02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qarabağ” futbol klubu növbəti oyununu keçirəcək

Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.AZƏRTAC xəbər verir ki, komandamız üçüncü təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Andreas Ekberq, hakimlər Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç), VAR hakimləri isə Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland) olacaq.Komandamızın üzvləri Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan ilə matçda iştirak etməyəcəklər. Rəqiblərdən isə Henri Vinqo zədəsinə görə oyunu buraxacaq.Avqustun 9-da isə Budapeştdə komandalar arasında cavab oyunu baş tutacaq.Qeyd edək ki, bu qarşılaşmanın qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə oynayacaq, məğlub isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) qarşılaşmasında uduzan komanda ilə görüşəcək.xeber100.com

Avqust 3, 2022 12:14

“Paris Sen-Jermen” futbol klubu Fransa Superkubokunu qazanıb

"Paris Sen-Jermen" futbol klubu Fransa Superkuboku uğrunda keçirilən oyunda "Nant" komandasını 4:0 hesabı ilə məğlub edib.Xarici KİV-lər xəbər verir ki, görüş Təl-Əvivdə yerləşən "Blumfild" stadionunda keçirilib.Oyunda hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Digər qolları Neymar (45+6, 82, penaltidən) və Serxio Ramos (57) vurublar.Bununla da "PSJ" Fransa Superkubokunda 11-ci dəfə qalib olub. Qeyd edək ki, Paris klubu bu göstərici üzrə rekorda sahibdir.

Avqust 1, 2022 11:03

Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

Sərbəst güləş üzrə millimiz İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb.Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti xəbər verir ki, mundialda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 122 xalla komanda hesabında dünya üçüncüsü olub. ABŞ 190 xalla birinci, Hindistan isə 126 xalla ikinci yeri tutub.Beləliklə, millimiz bu yaş qrupunda medalların əyarına görə son 8 ilin, medalların sayına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. Toplanan 122 xal isə U-17 dünya çempionatları tarixində sərbəst güləş üzrə yığmamız üçün yeni rekorddur.Xatırladaq ki, millimizin üzvlərindən Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıblar.xeber100.com

Avqust 1, 2022 10:47

Beynəlxalq Şahmat Federasiyası yeni reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2758 xal) 2, Teymur Rəcəbov (2747 xal) isə 3 pillə irəliləyiblər. Ş.Məmmədyarov hazırda dünya reytinqində 10-cu, T.Rəcəbov 15-ci yeri tuturlar.Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz yer alıb. Belə ki, Qədir Hüseynov (2668 xal) 78-ci, Rauf Məmmədov isə (2656 xal) 93-cü pillədə qərarlaşıblar.Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, FIDE-ni təmsil edən Yan Nepomnyaşi (2792 xal) isə üçüncü yerdədirlər.Qadınların reytinq cədvəlində isə şahmatçılarımızdan Günay Məmmədzadə 5 pillə irəliləyərək 2466 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2413) 41-ci, Gülnar Məmmədova (2380 xal) isə 68-ci pillələrdə yer alıblar.Çinli Hou Yifan (2650 xal) qadınların reytinq cədvəlinə başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2579 xal) və çinli Ju Venjun (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar.xeber100.com

Avqust 1, 2022 10:45

44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.III turda şahmatçılarımız Argentina yığması ilə mübarizə aparırlar. Artıq komandamız növbəti qələbəsini qazanıb. Belə ki, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov öz rəqiblərilə qarşılaşmanı qələbə ilə başa vurublar. Nicat Abasov isə rəqibi ilə heç-heçə edib. Bununla da komandamız aktivinə 2,5 xal yazdırmaqla qələbəni təmin edib. Qədir Hüseynovun oyunu isə hələ davam edir.xeber100.com

İyul 31, 2022 1:21

Formula 1 Macarıstan Qran-Prisinin qalibi müəyyənləşib

Formula 1 Macarıstan Qran-Prisinin qalibi müəyyənləşib."Red Bull" komandasının pilotu Maks Ferstappen finişə hamıdan birinci çatıb.İkinci yeri "Mercedes" komandasının britaniyalı pilotu Lüis Hemilton tutub. Onun komanda yoldaşı Corc Rassel isə yarışı üçüncü sırada başa vurub.xeber100.com

İyul 31, 2022 1:18

“Kəpəz” klubu daha bir futbolçunun transferini rəsmiləşdirib

Gəncənin “Kəpəz” klubu daha bir futbolçunun transferini rəsmiləşdirib.Klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu Mixeil Ergemlidze Gəncə təmsilçisinin şərəfini qoruyacaq.Sonuncu klubu “Sabah” olan 23 yaşlı forvardla birillik müqavilə imzalanıb.xeber100.com

İyul 29, 2022 1:50

Ümumdünya Şahmat Olimpiadasının birinci turunun oyunları keçiriləcək

Bu gün Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasının birinci turunun oyunları keçiriləcək.Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov yer alıblar. Qadın şahmatçılardan ibarət yığmanın heyətinə isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva daxildir. Bu gün keçiriləcək birinci turun oyunlarında kişilərdən ibarət komandamız Əlcəzair, qadın şahmatçılarımız isə Birləşmiş Ərəb Əmirliklərinin yığmaları ilə üz-üzə gələcəklər.Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparacaqlar.İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq yarış avqustun 9-dək davam edəcək.xeber100.com

İyul 29, 2022 1:48

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində

Macarıstanda “Ferentsvaroş” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.Budapeştdəkı qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Karlos del Serro olacaq. Ona Xose Naranxo və Qonsalo Qonsales laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Migel Anxel Ortis Arias yerinə yetirəcək.Qeyd edək ki, avqustun 9-da oynanılacaq matç Bakıda vaxtı ilə saat 22:00-da başlayacaq. İlk görüş avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.xeber100.com

İyul 29, 2022 1:46

“Davis Cup-2022” kuboku yarışının qrup oyunlarına start verilib

Bakıda kişi tennisçilər arasında "Davis Cup-2022” kuboku yarışının qrup oyunlarına start verilib.Azərbaycan Tennis Federasiyasından (ATF) bildiriblər ki, ATF və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı ilə paytaxtımızda ilk dəfə təşkil edilən Avropa IV qrup oyunları Bakı Tennis Akademiyasında keçirilir.Yeddi ölkənin təmsil olunduğu oyunlar iyulun 30-dək davam edəcək. Yarışda A qrupunda San-Marino, İslandiya, Albaniya, B qrupunda isə Malta, Andorra, Azərbaycan və Kosova mübarizə aparır. Qrup qalibləri pley-of mərhələsində qarşılaşacaqlar.Qrup oyunlarını gənclər və idman naziri Fərid Qayıbov da izləyib. Oyundan əvvəl nazir yarışın keçirildiyi Bakı Tennis Akademiyasının vəziyyəti ilə tanış olub, burada idmançıların məşq şəraiti ilə maraqlanıb.xeber100.com

İyul 29, 2022 1:42
    Page 90 of 830« First«...102030...8889909192...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az