23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

V Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azərbaycan") ilə əməkdaşlıq çərçivəsində iyunun 13-də Bakıda V Avropa İttifaqı-Azərbaycan biznes forumunu keçirəcək."AHK Azərbaycan"dan Azərtac-a bildirilib ki, builki tədbirdə biznes mühiti mövzusu üzrə plenar sessiya və kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sektorları üzrə paralel sessiyaların keçirilməsi nəzərdə tutulur.xeber100.com

Aprel 15, 2019 12:54

“Zenith Energy” şirkəti TSX-V fond birjasının şərti razılığını alıb

Azərbaycanın "Muradxanlı-Cəfərli-Zərdab" yataqlar blokunun işlənilməsi üzrə operator olan Kanadanın "Zenith Energy" şirkəti Kanadada aksiyaların buraxılışı üzrə TSX-V fond birjasının şərti razılığını alıb.Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir."Zenith Energy" təsdiq edib ki, sadə aksiyalar 2019-cu il aprelin 5-də lazımi sənədlər verildikdən sonra buraxılıb.Şirkətin məlumatına əsasən, "Zenith Energy" TSX-V-dən yekun təsdiqi gözləyir.Bildirildiyi kimi, "Zenith Energy" bu vəsaitləri Azərbaycanda qazma işlərinə yatırmaq üçün cəlb edir.Qeyd edək ki, SOCAR və Kanada şirkəti arasında "Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2016-cı il martın 16-da imzalanıb.xeber100.com

Aprel 14, 2019 3:14

“Moody’s Investors Service” reytinq agentliyinin qərarı…

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqi və təminatsız prioritet öhdəlikləri reytinqini Ba2 stabil proqnoz səviyyəsində saxlayıb.Milli.Az xəbər verir ki, Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir."Moody's" reytinqin eyni səviyyədə qalmasını davam edən fiskal islahatlar fonunda hökumətin kredit mövqeyinin möhkəmlənməsi və bank sektorunda risklərin azalması ilə izah edir."Moody's" həmçinin "Cənub Qaz Dəhlizi" QSC-nin təminatsız prioritet bondlarının reytinqini "stabil" səviyyədə təsdiqləyib.Agentliyin analitikləri proqnozlaşdırır ki, yeni fiskal qaydaların reallaşdırılması və dövlət borclarının idarə olunması üzrə hökumət strategiyası ölkənin təmiz kredit mövqeyini gücləndirəcək.xeber100.com

Aprel 13, 2019 7:01

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro qatarlarının təmir müddətini açıqlayıb.Trend-in məlumatına görə, QSC-nin Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədov bildirib ki, metro qatarları təmir ediləndən sonra 480 min kilometr hərəkət edir:"Bu prosesdə 30 min kilometr fərq ola bilər. Yəni 480 kilometrdən sonra qatar 30 min kilometr hərəkət edə bilər".F.Əhmədov əlavə edib ki, qatarlar hərəkətdə olduğu müddətdə vaqonların cari təmir olunması qatarın hərəkət müddətini sağlamlaşdırır.xeber100.com

Aprel 13, 2019 6:54

Elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq

Aprelin 12-də saat 12:30-dan 16:00-dək 110 kilovoltluq 5-ci Xırdalan hava elektrik veriliş xətti (EVX) və 110/35/6 kilovoltluq 137 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin yaşayış binaları, Yeni Müşfiq massivində həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.Bu barədə Azərtac-a “Azərişıq” ASC-dən bildirilib.xeber100.com

Aprel 12, 2019 1:41

“Kapital Bank” 2019-cu ilin nəticələrini açıqlayıb

"Kapital Bank"ın aktivləri aprelin 1-nə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,5 milyard manat olub. Bankda müştəri depozitlərinin həcmi 2,7 milyard manat, əhalinin əmanətlərinin həcmi isə artaraq 1 milyard manat təşkil edib.Bankın hesabat dövrünə tutulmalardan sonra məcmu kapitalı 391,2 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat olub.Qeyd edək ki, "Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.xeber100.com

Aprel 12, 2019 1:38

“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar ucuzlaşaraq 73,73 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Aprel 12, 2019 1:35

Avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Təmir-tikinti işləri ilə əlaqədar aprelin 12-dən 13-nə keçən gecədən etibarən aprelin 14-ü axşam saatlarınadək Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki Xurşidbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhyə Hüseynov və Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq həmin küçələrə yönəldiləcək.Ərazidə sıxlıq yaranmaması üçün sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.xeber100.com

Aprel 12, 2019 1:33

“Light” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar geriləyərək 71,45 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 64,30 dollar təşkil edib.xeber100.com  

Aprel 11, 2019 12:41

Azərbaycan, Türkiyə və Pakistan sərgisi açılıb

Aprelin 11-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan sərgisi açılıb.Azərtac xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sərgi barədə danışıb. Bildirib ki, sərgidə üç ölkədən 50-dən çox şirkət iştirak edir. Sərgi tibb, kosmetika, tekstil, təbii dəri, idman geyimləri, qida məhsulları, turizm, inşaat, daşınmaz əmlak, mebel və sair sahələri əhatə edir.Aprelin 13-dək davam edəcək sərgidə 200-dən çox qeydiyyatdan keçmiş nümayəndə heyətinin, 10 min ziyarətçinin iştirakı gözlənilir.xeber100.com

Aprel 11, 2019 12:39
    Page 120 of 380« First«...102030...118119120121122...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az