11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Paytaxt təmsilçisi ispaniyalı müdafiəçi Con İrasaballa anlaşıb.İyirmi altı yaşlı oyunçu ilə 1+2 illik müqavilə imzalanıb.İrasabal karyerası ərzində İspaniyanın “Vitoria”, “Mirandes”, “Lexona” və “Amorebieta” klublarında çıxış edib.xeber100.com

İyul 10, 2022 12:35

“Neftçi”nin “Sivasspor”a qarşı yoxlama matçının başlama saatı açıqlanıb

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubunun yerli "Sivasspor"a qarşı yoxlama matçının başlama saatı açıqlanıb.Klubun rəsmi saytına istinadla xəbər verir ki, iyulun 11-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.Qeyd edək ki, "Neftçi" Boludakı ilk sınaq matçında "Sakaryaspor"la heç-heçə edib - 1:1. Bakı təmsilçisi iyulun 15-dək təşkil olunacaq toplanışda daha bir oyun keçirməsi nəzərdə tutulub.xeber100.com

İyul 10, 2022 12:33

“Beşiktaş” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb edib.Klubun rəsmi saytı xəbər verir ki, İstanbul təmsilçisi “Standard”dan (Belçika) Cekson Mulekanı transfer edib.İyirmi iki yaşlı hücumçu ilə beşillik müqavilə imzalanıb.Qeyd edək ki, futbolçu ötən mövsümü icarə əsasında “Kasımpaşa”da keçirib. O, bu müddət ərzində 14 matçda 12 qol vurub.xeber100.com

İyul 8, 2022 3:35

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Super Liqa təmsilçisi italyan əsilli almaniyalı sol cinah müdafiəçisi Raul Petrettanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.İsveçrənin “Bazel” klubundan transfer olunmuş 25 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.R.Petretta “Bazel”in yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında forma geyinib. Müdafiəçi sözügedən komandanın heyətində 150 matça çıxıb.xeber100.com  

İyul 8, 2022 3:33

2022/2023-cü il mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.Peşəkar Futbol Liqası xəbər verir ki, püşkatma mərasimi iyulun 15-də AFFA-nın inzibati binasında baş tutacaq.Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü sentyabrın 5-də start götürəcək.xeber100.com

İyul 8, 2022 3:30

Azərbaycan Velosiped Federasiyasının məlumatına görə…

İyulun 14-19-da Portuqaliyanın Anadia şəhərində trek velosipedi üzrə Avropa çempionatı keçiriləcək.Azərbaycan Velosiped Federasiyası xəbər verir ki, gənclər və U-23 yaş kateqoriyasında mübarizə aparan idmançılar arasında təşkil ediləcək yarışda Azərbaycan da təmsil olunacaq.Yarışda gənc oğlanlardan ibarət milli komandamızın üzvü Kamran Mirzəxanov və U-23 yaş kateqoriyasında qadınlardan ibarət yığmamızın velosipedçisi Ayan Xankişiyeva iştirak edəcəklər.xeber100.com

İyul 8, 2022 3:28

“Sabah” klubu futbolçusu ilə müqavilə müddətini uzadıb

“Sabah” futbolçusu Ceyhun Nuriyevlə müqavilə müddətini uzadıb.Klubun rəsmi saytı xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir.Futbolçu “Sabah”ın əsas yığmasına 2020-ci ildə U-19 komandasından cəlb olunub. O, “Sabah”ın heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 23 oyun keçirib, 2 qola imza atıb.xeber100.com

İyul 7, 2022 3:38

Stolüstü tennisçilərin Avropa birinciliyi davam edir

Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilərin Avropa birinciliyi davam edir.Yarışın ilk günündə Sloveniya kollektivi üzərində 3-1 hesabı ilə qələbə qazanan oğlanlardan ibarət Azərbaycan seçməsi bu gün Avstriya millisi ilə üz-üzə gəlib. Rəqibinə 1-3 hesabı ilə uduzan komandamız qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.İlk oyunda Yunanıstan seçməsinə uduzan (1-3), ardınca Monteneqro komandasına qalib gəlib gələn (3-0) qızlardan ibarət millimiz bu gün İsveç kollektivini də məğlub edərək (3-1) qrup ikincisi olub. Komandalarımız növbəti oyunlarını sabah keçirəcəklər.Qeyd edək ki, mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə komanda turniri ilə yanaşı, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova və Zaur Mikayılov da Avropa birinciliyində ölkəmizi təmsil edirlər.Yarışa iyulun 16-da yekun vurulacaq.xeber100.com

İyul 7, 2022 3:35

“Neftçi” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək.Baş məşqçi Laurentsiu Regekampfın komandası Türkiyə Birinci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gələcək.Matç Bakı vaxtı ilə saat 16:45-də start götürəcək.Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır.xeber100.com

İyul 6, 2022 1:19

“Zirə” futbol klubu bu gün növbəti yoxlama görüşünü keçirəcək

Türkiyə təlim-məşq toplanışını davam etdirən “Zirə” futbol klubu bu gün növbəti yoxlama görüşünü keçirəcək.Baş məşqçi Rəşad Sadıqovun komandası Türkiyə Birinci Liqasında çıxış edən “Eyüpspor” klubu ilə üz-üzə gələcək. Boluda oynanılacaq görüş Bakı vaxtı ilə 18:00-da start götürəcək.Qeyd edək ki, Bakı təmsilçisi ilk yoxlama görüşündə Rumıniyanın “Hermanşdadt” klubuna 1:2 uduzub.xeber100.com

İyul 6, 2022 1:18
    Page 95 of 831« First«...102030...9394959697...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az