07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qarabağ” komandası ilk yoxlama oyununu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün ilk yoxlama oyununu keçirəcək.Onun rəqibi Rumıniyanın “Botoşani” klubu olacaq. Kössen stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.Qeyd edək ki, Ağdam təmsilçisi növbəti oyunların iyunun 29-da keçirəcək. Komandamız həmin gün Almaniyanın “Holştayn Kiel” və Rumıniyanın “Universitatya Krayova” klubları ilə üz-üzə gələcək.xeber100.com

İyun 25, 2022 10:22

Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

İyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada güləş üzrə iyirmi yaşadək qızlar arasında Avropa çempionatı keçiriləcək.Azərbaycan Güləş Federasiyasından  bildiriblər ki, qitə birinciliyində ölkəmizi təmsil edəcək gənc qızlardan ibarət milli komandanın üzvləri ilə görüş keçirilib.Federasiyanın baş katibi Nəsimi Musayev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə uğurlar arzulayıblar.Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə Avropa çempionatında iştirak edəcək komandanın tərkibində altı qız idmançı yer alıb. Romada Əsmər Canqurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) güləşəcək.Qeyd edək ki, çempionatın proqramına əsasən iyunun 28-də qadın güləşi üzrə püşkatma mərasimi təşkil olunacaq.xeber100.com  

İyun 25, 2022 10:20

Azərbaycan Badminton Federasiyasının məlumatı əsasında…

Badmintonçularımız Xorvatiyanın Dubrovnik şəhərində keçirilən “Future” seriyalı “Croatia Open-2022” turnirində çıxış edib. Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişi badmintonçuların şəxsi yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Aqil Qəbilov ilk görüşündə İslandiya təmsilçisi Gabriel İngi Helgasona 2:0 hesabı ilə qalib gəlib. Aqil Qəbilov ikinci görüşündə İngiltərə badmintonçusu Heng Lin Ngana 0:2 hesabı ilə uduzub.Təsnifat mərhələsində keçirdiyi ilk görüşdə Emran Safinə (Finlandiya) 2:0 hesabı ilə qalib gələn Cahid Əlhəsənov növbəti mərhələdə Sinqapur idmançısı Jun Hui Markusa 0:2 hesabı ilə məğlub olub.Qadın badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan Era Maftuha turnirin səkkizdəbir finalına yüksəlmək uğrunda keçirilən görüşdə Thi AnhThuya (Vyetnam) 0:2 hesabı ilə uduzub.Kişi badmintonçuların qoşa yarışında Cahid Əlhəsənov-Amri Khadafi tandemi fransalı Nikolas Hoareau-Aymerik Tores qoşasına 0:2 hesabı ilə məğlub olub.xeber100.com

İyun 24, 2022 2:02

UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin ilk oyunu keçiriləcək

Bu gün UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin II qrupunda ilk oyun keçiriləcək.Təmsilçimiz “Cəbrayıl” komandası Şamaxı şəhər stadionunda saat 16:00-da keçiriləcək qarşılaşmada Belarusun “Kolos” komandası ilə üz-üzə gələcək. Oyunu baş hakim Damian Silvestrzak (Polşa), baş hakimin köməkçiləri Bartosz Kaszinsk (Polşa), Pascal Hirzel (İsveçrə) və dördüncü hakim Luca Cibelli (İsveçrə) idarə edəcək.xeber100.com

İyun 24, 2022 1:59

Stolüstü tennisçilər arasında Avropa birinciliyi keçiriləcək

Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilər arasında Avropa birinciliyi keçiriləcək.15 yaşadək stolüstü tennisçilərin qitə yarışında Azərbaycanı məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə təmsil edəcəklər.Qitə birinciliyi iyulun 6-dan 15-dək davam edəcək.xeber100.com

İyun 23, 2022 3:18

Madriddə iddiaçılar turnirində 6-cı turun oyunları keçiriləcək

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 6-cı turun oyunları keçiriləcək.Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda macarıstanlı Riçard Rapportla mübarizə aparacaq.Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 2 xalla 6-8-ci yerləri bölüşür.Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.xeber100.com

İyun 23, 2022 3:17

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə…

Bu gün Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı start götürür.Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, iyunun 25-dək davam edəcək yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edəcək.Belə ki, oğlanlar arasında yarışlarda Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Əli Hacızadə, Süleyman Əliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq) güclərini sınayacaqlar. Qızların turnirində isə Xumar Qasımzadə (44 kq), Aydan Vəliyeva (48 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq), Nigar Süleymanova (+70 kq) mübarizə aparacaqlar.Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya isə məşqçi Elnur İsmayılov rəhbərlik edəcəklər.Qeyd edək ki, ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.xeber100.com

İyun 23, 2022 3:15

Azərbaycan Badminton Federasiyasının məlumatına görə…

Yeniyetmə badmintonçular Avstriyanın Dornbirn şəhərində keçirilən “Austrian U-17 Open-2022” turnirində çıxış edib.Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, ölkəmizi beynəlxalq turnirdə Mədinə Nağıyeva, Həcər Nuriyeva və Sərxan Bağırov təmsil edib.Qızların şəxsi yarışında Mədinə Nağıyeva ilk görüşündə çex Malvina Skrecenaya 2:1 hesabı ilə qalib gəlib. Badmintonçumuz növbəti görüşündə macar Zsofi Szaboya 0:2 hesabı ilə uduzub. İlk görüşündə almaniyalı Miya-Melayn Salariaya 2:1 hesabı ilə qalib gələn Həcər Nuriyeva ikinci görüşdə macar Kinqa Toz-Kuziyə 0:2 hesabı ilə məğlub olub. Həcər Nuriyeva-Mədinə Nağıyeva cütü qızların qoşa yarışında ilk görüşdə Amelia Maiksnerova (Çex Respublikası)-Jorina Jann (İsveçrə) tandeminə 0:2 hesabı ilə uduzub.Oğlanların qoşa yarışında isveçrəli Zhi Lunla eyni cütdə mübarizə aparan Sərxan Bağırov ilk görüşdə avstriyalı Filip Ofner-Feliks Steynvender qoşa cütünə 2:0 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə Almaniya təmsilçiləri Filip Euler-Aditya Patilə 0:2 hesabı ilə məğlub olub.xeber100.com

İyun 21, 2022 1:30

“Səbail” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakının "Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.Klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi sabiq yarımüdafiəçisi Emil Martinovu transfer edib.Otuz yaşlı bolqarıstanlı oyunçu ilə birillik müqavilə imzalanıb.Qeyd edək ki, E.Martionov 2018/2019-cu il mövsümündə də "Səbail"in formasını geyinib və Azərbaycan Premyer Liqasının bürünc medalçısı olub.xeber100.com

İyun 21, 2022 1:26

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində

"Qəbələ" futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubuna qarşı oyunlarının təqvimi açıqlanıb. "Qəbələ" ilk matçı iyulun 21-də səfərdə keçirəcək. "MOL Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.Komandalar arasında cavab matçı isə iyulun 28-də Qəbələ şəhər stadionunda olacaq. Həmin görüşün başlama saatı hələlik bəlli deyil.xeber100.com

İyun 21, 2022 1:24
    Page 97 of 831« First«...102030...9596979899...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az