11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

2016/2017-ci il mövsümü 8 komandanın iştirakı ilə keçiriləcək

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Azərtac xəbər verir ki, aparılmış müzakirələrdən sonra növbəti mövsüm üçün müvafiq qaydada lisenziya almış klubların sayı nəzərə alınaraq, Premyer Liqanın 2016/2017-ci il mövsümü 8 komandanın iştirakı ilə keçirilməsi, AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, legioner futbolçular üçün klublar tərəfindən ödənilən rüsumun məbləği 5 min manat müəyyənləşdirilməsi, təmsil etdiyi ölkənin milli komandasının üzvü olan legioner futbolçuların sifariş ərizəsinə ödənişsiz daxil olunması barədə qərar qəbul olunub. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, intizam qaydalarına uyğun olaraq tətbiq edilən cərimə sanksiyalarının məbləği 20 faiz endirilib. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, futbol veteranı Füzuli Cavadova və Nurəddin Əliyevə qurumun təqaüdü verilib.xeber100.com

İyun 14, 2016 12:10

“Copa Amerika-2016”da növbəti oyunlar keçirilib

İyunun 13-də “Copa Amerika-2016”da növbəti oyunlar keçirilib. Azərtac xəbər verir ki, bu gün “B” qrupunda mübarizə aparan komandalar meydana çıxıblar. Günün ilk matçında Ekvador millisi Haiti yığma komandasını 4:0 hesabı ilə məğlub edib. Braziliya-Peru qarşılaşmasında isə sürpriz nəticə qeydə alınıb. Belə ki, rəqibinə 0:1 hesabı ilə məğlub olan Braziliya turnirlə elə qrup mərhələsindəcə vidalaşıb. Braziliyalılar 3 oyundan 4 xal toplayaraq qrupda 3-cü yeri tutublar. Bu qrupdan növbəti mərhələyə Peru və Ekvador milliləri vəsiqə qazanıb.xeber100.com

İyun 13, 2016 1:52

Klublararası dünya çempionatı Yaponiyada keçiriləcək

Klublararası dünya çempionatının keçiriləcəyi vaxt bəlli olub. Faktinfo.az xəbər verir ki, 2016-cı ildə klublararası dünya çempionatı Yaponiyada keçiriləcək. Turnir dekabr ayına planlaşdırılıb. Dekabrın 8-dən 18-nə qədər keçiriləcək turnirdə dünyanın ən yaxşı klubu bəlli olacaq. Klublararası dünya çempionatında hər bir konfederasiyanın ən güclü komandası iştirak edir. Turnirin son qalibi İspaniyanın “Barselona” komandasıdır.xeber100.com

İyun 13, 2016 11:16

UEFA xəbərdarlıq edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransada keçirilən futbol üzrə Avropa çempionatında iştirak edən Rusiya və İngiltərəyə xəbərdarlıq edib. Apa-nın məlumatına görə, UEFA-nın saytında yerləşdirilən xəbərdarlıqda qeyd edilib ki, əgər Rusiya və İngiltərə yığma komandalarının azarkeşləri yenə kütləvi iğtişaşlarda iştirak etsə, bu komandalar Avropa çempionatından kənarlaşdırıla bilər. UEFA artıq mümkün sanksiyalar barədə Rusiya Futbol Federasiyasını və İngiltərə Futbol Assosiasiyasını məlumatlandırıb. Qeyd edək ki, Avropa çempionatında B qrupunda keçirilən ilk turda Rusiya və İngiltərə yığmaları arasında oyun 1:1 hesabı ilə başa çatıb. Oyun başa çatandan sonra 30 rusiyalı azarkeş ingilis azarkeşlərə hücum çəkib, onların əllərindəki bayraqları cırmağa çalışıblar. Şəhərdə də azarkeşlər arasında toqquşma qeydə alınıb. Olaylar zamanı 31 nəfər xəsarət alıb. Bununla bağlı UEFA Rusiyaya münasibətdə iş açıb.xeber100.com

İyun 12, 2016 8:45

Avropa çempionatının ikinci günündə üç oyun keçiriləcək

İyunun 11-də futbol üzrə XV Avropa çempionatının ikinci günündə üç oyun keçiriləcək. Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da “A” qrupunda yer alan Albaniya və İsveçrə milliləri qarşılaşacaq. Lens şəhərindəki 38223 tamaşaçı yerlik “Bollar-Delelis” stadionunda keçiriləcək oyunu ispaniyalı baş hakim Karlos Velasko Karbalyo idarə edəcək. Günün digər iki matçında isə “B” qrupunda münasibətlərə aydınlıq gətiriləcək. Saat 20:00-da Uels ilə Slovakiya yığma komandaları üz-üzə gələcək. Oyunda ədaləti norveçli baş hakim Sveyn Odvar Moen təmin edəcək. Görüş Bordoda, 42115 yerlik “Bordo” stadionunda oynanılacaq. Saat 23:00-da başlayan üçüncü görüşdə isə futbolun yaradıcıları, “B” qrupunun favoriti hesab edilən ingilislər Rusiya millisini məğlub etməyə çalışacaqlar. İtaliyalı referi Nikola Rizzolinin idarə edəcəyi görüş Marsel şəhərindəki “Velodrom” stadionunda keçiriləcək. Fransanın ən böyük arenalarından hesab olunan bu stadionun tamaşaçı tutumu 67 min 354-dür. Qeyd edək ki, Albaniya-İsveçrə və Uels-Slovakiya qarşılaşmaları “CBC Sport” telekanalı, İngiltərə-Rusiya oyunu isə İctimai Televiziyadan birbaşa yayımlanacaq.xeber100.com

