Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.Ağdam təmsilçisi birinci təsnifat mərhələsinin ilk oyununda Polşanın "Lex" komandasının qonağıdır.Poznan şəhərindəki eyniadlı stadionda keçirilən oyunda “Lex”in heyətində meydana Artur Rudko, Joel Pereyra, Pedro Reboşu, Yesper Karlström, Mikael İshak, Antonio Miliç, Mixal Skuras, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral və Lubomir Şatka çıxıblar.“Qarabağ”ın start heyətində isə Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Riçard Almeyda, Abdullah Zubir, Leandro Andrade, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev və Kevin Medina yer alıblar.Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edir.Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.xeber100.com