“Fintech Summit 2023” – Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək

İyunun 13-14-də VISA ilə əməkdaşlıq çərçivəsində Bakıda "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək. Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, sammit “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda təşkil olunacaq. Sammitdə “Ayrılmaz ekosistemlər: bankçılıq və fintex”, “Super bank tətbiqi və ya super fintex”, “Embedded” bankçılıq və bankçılıq xidmət kimi”, “Rəqəmsal mühitdə rəqəmsal aktivlər”, “Müxbir əlaqələr: dayanıqlılıq vacibdir”, “Kreditləşmədə yeni yanaşmalar”, “Kibertəhlükəsizlik” mövzularında müzakirələr aparılacaq. Qeyd edək ki, sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir. Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər də (mitaplar, vebinarlar, yarışmalar və s.) keçiriləcək.xeber100.com

Mart 27, 2023 3:01

Bakı Beynəlxalq Avtovağzal Kompleksində rekord göstərici qeydə alınıb

COVID-19 pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) sərnişindaşımada ilk rekord göstərici qeydə alınıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, martın 18-də 473 reyslə 15 min 240 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. AYNA vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində sərnişinlərin sayı adi günlərlə müqayisədə 4 dəfə daha çox olub. Həmçinin belə yüksək göstərici qanunsuz sərnişindaşıma ilə mübarizə tədbirlərinin səmərəli olması nəticəsində əldə edilib. Qeyd edək ki, AYNA-nın tapşırığına əsasən, bütün avtovağzal və avtostansiyalar əhalini davamlı və keyfiyyətli şəkildə sərnişindaşıma xidməti ilə təmin etmək üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. BBAK bayram günlərində sərnişin sıxlığını qarşılamaq üçün əlavə nəqliyyat vasitələrini sərnişindaşımaya cəlb edib və bu proses tələbata uyğun şəkildə davam edəcək. Sərnişinlərin əksəriyyəti biletləri onlayn qaydada və qabaqcadan satış kassalarından "Biletim.az" portalından və “biletim” mobil tətbiqindən əldə ediblər. Daha bir üstünlük: rayonlara səfər edən vətəndaşlar artıq 20 istiqamət üzrə geri dönüş biletini də onlayn qaydada "Biletim.az" portalından və tətbiqindən əldə edə bilər.xeber100.com

Mart 21, 2023 2:16

Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 97-ci iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Qırğız Respublikasının sədrliyi ilə keçirilən iclas nümayəndə heyətlərinin məhdud tərkibdə görüşü ilə başlayıb. Görüşdə MDB-də iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. MDB-nin aqrar-sənaye kompleksi üzrə Hökumətlərarası Şurasının 2019–2022-ci illərdə fəaliyyəti və Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub. Nümayəndə heyətlərinin geniş tərkibli görüşündə nüvə enerjisinin ictimai məqbulluğunun formalaşdırılmasında MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətləri, 2030-cu ilə qədər olan dövr üçün MDB ölkələrinin innovasiyalar sahəsində əməkdaşlığının Dövlətlərarası Proqramının iştirakçıları olan dövlətlərin innovasiyaların kommersiyalaşdırılması mərkəzlərinin fəaliyyəti məsələlərinə baxılıb. İclasın yekununda radiasiya vəziyyəti ilə bağlı monitorinq məlumatlarının mübadiləsində MDB-yə üzv dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında saziş layihəsi, “Radionaviqasiya” Dövlətlərarası Şurasının 2018–2021-ci illərdə fəaliyyəti haqqında, Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə Protokolun layihəsi, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin yer təkindən istifadə və onun mühafizəsi üzrə 2021–2025-ci illər üçün birgə işlərin uzunmüddətli planının icrası haqqında layihə və digər sənədlər imzalanıb.xeber100.com

Mart 17, 2023 1:56