Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.Yarışın səkkizinci günündə - avqustun 12-də Azərbaycan təmsilçiləri 8 idman növündə güclərini sınayacaqlar.Atletikada Nazim Babayev uzunluğa tullanma yarışlarında çıxış edəcək.Taekvondo yarışlarında isə Fatimə Məcidova (62 kq), Məhəmməd Məmmədov (74 kq) və Radik İsayev (+87 kq) dayanq üzərinə çıxacaqlar.Kişi həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində İran seçməsi ilə üz-üzə gələcək.Qadın voleybolçulardan ibarət millimiz isə B qrupunun oyunları çərçivəsində Kamerun millisini sınağa çəkəcək.Futbol üzrə millimiz isə Mərakeş seçməsi ilə qarşılaşacaq.Stend atıcılığının trap növünün qarışıq komanda yarışında Aydan Camalova - Əli Hüseynli cütlüyü mübarizə aparacaq.Güləş yarışlarında isə Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), Elnurə Məmmədova (55 kq) və Elis Manolova (65 kq) döşək üzərinə çıxacaqlar.Ağırlıqqaldırma yarışlarında Tehran Məmmədov (61 kq) və İsa Rüstəmov (67 kq) mübarizə aparacaqlar.Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.xeber100.com

Avqust 12, 2022 10:35

V İslam Həmrəyliyi Oyunları davam edir

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.Yarışın yeddinci günündə - avqustun 11-də Azərbaycan təmsilçiləri 13 idman növündə güclərini sınayacaqlar.Atletika yarışlarında qadınlar arasında üçtəkanla tullanma yarışlarında Yekaterina Sariyeva, kişilər arasında isə Nazim Babayev uzunluğa tullanma, Əlhəm Nağıyev isə 200 metr məsafəyə qaçış yarışlarında çıxış edəcək.Taekvondo yarışlarında isə Minayə Əkbərova (46 kq), Fəridə Əzizova (67 kq), Taleh Süleymanov (80 kq) və Milad Beigi Harçeqani (87 kq) dayanq üzərinə çıxacaqlar.Qadın həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində İran seçməsi ilə üz-üzə gələcək.Kişi voleybolçulardan ibarət millimiz isə A qrupunun oyunları çərçivəsində Kamerun millisini sınağa çəkəcək.Stolüstü tennis üzrə millimiz komanda yarışlarında mübarizə aparacaq.Şose velosipedinin qrup ötüşməsi növündə ölkəmizi Elçin Əsədov, Viktoriya Sidorenko, Lalə Əbdürəhmanova təmsil edəcəklər.Para-kamandan oxatma yarışlarında isə Azadə Abdullayeva, Şahin Cabbarov, Vüsal Kazımov, Əli Nəbiyev və Cahan Musayev fərdi yarışlarda çıxış edəcəklər.Stend atıcılığının trap növündə ölkəmizi Ramil Rüstəmzadə, Əli Hüseynli, Tamerlan Məmmədov, Aydan Camalova, Alina Rəfixanova, Aydan Babayeva təmsil edəcəklər.Güləş yarışlarında isə İslam Bazarqanov (61 kq), Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Osmanov (79 kq), Osman Nurməhəmmədov (92 kq), Rahid Həmidli (125 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (62 kq), Gözəl Zutova (72 kq) döşək üzərinə çıxacaqlar.İdman gimnastlarımız Nikita Simonov, Mənsum Səfərov və İvan Tixonov da medallar uğrunda mübarizə aparacaqlar.Paraüzgüçülük yarışlarında isə Könül Süleymanova 100 metr məsafəyə sərbəst və 150 metr məsafəyə medley üzrə yarışlarda çıxış edəcək.Ağırlıqqaldırma yarışlarında Nazilə İsmayılova (45 kq) mübarizə aparacaq.Paraatletika yarışlarında Hüseyn Həsənov hündürlüyə tullanmada iştirak edəcək.Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.xeber100.com

