Nəqliyyat Agentliyinin məlumatı əsasında…

59, 108 və 159 nömrəli müntəzəm marşrut xətlərinin fəaliyyətində dəyişiklik edilib.Bu barədə Azərtac-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.Bildirilib ki, 59 nömrəli müntəzəm marşrut xətti üzrə dəyişikliyə əsasən avtobuslar 2-ci Alatava yaşayış sahəsi-Mətbuat prospekti-Səməd Vurğun küçəsindən keçməklə son dayanacaq olaraq Süleyman Rəhimov küçəsi (“28 May” metro stansiyasının yaxınlığı) müəyyən edilib.Dəyişiklik edilməsinə səbəb, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətidir. Sözügedən dəyişiklik nəticəsində, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin şəhər mərkəzinə rahat gediş-gəlişi təmin ediləcək.Sərnişindaşımada təkmilləşdirmə işləri çərçivəsində, 108 nömrəli marşrut xətti (metronun “Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmayı qəsəbəsi) ləğv edilərək fəaliyyətini “108 A” və “108 B” olmaqla davam etdirəcək. Dəyişikliyə əsasən, “108 A” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Goradil qəsəbəsi, son dayanacaq məntəqəsi “Azadlıq” metro stansiyası olacaq. “108 B” nömrəli müntəzəm marşrutun isə başlanğıc dayanacaq məntəqəsi Fatmayı qəsəbəsi, son dayanacaq məntəqəsi “Azadlıq” metro stansiyası olmaqla müəyyən edilib. Dəyişiklik nəticəsində Fatmayı bağları (Çimərlik) və Mehdiabad qəsəbə sakinlərinin “Azadlıq prospekti” metro stansiyasına daşınmasının fasiləsizliyi və təhlükəsizliyi təmin ediləcək.Vətəndaş müraciətlərinə əsasən 159 nömrəli müntəzəm marşrutun (“Çiçək” qəsəbəsi-metronun “Elmlər Akademiyası” stansiyası) hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi təyin edilib. Bununla da yaşayış binalarının, iaşə obyektlərinin olduğu Dadaş Bünyadzadə və 11E küçələri ilə müntəzəm marşrut xəttinin təşkili təmin olunacaq. Hazırda qeyd edilən ərazidə yaşayan sakinlər marşrut xəttində istifadə etmək üçün uzun məsafəni piyada qət etməli olurlar.Hər üç marşrut xətti üzrə nəzərdə tutulan dəyişikliklər martın 21-dək tətbiq ediləcək.xeber100.com

Mart 16, 2018 4:41

Əməkdaşlıq haqqında memorandum imzalanıb

Martın 14-də Bakı Media Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Azərtac xəbər verir ki, əməkdaşlıq memorandumuna əsasən tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ictimaiyyətlə əlaqələrin qurulması, müxtəlif layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün birgə fəaliyyətlərin təşkili məqsədilə razılığa gəliblər.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışında qida təhlükəsizliyi sahəsində innovativ layihələrin icrasının vacibliyini vurğulayıb.Agentliyin sədri diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurum 2017-ci ilin fevral ayından Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanla yaradılıb. Bu ilin yanvar ayından isə artıq fəaliyyətə başlayıb. Sözügedən fərman qida təhlükəsizliyi sahəsində təkmilləşdirilmə sisteminin həyata keçirilməsidir.Q.Təhməzli bildirib ki, ən vacib məqamlardan biri qida təhlükəsizliyi zəncirində iştirak edən subyektlərin özlərinin qida təhlükəsizliyi haqqında məlumatlandırılması, eyni zamanda ictimaiyyətin maarifləndirilməsidir. Bu məsələ həm də yaxın zamanda qida təhlükəsizliyi anlayışının formalaşmasını və hər bir Azərbaycan vətəndaşının sağlamlığına ictimai nəzarəti təmin edəcək.xeber100.com  

Mart 14, 2018 3:14

“2018-2025-ci illər” üzrə Dövlət Proqramı qəbul olunacaq

Bu yaxınlarda “2018-2025-ci illər” üzrə qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı qəbul olunacaq. Hazırda qida təhlükəsiziliyi ilə bağlı qanun üzərində işlər gedir.Azərtac xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.Onun sözlərinə görə, həmin proqrama əsasən Azərbaycanda qida təhlükəsizliyi üzrə Strateji Yol Xəritəsi müəyyənləşdiriləcək. Həmin sənəddə mediaya da önəmli yer veriləcək.Küçələrdə, yol kənarlarında səhər saatlarında iri və xırda buynuzlu heyvanların kəsimi məsələsinə toxunan Q.Təhməzli deyib ki, buna ciddi nəzarət həyata keçirilməlidir: “Bəzi insanlar elə düşünürlər ki, hansısa heyvanın göz önündə kəsilməsi onun sağlamlığından xəbər verir. Bu, tamamilə yanlış düşüncədir. Heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Yaxın gələcəkdə tez xarab olan məhsulların çatdırılması və qidalanma, eləcə də digər vacib məsələlərlə bağlı standartlar müəyyənləşdiriləcək".Agentliyin sədri əlavə edib ki, istehsal müəssisələri qida təhlükəsizliyi üzrə qeydiyyatından keçəcək, onlar üçün standartlar müəyyənləşəcək. “Onlar sadəcə ixrac etdikləri məhsulların qida təhlükəsizliyi sertifikatlarını alacaq, idxalçı dövlətlərin tələblərinə uyğun müvafiq sertifikatlarla təmin olunacaqlar”,- deyə Q.Təhməzli vurğulayıb.xeber100.com

Mart 14, 2018 3:10