İyunun 29-da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Brüsseldə keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları başa çatıb. Bu barədə Azərtac-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.Xatırladaq ki, tədbirlərdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhhət Həbibbəyli, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, komitənin aidiyyəti qurumlarının nümayəndələri də təmsil olunublar.Sessiyaların sonuncu günündə imzalama və sənədlərin depozitə verilmə mərasimləri baş tutub, Maliyyə Komitəsinin büdcə və maliyyə məsələləri üzrə hesabatı dinlənilib. Həmçinin Potensialın Gücləndirilməsi üzrə direktor, Nəzarət və Asanlaşdırma üzrə direktor, Şura sədrinin müavinləri, Siyasi Komissiyanın və Maliyyə Komitəsinin üzvləri, sədri və sədr müavini, Audit Komitəsinin üzvləri, sədri və sədr müavini, Şura sədri vəzifələrinə seçilmiş namizədlər təsdiqlənib.xeber100.com