Bu ilin ilk yarısında vergi orqanlarına 137 min 569 müraciət daxil olub ki, bunların da 93,5 faizi ərizə, 6,4 faizi şikayət, 0,1 faizi təklifdir.Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azərtac-a bildirilib ki, müraciətlərin 80,8 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub, 17,4 faizi barədə müvafiq izahatlar verilib, qalanları üzrə müvafiq tədbirlər görülüb.Daxil olmuş müraciətlərin 51,7 faizi müxtəlif arayışların alınması, 17,3 faizi kameral vergi yoxlamaları, 13 faizi sosial sığorta ödənişləri, 7,8 faizi vergi borcları, qalanları isə digər məsələləri əhatə edib. Hesabat dövründə vergi orqanlarına daxil olmuş bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra edilib.xeber100.com