03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Brent” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar ucuzlaşaraq 66,21 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar azalaraq 63,10 dollar təşkil edib.xeber100.com

Mart 19, 2018 3:17

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, martın 19-na Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 009,98 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01 faiz təşkil edib.xeber100.com

Mart 19, 2018 3:15

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə zəruri tədbirlər görüləcək.İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.xeber100.com

Mart 19, 2018 3:12

“PAŞA Həyat” ASC maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb

Ölkənin ən iri həyat sığorta şirkəti olan "PAŞA Həyat" ASC 2017-ci ilin audit olunmuş, MHBS-yə (Maliyyə Hesabatlarının Beynəlxalq Standartı) uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.Şirkətin baş maliyyə inzibatçısı Dilarə Babayeva Azərtac-a bildirib ki, "PAŞA Həyat"ın hesabat ilindəki xalis mənfəəti 17.33 milyon AZN (2016-cı ilin nəticələri ilə müqayisədə 36,5 faiz artım) təşkil edib. Dekabrın 31-nə 2017-ci il tarixə olan hesabatına əsasən, məcmu aktivlərin həcmi 218.23 milyon AZN təşkil edib. Bu göstəriciyə görə hazırda Azərbaycanın ən iri sığorta şirkəti statusuna yiyələnən "PAŞA Həyat" aktivlərinin həcmini son 1 il ərzində 40 faizdən çox artırıb.Hesabata əsasən 2017-ci ilin sonuna şirkətin məcmu kapitalı 58.19 milyon AZN (+7,5 faiz), məcmu öhdəlikləri 160.04 milyon AZN (+58 faiz) olub.Ötən il ərzində şirkət 151.12 milyon AZN xalis sığorta premiyası toplamaqla bu göstəricini 2016-cı illə müqayisədə 2 dəfə üstələyib. Eyni zamanda, bu dövr ərzində "PAŞA Həyat" ASC tərəfindən müştərilərə 58 milyon AZN sığorta ödənişi edilməklə daha bir tarixi rekorda imza atılıb.xeber100.com  

Mart 19, 2018 3:10

COMEX-də qızılın unsiyasının qiyməti…

Amerika fond bazarında "Dow Jones" indeksi 0,29% - 24 946,51 bəndədək, "S&P 500" 0,17% - 2 752, 01 bəndədək, NASDAQ isə 0,00% - 7 481,99 bəndədək bahalaşıb. "Apa-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,34% - 7 164,14 bəndədək, Almaniya DAX-ı 0,36% - 12 389, 58 bəndədək, Fransa CAC-40-ı 0,29% - 5 282, 75 bəndədək bahalaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,50 dollar azalaraq 1 312,30 dollara, gümüşün unsiyasının qiyməti 0,15 dollar ucuzlaşaraq 16,27 dollara satılıb.xeber100.com

Mart 17, 2018 10:54

Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq

Qida Təhlükəsizliyi Agentliyinin tərkibində Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq.“Apa-Economics”in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.Onun sözlərinə görə, bu institutda laboratoriyalar olacaq: “Bu insttitut qida təhlükəsizliyini təhlil edəcək və məhsulların tərkibini araşdıracaq, onların tərkibini təhlil edəcək”.Q.Təhməzli bildirib ki, instutut əsasən geni modifikasiya edilmiş məhsulları araşdıracaq və bu məhsulların təhlili ilə məşğul olacaq: “İnstitut Azərbaycanada belə məhsulları müəyyən edəcək”.xeber100.com

Mart 17, 2018 10:49

Mərkəzi Bank tərəfindən depozit hərracı keçiriləcək

Martın 19-da Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.Azərtac Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99 faizdir.xeber100.com

Mart 16, 2018 4:54

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar bahalaşaraq 66,17 dollar olub.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 65,51 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar azalaraq 62,30 dollar təşkil edib.xeber100.com

Mart 16, 2018 4:48

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır."Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, hazırda Baş Ələt stansiyasının cüt boğazlarında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.Qeyd edək ki, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 133 yoldəyişən yenisi ilə əvəz olunub.xeber100.com

Mart 16, 2018 4:46

“Azərenerji” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərenerji” ASC-də Novruz bayramı günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər görülüb və müvafiq qrafik rejimi tətbiq olunub.ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Səhmdar Cəmiyyətin struktur vahidinə daxil olan qurumlar bayram günlərində stabil olaraq fəaliyyət göstərəcək. Ənənəvi olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görülür və enerji sisteminin etibarlılığı diqqət mərkəzində saxlanılır. Digər günlərdə olduğu kimi, xüsusi günlərdə də qarşıya qoyulan vəzifələr tam məsuliyyətlə həyata keçirilir. Məlumdur ki, son dövrlər mövcud infrastrukturun yenidən qurulması, innovativ texnologiyaların tətbiq edilməsi ilə enerji sisteminin etibarlılığı daha da artırılıb və situasiyalara davamlılıq səviyyəsi yüksəldilib. İstər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə olan tələbatı ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücü mövcuddur. Bunun bariz nəticəsidir ki, “Azərenerji” ASC respublikamızın enerji təhlükəsizliyi, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi sahəsində öz funksiyalarını inamla və uğurla icra edir.xeber100.com

Mart 16, 2018 4:43
    Page 183 of 380« First«...102030...181182183184185...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az