29 İyul 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı və “Azərloteraya”nın baş sponsorluğu ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat yarışının açılış mərasimi keçiriləcək. Tədbirdə rəsmi şəxslər, siyasətçilər və digər tanınmış qonaqlar iştirak edəcəklər.“Cinema Plus”da baş tutacaq açılış mərasimindən sonra yarışın püşkatması keçiriləcək, iştirakçılara qaydalar barədə məlumat veriləcək.Çempionatın qalibləri Milli Mətbuat Günü ərəfəsində mükafatlandırılacaqlar.İlk üç yeri tutacaq komandaların hər bir üzvünə pul mükafatı, sponsorlardan qiymətli hədiyyələr və diplom təqdim olunacaq. Eyni zamanda, bağlanış mərasimində təşkilat komitəsi xüsusi nominasiyalar üzrə qalibləri elan edəcək.Jurnalistlər arasında şahmat çempionatı ilk dəfə olaraq komanda şəklində baş tutacaq. İki nəfərdən ibarət olacaq komandalar püşk nəticəsində müəyyənləşəcək. Turnirin yarış günləri 9 və 16 iyulda təşkil olunacaq.xeber100.com

İyul 4, 2022 10:02

Voleybol üzrə “Zəfər kuboku” yarışı keçiriləcək

22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə “Zəfər kuboku” yarışı keçiriləcək.İdman Araşdırmalar Mərkəzinin, Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin, Azərbaycan Voleybol Federasiyası (AVF) və “Avropa Group”la birlikdə təşkil edəcəyi yarışa 8 komanda qatılacaq. Bunlar işğaldan azad olunmuş əraziləri təmsil edən “Şuşa”, “Ağdam”, “Kəlbəcər”, “Füzuli”, “Zəngilan”, “Xankəndi”, “Xocalı” və “Suqovuşan”dır.İyulun 5-də saat 12:00-da AVF-in mənzil-qərargahında atılacaq püşk nəticəsində dörddəbir final cütlərinin tərkibi müəyənləşəcək. Bu mərhələnin oyunları iyulun 11-də keçiriləcək. İyulun 16-da yarımfinal, iyulun 22-də final qarşılaşmaları oynanılacaq.Turnirin qalibinə kubok, pul mükafatı və diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu pul mükafatı alacaq.xeber100.com

İyul 4, 2022 9:59

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Polşada “Lex” ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.Qarşılaşma üçün 22 mindən çox bilet satılıb.Polşa çempionu kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. “Poznan” stadionu 43 min azarkeş tutumuna malikdir.Qeyd edək ki, iyulun 5-də oynanılacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda gerçəkləşəcək.xeber100.com

İyul 4, 2022 9:56

Madriddə iddiaçılar turnirində 11-ci turun oyunları keçiriləcək

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 11-ci turun oyunları keçiriləcək.Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda polşalı Yan-Kşiştov Duda ilə mübarizə aparacaq.Qeyd edək ki, şahmatçımız bundan əvvəlki turda FIDE təmsilçisi Yan Nepomnyaşi ilə heç-heçə edib. T.Rəcəbov ötən turlarda 4,5 xal toplayıb. O, bu nəticə ilə 8 şahmatçı arasında 5-ci yerdə qərarlaşıb.Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.xeber100.com

İyun 30, 2022 3:26

“Qəbələ” futbol klubu yeni formalarını təqdim edib

“Qəbələ” futbol klubu 2022/2023-cü il mövsümü üçün yeni formalarını təqdim edib.Azərtac klubun rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, geyim dəstləri ənənəvi olaraq qırmızı və ağ rəngdə hazırlanıb.Komanda adətən ev oyunlarında qırmızı, səfər matçlarında isə ağ rəngli formalardan istifadə edir.Qeyd edək ki, “Qəbələ” yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Komanda ikinci təsnifat mərhələsində Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 21-də evdə, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.xeber100.com

İyun 30, 2022 3:21

“Lill” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

Fransanın “Lill” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Liqa 1 təmsilçisi Paulo Fonsekaya həvalə olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Portuqaliyalı mütəxəssislə ikiillik müqavilə imzalanıb.Qırx doqquz yaşlı baş məşqçi bu postda bir müddət öncə istefaya göndərilmiş Joslen Qurvenneki əvəz edib. P.Fonsekanın sonuncu iş yeri isə İtaliyanın “Roma” komandası olub.xeber100.com

İyun 30, 2022 3:19

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində

Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Kiprin “Aris” komandası növbəti transferini rəsmiləşdirib. “Aris” Fransanın “Genqam” klubunun hücumameylli yarımmüdafiəçisi Yannik Qomisi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqaldan olan 30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.Futbolçu 2018-ci ildən “Genqam”da çıxış edib. O, daha əvvəl “Orleans” və “Lans” komandalarının da formasını geyinib. Seneqal yığmasında iki oyuna çıxmış futbolçu 1 qol vurub.“Neftçi”nin “Aris”lə ilk oyunu iyulun 21-də Limassolda, cavab görüşü isə ayın 28-də Bakıda baş tutacaq.xeber100.com

İyun 30, 2022 3:17

“Sabah” futbol klubu yeni mövsümün hazırlığına başlayıb

Bakının “Sabah” klubu yeni mövsümün hazırlığına başlayıb.Baş məşqçi Murad Musayevin rəhbərlik etdiyi komanda təlim-məşq toplanışının ilk mərhələsini iyulun 15-dək ölkədə davam etdirəcək.İyulun 17-də komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsinə iyulun 31-də yekun vurulacaq.Komandanın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.xeber100.com

İyun 28, 2022 3:39

“Neftçi” futbol klubunun məşqçilər korpusuna daha bir təyinat olub

Bakının “Neftçi” futbol klubunun məşqçilər korpusuna daha bir təyinat olub.Qapıçılar üzrə məşqçi Florin Tene ilə ikiillik müqavilə bağlanıb.2001-ci ildə məşqçiliyə başlayan rumıniyalı mütəxəssis ölkəsində U-21 milli komandası ilə yanaşı, “Sportul Studentsesk”, “Dinamo-2” (Buxarest), “Proqresul”, “Otopen”, “Petrolul”, “Dinamo” (Buxarest), “Styaua”, “Universitatya Krayova”, Səudiyyə Ərəbistanının “Əl Hilal”, “Əl Əhli”, Bolqarıstanın “Liteks”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vəhdə” və “Əl Vəsl” klublarında işləyib.Əlli beş yaşlı mütəxəssis “Əl Hilal”, “Liteks”, “Styaua”, “Əl Vəhdə”, “Əl Vəsl”, “Əl Əhli” və “Universitatya Krayova” klublarında baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.Qeyd edək ki, bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.xeber100.com  

İyun 28, 2022 3:36

“Səbail” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

Bakının “Səbail" klubu heyətinə yeni futbolçu cəlb edib.Bakı təmsilçisi “Şamaxı”dan ayrılan yarımmüdafiəçi Rafael Məhərrəmlini transfer edib.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İyirmi üç yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.Futbolçu daha əvvəl "Qarabağ" və "Zirə"də də çıxış edib.xeber100.com

İyun 26, 2022 10:19
    Page 96 of 831« First«...102030...9495969798...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az