BMT-nin Baş Assambleyası tərəfindən iyunun 26-sı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. Bu günün əhəmiyyəti və vacibliyini geniş ictimaiyyətə çatdırmaq üçün Azərbaycan Cüdo Federasiyası (ACF) “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox” şüarları altında kampaniya elan edərək idman ictimaiyyətini səfərbər olmağa çağırır.Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, kampaniyanın əsas məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzini seçməyə, asudə vaxtlarını daha səmərəli keçirməyə və zərərli vərdişlərdən uzaq olmağa təşviq etməkdir.Azərbaycan cüdo ailəsinin üzvləri narkotikə yox deyərək kampaniyaya qoşulublar. Bununla da cüdo ailəsi sağlam cəmiyyətin qurulmasına sadiq olduğunu nümayiş etdirib. Bu günün önəmini vurğulamaq üçün ACF estafeti Güləş, Gimnastika, Həndbol, Stolüstü Tennis, Ağır Atletika federasiyalarına ötürür.xeber100.com