Avqust 11, 2022 12:24

UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsi başa çatacaq

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsi başa çatacaq.Növbəti oyun günündə daha altı cavab qarşılaşması keçiriləcək.Saat 20:00-da başlayacaq ilk oyun HİK (Helsinki, Finlandiya) və “Maribor” (Sloveniya) komandaları arasında təşkil olunacaq (ilk oyun - 2:0). Türkiyənin “Fənərbağça” komandası Çexiyada “Slovaçko” klubunun qonağı olacaq. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqib komanda üzərində 3:0 hesablı qələbə qazanıblar. “Sürix” (İsveçrə) öz meydanında “Linfild”i (Şimali İrlandiya, ilk oyun - 2:0) qəbul edəcək. Hər iki görüş saat 21:00-da start götürəcək.Günün saat 22:00-da başlayacaq digər oyununda “Düdelanj” (Lüksemburq) və “Malmö” (İsveç, ilk oyun - 0:3) klubları qarşılaşacaq. Bu oyundan yarım saat sonra “Slovan” (Bratislava, Slovakiya) və “Olimpiakos” (Yunanıstan, ilk oyun - 1:1) görüşü başlayacaq.Saat 23:00-də start veriləcək “Partizan” (Serbiya) - AEK (Larnaka, Kipr, ilk oyun - 1:2) qarşılaşması ilə Avroliqanın ikinci oyun gününə yekun vurulacaq.Qeyd edək ki, bundan əvvəl Şimali Makedoniyada “Şkupi”yə 2:1 hesabı ilə qalib gələn İrlandiyanın “Şemrok Rovers” klubu adını pley-off mərhələsinə yazdırıb. Qonaq komanda ilk matçı da qələbə ilə başa vurub - 3:1.Xatırladaq ki, pley-off mərhələsinin matçları avqustun 18-də və 25-də keçiriləcək.xeber100.com

Avqust 11, 2022 12:18

Azərbaycan Boks Federasiyasının məlumatına görə…

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev kişi və qadın boksçulardan ibarət milli komandaların üzvləri və məşqçilər korpusu ilə görüşüb.Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, görüşdə yığmaların hazırkı durumu, gələcək planları və hədəfləri barədə fikir mübadiləsi aparılıb, yüksək nailiyyətlərin əldə olunması yolları müzakirə edilib.Ölkəmizdə idmana, xüsusilə də boksa göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən yeniliklərdən, həmçinin maddi-texniki bazanın gücləndirilməsindən danışan federasiya rəhbəri bildirib ki, hər bir idmançıya federasiya tərəfindən lazımi dəstək göstəriləcək.S.Babayev müxtəlif yaş kateqoriyaları üzrə yığmaların son 5 yarışda 27 medal qazandığını, onlardan 11-nin qızıl medal olduğunu diqqətə çatdırıb. O, bu il keçiriləcək Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçunun qatılacağını və bundan sonra əsas heyətin formalaşacağını da qeyd edib. Əsas hədəfin Paris-2024 Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər əldə etmək olduğunu bildirib.ABF prezidenti boksçuların döyüş təcrübələrinin artması üçün daha çox turnirlərə qatılmaları və təlim-məşq toplanışlarının sayının artırılması ilə bağlı da tapşırıqlarını verib.Daha sonra yığmaların baş məşqçilərinin hesabatları dinlənilib. Kişilərdən ibarət millinin əsas çalışdırıcısı Pedro Roke yığmada heyətin böyük əksəriyyətini gənclərin təşkil etməsini böyük perspektiv kimi dəyərləndirib. Kubalı mütəxəssis olimpiya təsnifat turnirlərinin oktyabrdan sonra dəqiqləşəcəyi üçün həmin vaxtdan yarışların təqviminə uyğun proqramla işləyəcəklərini qeyd edib. O millimizin ABŞ və Qazaxıstanda beynəlxalq turnirlərdə ən güclü heyətlə təmsil olunacağını da söyləyib.xeber100.com  

Avqust 10, 2022 7:45