Amerika Banklar Assosiasiyasının illik sammiti keçirilib

Aprelin 1-3-də ABŞ Konqresində bank komitələrinin liderləri, eləcə də ABŞ-ın ən nüfuzlu bank nəzarətçilərinin iştirakı ilə Vaşinqtonda Amerika Banklar Assosiasiyasının illik sammiti keçirilib. Tədbirdə “Kapital Bank”ın idarə heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq iştirak edib.Vaşinqtonda ABŞ bank rəhbərlərinin ən böyük illik toplantısı olan bu sammit iştirakçılara ABŞ-ın bank sektoruna nəzarət edən bir sıra ekspertlərin fikirlərini və töhfələrini eşitmək fürsəti yaradıb. Bundan başqa, bankirlər mövcud bankçılıq siyasəti və çətinlikləri ilə bağlı öz baxışlarını bölüşmək imkanı əldə ediblər.“Builki sammit çərçivəsində “Qarşılıqlı İctimai Bank”, “Formalaşan liderlər” və “Qadın liderliyi” adlı forumlar keçirilib.Tədbirdə bankirlərə müştəri xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün bank siyasətində dəyişikliklərlə bağlı tövsiyələr edilib. Bu məsələləri həll etmək üçün siyasətçi və dövlət qurumları ilə birgə əməkdaşlıq etməyin vacibliyi vurğulanıb.“Həmçinin sammit daxilində ABŞ Konqres və Senatında bankirləri maraqlandıran və narahat edən məsələləri müzakirə etmək məqsədilə bir sıra görüşlər keçirilib”, - deyə V.Sadiq bildirib.Qeyd edək ki, “Kapital Bank” 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib.xeber100.com  

Aprel 5, 2019 12:47

“Buta Airways” aviaşirkəti birbaşa aviareyslərə başlayıb

Martın 31-dən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Türkiyənin paytaxtı Ankaraya birbaşa aviareyslərə başlayıb.Azərtac xəbər ki, Ankara loukosterin Türkiyəyə 4-cü istiqamətidir. Belə ki, aviaşirkət artıq Bakıdan İstanbul, Alanya və İzmirə müntəzəm reyslər yerinə yetirirdi. Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ankara-Bakı (Esenboğa aeroportu, IATA: ESB) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Komfortlu və rahat “Embraer-190” təyyarələri ilə həyata keçirilən Bakı-Ankara-Bakı reysləri həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirilir.İlk reysin sərnişinləri sırasında media nümayəndələri də olub. Esenboğa hava limanında keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin Asiya və Orta Asiyanın marşrutlar üzrə strategiya meneceri Elvin Razıyev bildirib ki, Ankara Azərbaycan üçün strateji və mühüm istiqamətlərdən biridir: “AZAL Ankaraya həftənin 5 günü uçuşlar həyata keçirir. “Buta Airways” şirkətinin həyata keçirəcəyi reyslərlə birlikdə Bakıdan Ankaraya həftənin bütün günləri səfər etmək mümkün olacaq”.O qeyd edib ki, “Buta Airways” aviaşirkəti maydan başlayaraq Batumi, Odessa, Xarkov, Həştərxan və Ufa istiqamətində reyslər yerinə yetirəcək.xeber100.com  

Aprel 2, 2019 1:54

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

Rusiyanın “CADMATIC” şirkəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) birgə “Gəmilərin və dəniz qurğularının layihələndirilməsi və tikintisinin optimallaşdırılması texnologiyaları” mövzusunda seminar keçirəcək.ASCO-dan Azərtac-a bildirilib ki, beynəlxalq seminar aprelin 5-də Azərbaycan Dövlət Dəniz Akademiyasında təşkil ediləcək. Seminarda 3D modelləşdirmə əsasında layihələndirmə texnologiyalarına dair aktual mövzular diqqət mərkəzində olacaq. Şirkətin nümayəndələri sistemin imkanlarını nümayiş etdirəcək, tikilməkdə olan gəminin hazırlıq səviyyəsini izləməyə və texniki nəzarəti həyata keçirməyə imkan verən, informasiyanı idarə edən yeni vasitələri təqdim edəcək. Seminar iştirakçıları real vaxt rejimində proqramın müxtəlif modullarının qarşılıqlı əlaqəsini görəcək, informasiyanın idarə edilməsi üçün stasionar və portativ vasitələrin modeli ilə tanış olacaqlar.Beynəlxalq seminarda Rusiya, Ukrayna, Qazaxıstan və Türkmənistandan qonaqların, habelə Dəniz Akademiyasının müəllim, magistrant və tələbələrinin iştirakı planlaşdırılır.Qeyd edək ki, “CADMATIC” proqram təminatı istənilən mürəkkəbliyə malik gəmilərin layihələndirilməsi və tikintisi üçün ixtisaslaşmış vasitədir. Dünyanın 59 ölkəsində 1000-dən çox şirkət bu proqramdan istifadə edir.xeber100.com

Aprel 2, 2019 1:51

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri aprelin 30-da keçiriləcək.Komitədən Azərtac-a bildirilib ki, budəfəki hərraca ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3813 kvadratmetr arasındadır. Təyinat və ərazi baxımından da müxtəlif olan dövlət obyektləri arasında təmir-tikinti, xidmət, aqrar və digər sahələr üzrə kifayət qədər dövlət əmlakları var. Bu da, investorların biznes layihələri üzrə daha uyğun seçim etmələrinə şərait yaradır.Əmlak Məsələləri Dövlət Komitəsi investorları, iş adamlarını və əmlak sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştiraka dəvət edir.Dövlət əmlaklarının özəlləşdirilməsi prosesi ölkə üzrə müxtəlif iqtisadi sahələrə investisiyanın yatırılması və qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi açıq və innovativ hərraclar sərmayəçilərin, sahibkarların, iş adamlarının və digər şəxslərin özəlləşmədə rahat iştirakına yönəlib. Müasir hərracın üstünlükləri seçim prosesindən hərracda iştiraka qədər bütün prosedurları onlayn formada həyata keçirmək imkanlarını yaradır.xeber100.com

Aprel 1, 2019 1:23