“Trans-Adriatik” qaz boru kəmərinin 80 faizi tamamlanıb

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 610 kilometrində borular torpağa basdırılıb.Xatırladaq ki, bu il Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bank bildirir ki, layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da TAP üçün 1,2 milyard avroya qədər kredit ayırmağı planlaşdırır. Bu məbləğın 500 milyon avrosu EBRD tərəfindən birbaşa kreditlə, 700 milyon avrosu isə sindikatlaşdırılmış kredit formasında olacaq. Kreditin ayrılması barədə qərarın cari ilin ortalarına qədər qəbul ediləcəyi gözlənilir.Qeyd edək ki, TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə təxminən 70 faizi yekunlaşıb.Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirən İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. TAP-ın keçdiyi 3 ölkədə işçilər 65 milyon kilometr yol qət edib və 23 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq.xeber100.com

Aprel 19, 2018 3:22

“Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri ilə bağlı…

Aprelin 17-də AZPROMO-nun təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası və "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri ilə bağlı seminar keçirilib. Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.Azərtac xəbər verir ki, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev İxracatçılar Klubunun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradıldığını qeyd edib, sahibkarlara göstərilən dəstək mexanizmləri barədə məlumat verib. Vurğulanıb ki, rəqabətqabiliyyətli məhsul istehsalı, ixracın diversifikasiyası, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi qarşıya qoyulmuş prioritet vəzifələrdəndir. Bu məqsədlə ölkəmizdə qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir."Made in Azerbaijan" brendinin təşviqinin istehsalın artırılması, ixracın coğrafiyasının və həcminin genişləndirilməsində əsas mexanizmlərdən olduğunu qeyd edən Yusif Abdullayev bu istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə reallaşdırılacaq tədbirləri diqqətə çatdırıb.Tədbirdə sahibkarların sorğusu əsasında xarici ölkələrdə müxtəlif məhsullar üzrə aparılmış bazar araşdırmalarının nəticələri sahibkarlara təqdim edilib.Seminarda "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri ilə bağlı yeni qaydaların üstünlükləri diqqətə çatdırılıb, bu barədə AZPROMO-nun İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərovun təqdimatı dinlənilib.Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.xeber100.com

Aprel 17, 2018 2:52