İyun 11, 2016 12:34

Dünyanın ən çox qazanan idmançılarının adı açıqlanıb

Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb. Apa-nın məlumatına görə, "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin “Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. K.Ronaldu "Forbes"-un siyahısına başçılıq edən ilk futbolçudur. O, ötən 1 il ərzində 88 milyon dollar qazanıb. K.Ronaldu gəlirlərinin 56 milyonunu klubu ilə müqavilədən, 32-i isə sponsorlardan qazanıb. Ən çox qazanan idmançılar arasında ikinci yeri “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 81,4 milyon dollar olub. Üçlüyü amerikalı basketbolçu Lebron Ceyms tamamlayıb - 77,2 milyon. Dünyanın ən çox qazanan 10 idmançısı: 1. Kriştianu Ronaldu (futbol) - $ 88 mln 2. Lionel Messi (futbol) - $ 81,4 mln 3. Lebron Ceyms (basketbol) - $ 77,2 mln 4. Rocer Federer (tennis) - $ 67,8 mln 5. Kevin Dürant (basketbol) - $ 56,2 mln 6. Novak Cokoviç (tennis) - $ 55,8 mln 7. Kem Nyuton (Amerika futbolu) - $ 53,1 mln 8. Fil Mikelson (qolf) - $ 52,9 mln 9. Cordan Spayet (qolf) - $ 52,8 mln 10. Kobi Brayant (basketbol) - $ 50 mln

İyun 10, 2016 12:42

Türkiyə Fransaya yollanacaq vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə Xarici İşlər Nazirliyi Avropa çempionatını izləmək üçün Fransaya yollanacaq vətəndaşlarına xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, müraciət yayımlayan XİN vətəndaşlardan xüsusilə ictimai nəqliyyatlarda və insanların kütləvi toplaşdığı məkanlarda diqqətli olmağı tövsiyə edib. Müraciətdə bir müddət öncə Fransada baş verən terror hadisələrindən sonra yerli hökumətin fövqəladə hal vəziyyətini qitə birinciliyi ilə əlaqədar 2 ay daha uzatdığını vurğulayan qardaş ölkə rəsmiləri oyunların baş tutacağı stadionlarda görüləcək təhlükəsizlik tədbirlərinə uymağa və qaydalara riayət etməyə çağırıb.xeber100.com

İyun 10, 2016 12:26

Litvada şahmat festivalı keçirilir

Litvanın Panevejis şəhərində şahmat festivalı keçirilir. Festivalın proqramına beş turnir daxildir. Azərtac xəbər verir ki, turnirdə Azərbaycan nümayəndələri qrossmeyster Azər Mirzəyev və FİDE ustası Rüstəm Bünyadov iştirak edirlər. Qrossmeysterlərin turnirində dörd turdan sonra 4 xal toplayan polşalı şahmatçı Marsel Kanarek liderdir. Rusiyalı Sergey Matsenko liderdən bir xal, Azərbaycan təmsilçisi Azər Mirzəyev 1,5 xal geri qalır. Beynəlxalq usta normasını nəzərdə tutan turnirdə 4 xalla ev sahibi Titas Stremaviçyus irəlidədir, rusiyalı Mixail Bereslavski bir xal geri qalır. Azərbaycan şahmatçısı Rüstəm Bünyadov 2 xalla beşinci yerdədir.xeber100.com

İyun 9, 2016 4:13

Futbol liqaları üçün transfer dönəminin vaxtları müəyyənləşib

2016/2017-ci il mövsümündə Azərbaycanda keçiriləcək futbol liqaları üçün transfer dönəminin vaxtları müəyyənləşib. Azərtac Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, yay transfer dönəmi iyunun 9-dan avqustun 31-dək, qış transfer dönəmi isə yanvarın 4-dən 31-dək olacaq.xeber100.com

İyun 8, 2016 2:04

“Qarabağ” futbol komandası Vyanada həvəskar klublar liqasının kubokunu qazanıb

İyunun 7-də Vyana ikinci əyalət liqasında mübarizə aparan “Qarabağ” komandası həvəskar klublar arasında kubok yarışının finalında Avstriya paytaxtının “SV Gersthof” klubu ilə qarşılaşıb. Mübarizə apardığı ikinci əyalət liqasının cədvəlində liderliyi və növbəti mövsümdə yuxarı liqaya yüksəlməyi təmin edən “Qarabağ” yaşıl meydana favorit kimi çıxıb. Qarşılaşmanın ilk yarısında qapılar qarşısında gərgin vəziyyətlər qeydə alınsa da, hesab açılmayıb. İkinci hissədə təşəbbüsü tam ələ alan “Qarabağ” hücumların sayını və kəsərini daha da artırıb. Matçın 66-cı dəqiqəsində “Qarabağ”ın hücumçusu Srdan Pavlov komandasını hesabda irəli çıxarıb. O, 77-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini də dəqiq yerinə yetirərək dubl edib və hesab arasındakı fərqi artırıb. Beləliklə, oyunda 2:0 hesabı ilə qələbə qazanan “Qarabağ” komandası 2015-2016-cı il mövsümündə həvəskar klubların yarışdığı Toto Kubokunun qalibi olub.xeber100.com

İyun 8, 2016 1:57
    Page 821 of 831« First«...102030...819820821822823...830...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az