Vergi qanunvericiliyinə dəyişiklik paketi hazırlanıb

“2019-cu il üçün vergi qanunvericiliyinə dəyişiklik paketi hazırlanıb”. “Apa-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.“Məlumdur ki, dövlətin əsas hədəfləri gəlir və vergi siyasətinin, biznes mühitinin yaxşılaşdırılması, əlverişli vergi mühitinin yaradılmasıdır. Vergi orqanının və ödəyicisinin arasında portnyorluğun yaxşılaşdırılmasıdir ki, burada etibarlılıq mühitinin yaradılması əsas şərtdir. Məhz bu məqsədlə hər il qanunvericilikdə edilən dəyişikliklər sahibkarlıq mühinin yaxşılaşdırılması, vergi yükünü optimallaşdırılması, vergi nəzarəti mexanizmlərinin həyata keçirilməsindən ibarətdir”, - deyə N.İmanov vurğulayıb.N.İmanov qeyd edib ki, 2017-ci ildə vergi qanunvericiliyində dəyişiklik həyata keçirilməyib: “2016-cı ilin dekabr ayında böyük bir paket dəyişilkliklər olub. Böyük dəyişiklikdən sonra ən azı 1 il gözləmək lazımdır ki, bu, öz effektini göstərsin. Əlbəttə qanunvericiliyin tez-tez dəyişməsi məqsədimiz deyil. Ancaq qanunvericilikdə olan müəyyən qaydaların dəyişilməsi uyğunlaşma xarakterlidir. 2018-ci il üçün dəyişiklik olmasa da 2019-cu il üçün dəyişiklik paketi hazırlanıb. Qarşıda duran bu məqsədlərə çatmaq üçün şəffaf mühitin olması zərurudir. Dövlət orqanı və sahibkar arasıda ədalətlilik prinsipi olmalıdır. Vergi nəzarətinin sahibkar tərəfindən bəyan edilməsi əsas məqsəddir. Məhz bu məqsədlə də bir neçə normativ sənədlər təsdiq olunub. Əldə edilmiş gəlir və xərclərin uçotunun aparılması, elektron- qaimə fakturaların tətbiqi artıq oz effektini göstərir. Sahibkarlar artıq anlayırlar ki, vergini yayındırmaq olmaz. Dövlət orqanı nə qədər açıq olsa, şəffalıq mühiti, vergi nəzarəti tədbirlərinin azalmasına şərait yaratmış olarlar”.xeber100.com

May 5, 2018 9:58

“Azərişıq” ASC-də daha bir yenilik…

“Azərişıq” ASC-də daha bir yenilik - “ASAN xidmət”də ASC-nin daha 2 xidməti yaradılıb.ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha 2 xidmət əlavə olunub. Bu gündən etibarən ölkədəki bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı 2 yeni xidmət fəaliyyətə başlayıb.Qeyd edək ki, “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) üçün ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Bu xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.“İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” üçün də ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Xidmətin müddəti isə işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir. Beləliklə “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə göstərdiyi xidmətin sayı bu gündən etibarən 13 olub.Bundan başqa, Nazirlər Kabinetinin “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə yeni qərarına əsasən, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə vahid tarif təsdiq edilib. Bu isə o deməkdir ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə bu günə qədər xidmət göstərdiyi “qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində yeniliklər edilərək vahid tarif tətbiq olunub. Bu isə sahibkarların işini daha da asanlaşdırıb.xeber100.com

May 3, 2018 4:01

Trans-Anadolu qaz boru kəmərinin açılış mərasimi keçiriləcək

İyunun 19-da Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək.Azərtac xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev Türkiyə jurnalistlərinə bildirib.O qeyd edib ki, TANAP-dan Türkiyəyə ilk qazın verilişi iyulun ilk həftəsində planlaşdırılmışdı, lakin Türkiyədə seçkilərin vaxtından əvvəl keçirilməsinə görə TANAP-ın açılış mərasimi iyunun 19-da olacaq.Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihədir. Uzunluğu 1850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək.Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.TANAP-ın səhmdarlarının layihədəki payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 51 faiz, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) - 7 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.xeber100.com

May 2, 2018 3:32