“Kapital Bank” güzəştli kreditlər təklif edir

“Kapital Bank”la Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti arasında niyyət protokolu imzalanıb. Protokolun şərtlərinə əsasən fermerlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub.İmzalanma mərasimində “Kapital Bank”ın baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təmsilçiləri də iştirak edib.“Kapital Bank” olaraq biz kiçik-orta sahibkarlığın inkişafına böyük diqqət ayırırıq və bu sahəyə güzəştli kreditlərin verilməsini təmin edirik. Kənd Təsərrüfatı Nazirliyi ilə olan bu layihə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Kreditlər fermerlərə 1 000 manatdan, 200 000 manatadək olmaqla, maksimum illik 7 faizlə veriləcək. Həmçinin layihədə beynəlxalq təşkilatların mövcudluğu, kreditlərin verilməsi və monitorinqlər zamanı xarici təcrübədən yararlanmağa imkan yaradacaq”, - deyə, “Kapital Bank”ın baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə bildirib.xeber100.com

May 25, 2018 3:32

“Azərenerji” ASC-nin məlumatı əsasında…

“Azərenerji” ASC-də əməyin mühafizəsinin təşkilinə və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə xüsusi diqqət və qayğı göstərilir.“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən Azərtac-a bildirilib ki, energetika müəssisələrində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinin, bədbəxt hadisələrin qarşısının alınmasının, dövri tibbi müayinələrin, təhlükəsizlik texnikası günlərinin, əks-qəza məşqlərinin, əməyin mühafizəsi üzrə illik nomenklatur tədbirlər planının yerinə yetirilməsinin, işçi heyətinin təlimatlandırılması və bilik-bacarıqlarının artırılması sahəsində aparılan işlərin nəticəsi ilə bağlı hər il müsabiqə-baxış təşkil olunur.“Azərenerji” ASC rəhbərliyinin müvafiq əmrinə əsasən, ötən ilin aprel ayından başlayaraq, dekabrın sonunadək bütün energetika müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair sayca 12-ci müsabiqə-baxış keçirilib. Müsabiqə-baxışda Enerji İstehsalı İdarəsindən 8, Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən 5, enerji sisteminin digər strukturlarından isə 2 müəssisə iştirak edib. Səhmdar Cəmiyyətin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidməti il ərzində yerlərdə baxış keçirərək, həmin müəssisələrin baxış-müsabiqənin tələblərini qaydalara uyğun yerinə yetirmələrini yoxlayıb. Müsabiqənin yekunlarına dair məlumatlar qaliblərin müəyyən edilməsi üçün bu ilin martında müvafiq komissiyaya təqdim edilib.Komissiya bu il mayın 22-də Səhmdar Cəmiyyətin müəssisələrində 2017-ci il ərzində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair müsabiqə-baxışa yekun vurub. Komissiya müəssisələr tərəfindən təqdim olunan sənədləri, məlumat və arayışları təhlil edərək, müsabiqə-baxışın Əsasnaməsi çərçivəsində iştirakçılar tərəfindən görülən işləri qiymətləndirib.Müsabiqə-baxışın yekunu haqqında çıxarılan yekdil qərara əsasən, enerji istehsal müəssisələrindən “Azərbaycan” İstilik Elektrik Stansiyası 1-ci, “Sumqayıt” Elektrik Stansiyası və “Şəki” Elektrik Stansiyası isə 2-ci yerə layiq görülüb. Elektrik enerjisinin ötürülməsi müəssisələrindən 1-ci yeri “Sumqayıt” Yüksəkgərginlikli Elektrik Şəbəkəsi 2-ci yeri “Şirvan” Regional Elektrik Şəbəkəsi və “Gəncə” Regional Elektrik Şəbəkəsi tutub. Sahə xidmət müəssisələrindən isə “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC 1-ci yerə layiq görülüb.xeber100.com

May 25, 2018 3:21