Mərkəzi Bankın məlumatına görə…

2017-ci ildə neft-qaz sektoru üzrə 1 846,8 mln. dollar kəsir, qeyri-neft sektoru üzrə isə 87,2 mln. dollar profisit olub.“Apa-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə azalaraq 1 759,5 mln. dollar təşkil edib.İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4,3 mlrd.dollar olub. Bunun 70%-i (3 mlrd.dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1,9 mlrd.dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (278,6 mln.dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (458,9 mln.dollar) təşkil edir.Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1,5 mlrd. dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 1,1 mlrd. dollar, ödənişlər isə 404,3 mln. dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3%-i isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 1,8 dəfə artaraq 1 020,2 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 1,4 dəfə azalaraq 342,9 mln. dollar olub. (valyuta rejiminin sərtləşməsindən sonra köçürmələr azalıb). Nəticədə pul baratları üzrə 677,3 mln.dollar müsbət saldo yaranıb.Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 708,6 mln. dollar təşkil edib.xeber100.com

Aprel 1, 2018 2:14

Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər

2017-ci ilin yanvar-dekabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutub və bu xidmətlərin ümumi həcmi 12,8 mlrd. dollar təşkil edib.“Apa-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 8,1 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4,7 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.Nəticədə xidmətlər balansında 3,4 mlrd. dollarlıq kəsir yaranıb. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalaraq 277 mln. dollar təşkil edib. Kəsirin 92%-i (3.1 mlrd.$) neft-qaz sektoru ilə əlaqədardır (əsasən 2.4 mlrd. dollar tikinti xidmətləri və 0.9 mlrd. dollar digər işgüzar xidmətlər).Qarşılıqlı xidmətlər dövriyyəsinin 16%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 48%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 971,4 mln. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1 048,4 mln. dollar təşkil edib.Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 6% artıb. 2017-ci ilin yanvar-dekabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 9% artaraq 5,7 mlrd. dollar təşkil edib. 2017-ci ilin yanvar-dekabr ayları ərzində turizm xidmətləri üzrə profisit 216-cı illə müqayisədə 1,6 dəfə artaraq 353,4 mln. dollar (2016-cı ilin müvafiq dövründə 219.4 mln. dollar təşkil edib (2017-ci il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artıb). Öz növbəsində, xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2.7 mlrd. dollar məbləğində olub. Bunun 73%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür (2017-ci il ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşların sayı 4% azalıb).Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 3,4 dəfə azalaraq 35,7 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 21% artaraq 769,8 mln. dollar olub.xeber100.com

Mart 31, 2018 8:26

TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib

TANAP boru kəmərinin Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanıb.SOCAR-dan Azərtac-a bildirilib ki, Türkiyənin paytaxtı Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib. İclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə idarə heyəti üzvlərinə ətraflı məlumat verilib. Qeyd edilib ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99 faizi yekunlaşıb. Avropaya qədər olan işlərin isə təqribən 80 faizi həyata keçirilib. Ümumilikdə layihə üzrə işlərin 93 faizdən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir.TANAP-ın idarə heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaq. Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər.Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyard kubmetrə çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrə çatdırıla bilər.Layihədə SOCAR 58, BOTAŞ 30 və BP isə 12 faiz paya malikdir.xeber100.com

Mart 30, 2018 2:15