya), Burim Kukoli (“Sürix” İsveçrə), Taulant Caka (“Bazel” İsveçrə), Amir Abraşi (“Frayburq” Almaniya) Hücumçular: Bekim Balay (“Rieka” Xorvatiya), Sokol Çikaleşi (“Başakşəhər” Türkiyə), Armando Sadiko (“Vadus” İsveçrə), Şkelzen Qaşi (“Kolorado Repids” ABŞ).xeber100.com

İyun 1, 2016 11:40

Dünya futbolunun əfsanəsi Pelə medallarını satışa çıxardır

Türkiyə mətbuatının məlumatına görə, Pele dünya kuboklarındakı medallarını, geyindiyi ayaqqabılarını, 60 illik futbol kariyerasında sahibləndiyi bütün əşyalarını satışa çıxardıb. Ən baha qiymətə satışa çıxarılan əşyalar isə Pelenin  dünya kubokunda qazanılan 3 qızıl medalıdır. Onlar hər bir 200 min dollar olmaqla ümumilikdə 600 min dollardır. Bütün bu əşyalar 7-9 iyun tarixlərində Londondakı Julien Auction House-da satışa çıxarılacaq. Hərraca internet vasitəsi ilə də qoşulmaq mümkün olacaq. İki mindən çox əşyanın satılacağı hərracda ümumilikdə 5,1 milyon dollar gəlir əldə edilməsi gözlənilir. Pele açıqlamasında qazanılacaq pulun bir hissəsini futbola başladığı Santos şəhərinə, bir qismini isə Pequeno Principe adlı uşaq xəstəxanasına bağışlayacağını deyib.xeber100.com

İyun 1, 2016 11:35

İdman sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək

İyunun 9-10-da Qəbələdə MDB dövlətlərinin Bədən Tərbiyəsi və İdman Sahəsində Əməkdaşlıq Haqqında Saziş iştirakçılarının bədən tərbiyəsi və idman Şurasının iclası keçiriləcək. Xatırladaq ki, 2011-ci il martın 14-15-də Bakıda bu Şuranın iclası keçirilib və Birliyin yaradılmasının 20 illiyinə həsr edilib. Həmin vaxt Əsasnaməyə müvafiq olaraq Şuraya sədrlik Azərbaycan Respublikasına keçib.xeber100.com

May 31, 2016 2:07

İkinci dünya kuboku yarışlarında uğurlu çıxış…

Azərbaycan kayakçısı İnna Osipenko Radomskaya Çexiyanın Raçitse şəhərində keçirilən ikinci dünya kuboku yarışlarında uğurla çıxış edib. Azərtac xəbər verir ki, 34 yaşlı idmançımız qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşün qalibi olub. İnna Osipenko Radomskaya 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə isə gümüş medal qazanıb.xeber100.com

May 31, 2016 2:03

UEFA Çempionlar Liqasında 2015/2016 mövsümünün qalibi məlum olub

Xəbər verildiyi kimi Milanın "San Siro" stadionunda keçirilən final oyununda Madridin "Real" və "Atletiko" klubları qarşılaşıblar. Oyuna "Kral klubu"nun futbolçuları fəal başlayıblar. Bunun məntiqi nəticəsi olaraq, 15-ci dəqiqədə Serxio Ramos fərqlənib. İkinci hissədə isə növbə "Atletiko"ya çatıb. Əvvəlcə 48-ci dəqiqədə Qrizman "Real"ın qapısına təyin olunan penaltidən yararlana bilməyib. Lakin 79-cu dəqiqədə Karrasko hesabı bərabərləşdirib - 1:1. Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt təyin olunub. Burada da komandalar fərqlənə bilmədiyi üçün cütün qalibinin adına penaltilər seriyasında aydınlıq gəlib. Penaltiləri daha dəqiq yerinə yetirən "Real" 11-ci dəfə Çempionlar Liqasının qalibi olub. Xatırladaq ki, 2 il əvvəl də bu komandalar finalda qarşılaşmış, "Real" qələbə qazanmışdı.xeber100.com

May 30, 2016 11:52
    Page 822 of 831« First«...102030...820821822823824...830...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az