“CEO Lunch Tbilisi”yə qeydiyyat başlayıb

Fevralın 23-də Gürcüstanda keçiriləcək 4-cü “CEO Lunch Tbilisi”yə iştirakçı şirkət rəhbərlərinin qeydiyyatı başlayıb.Bu barədə Azərtac-a “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev deyib.O qeyd edib ki, “Caspian European Club” və “Caspian American Club”un üzv şirkətlərin rəhbərləri arasında keçirilmiş sorğuya əsasən respondentlərin əksər hissəsi Tbilisinin yeni təyin olunmuş meri Kaxa Kaladzeni fəxri qonaq qismində dəvət etməyi təklif edib: “Caspian European Club” öz növbəsində K.Kaladzenin adına 4-cü “CEO Lunch Tbilisi”də iştirak etmək xahişi ilə rəsmi məktub ünvanlayıb”.T.Əliyev fərdi şəkildə “CEO Lunch Tbilisi”nin bütün tədbirlər zamanı “CEO Lunch Tbilisi”də iştirak edən şirkət rəhbərləri və top-menecerlər ilə fərdi şəkildə söhbət edən, problemləri ilə maraqlanan və onların Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli iqtisadi və işgüzar əlaqələrin nizamlanması üzrə təkliflərini dinləyən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun şəxsi dəstəyini və iştirakını xüsusilə vurğulayıb.O, həmçinin xatırladıb ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə birinci “CEO Lunch Tbilisi” “Caspian Energy Georgia”nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində sentyabrın 29-da Gürcüstanda keçirilib.xeber100.com

Yanvar 22, 2018 3:26