05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatı yenidən artırılıb

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.Bu, “Neftçi”nin UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Rapid" (Vyana) klubu üzərində 2:1 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,250 xal gətirib.Azərbaycan bu mövsüm üzrə xal sayını 1,625-ə, son 5 mövsümdə isə 14,250-yə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.xeber100.com

Avqust 5, 2022 2:52

Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümünə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümünə start veriləcək.Cari çempionat 6 illik fasilədən sonra 10 komandanın iştirakı ilə keçiriləcək və burada ilk dəfə VAR sistemindən istifadə olunacaq.Birinci turun açılış matçı 4 ildən sonra elitaya qayıdan “Kəpəz”lə ötən mövsümün bürünc medalçısı “Zirə” arasında olacaq. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini “Dalğa Arena”da qəbul edəcək. Görüşdə ədaləti FIFA referisi Əliyar Ağayev qoruyacaq.Qeyd edək ki, tura avqustun 6-8-də keçiriləcək "Qarabağ" - "Səbail", "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.xeber100.com

Avqust 5, 2022 2:50

“Kəpəz” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

Gəncənin "Kəpəz" klubu heyətinə yeni futbolçu cəlb edib.Gəncə təmsilçisi belaruslu futbolçu Yeqor Xvalko ilə birillik müqavilə imzalayıb.İyirmi beş yaşlı oyunçu mərkəz müdafiəçisi mövqeyində çıxış edir.Onun son klubu vətənində "Arsenal" (Zerjinsk) olub.xeber100.com

Avqust 4, 2022 3:02

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" - "Rapid" (Avstriya) oyununda birinci hissə başa çatıb."Bakcell Arena"da oynanılan görüşün birinci hissəsi Bakı təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 1:0. Oyunun 44-cü dəqiqəsində "Neftçi"nin israilli yarımmüdafiəçisi Ataa Caber baxımlı qola imza atıb.Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.xeber100.com

Avqust 4, 2022 2:56

“Arsenal” klubunun futbolçusu “Fulhem”ə keçib

“Arsenal”ın futbolçusu Bernd Leno “Fulhem”ə keçib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Otuz yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. “Fulhem” transferin məbləğini açıqlamayıb.Qeyd edək ki, Leno 2018-ci ildən “Arsenal”da oynayıb.xeber100.com

Avqust 3, 2022 1:10

Voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti bəlli olub

Avropa çempionatının (“Avro-2023”) təsnifat mərhələsində və V İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti bəlli olub.Baş məşqçi Pərviz Səmədovun rəhbərlik etdiyi komandanın heyətində Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev və Kənan Allahverdiyev yer alıblar.Qeyd edək ki, bu heyət Azərbaycanı Türkiyənin Konya şəhərində keçiriləcək İslamiadada da təmsil edəcək. Avqustun 8-15-də baş tutacaq voleybol yarışlarında Azərbaycanın kişi millisinin A qrupundakı rəqibləri Sudan, Kamerun və Mərakeşdir.xeber100.com

Avqust 3, 2022 1:07

Şahmat üzrə respublika olimpiadası keçiriləcək

Avqustun 21-31-də Zaqatalada şahmat üzrə respublika olimpiadası keçiriləcək.Yarış 16 yaşadək yeniyetmələr arasında Zaqatala Olimpiya İdman Kompleksində baş tutacaq. İsveçrə sistemi üzrə təşkil ediləcək turnir 11 turdan ibarət olacaq.xeber100.com

Avqust 3, 2022 12:16

“Qarabağ” futbol klubu növbəti oyununu keçirəcək

Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.AZƏRTAC xəbər verir ki, komandamız üçüncü təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Andreas Ekberq, hakimlər Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç), VAR hakimləri isə Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland) olacaq.Komandamızın üzvləri Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan ilə matçda iştirak etməyəcəklər. Rəqiblərdən isə Henri Vinqo zədəsinə görə oyunu buraxacaq.Avqustun 9-da isə Budapeştdə komandalar arasında cavab oyunu baş tutacaq.Qeyd edək ki, bu qarşılaşmanın qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə oynayacaq, məğlub isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) qarşılaşmasında uduzan komanda ilə görüşəcək.xeber100.com

Avqust 3, 2022 12:14

“Paris Sen-Jermen” futbol klubu Fransa Superkubokunu qazanıb

"Paris Sen-Jermen" futbol klubu Fransa Superkuboku uğrunda keçirilən oyunda "Nant" komandasını 4:0 hesabı ilə məğlub edib.Xarici KİV-lər xəbər verir ki, görüş Təl-Əvivdə yerləşən "Blumfild" stadionunda keçirilib.Oyunda hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Digər qolları Neymar (45+6, 82, penaltidən) və Serxio Ramos (57) vurublar.Bununla da "PSJ" Fransa Superkubokunda 11-ci dəfə qalib olub. Qeyd edək ki, Paris klubu bu göstərici üzrə rekorda sahibdir.

Avqust 1, 2022 11:03

Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

Sərbəst güləş üzrə millimiz İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb.Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti xəbər verir ki, mundialda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 122 xalla komanda hesabında dünya üçüncüsü olub. ABŞ 190 xalla birinci, Hindistan isə 126 xalla ikinci yeri tutub.Beləliklə, millimiz bu yaş qrupunda medalların əyarına görə son 8 ilin, medalların sayına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. Toplanan 122 xal isə U-17 dünya çempionatları tarixində sərbəst güləş üzrə yığmamız üçün yeni rekorddur.Xatırladaq ki, millimizin üzvlərindən Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıblar.xeber100.com

Avqust 1, 2022 10:47
    Page 89 of 830« First«...102030...8788899091...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az