07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Reklam xidmətlərinin satınalınması ilə bağlı tender elan edilib

“Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 2018-ci il üçün radio və TV kanallarında reklamların yerləşdirilməsi ilə bağlı xidmətlərin satınalınması ilə bağlı tender elan edilib.Bankdan “Apa-Economics”ə verilən məlumata görə, tender iştirakçıları təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.Tenderdə iştirak haqqı 100 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 yanvar 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 16 yanvar 2018-ci il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.İddiaçıların təklifləri 17 yanvar 2018-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaq.xeber100.com

Dekabr 23, 2017 7:45

Mərkəzi Bank tərəfindən depozit hərracı keçiriləcək

Dekabrın 25-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.Azərtac Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 300 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.xeber100.com

Dekabr 22, 2017 2:43

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 66,51 dollar olub.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar azalaraq 64,75 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 58,17 dollar təşkil edib.xeber100.com

Dekabr 22, 2017 2:41

“Azərbaycan Ticarət Evi” MMC yaradılıb

Latviyada Azərbaycan Ticarət Evi qeydiyyata alınıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan Ticarət Evinin təşkili işləri davam etdirilir. Artıq Ticarət Evinin idarə olunması məqsədilə Latviyada "Azərbaycan Ticarət Evi" MMC ("Trading House of Azerbaijan") yaradılıb və Latviya Respublikası Müəssisələrinin Kommersiya Reyestri tərəfindən qeydiyyata alınıb.Azərbaycan Ticarət Evi yerli məhsullarımızın "Made in Azerbaijan" brendi altında Latviya bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və işgüzar əlaqələrin qurulması, Latviya qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, həmçinin Latviya vasitəsilə Avropa bazarına məhsul ixracı və satışında sahibkarları dəstəkləyəcək.xeber100.com

Dekabr 22, 2017 2:38

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,78 dollar bahalaşaraq 66,54 dollar olub.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 64,46 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar azalaraq 58,04 dollar təşkil edib.xeber100.com

Dekabr 21, 2017 2:49

Mərkəzi Bankda hərrac keçirilib

Dekabrın 21-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.xeber100.com

Dekabr 21, 2017 2:47

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar ucuzlaşaraq 65,76 dollar olub.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar artaraq 63,90 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar bahalaşaraq 57,75 dollar təşkil edib.xeber100.com

Dekabr 20, 2017 2:43

“Fitch” Beynəlxalq Reytinq Agentliyi reytinqlərə yenidən baxacaq

“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərinə yenidən baxacaq.Bankdan Azərtac-a bildiriblər ki, “Fitch” dekabrın 20-də bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq, “Azərbaycan Beynəlxalq Bankı”nın reytinq proqnozlarına yenidən baxılacağını elan edib. Metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, Fitch 'ccc' reytinq proqnozu səviyyəsinə "+" və "-" modifikatorlarının tətbiqini planlaşdırır. Buna əsasən, ABB-nin hazırda “ccc” səviyyəsində olan dayanıqlılıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.Reytinq proqnozlarının dəyişməsi bankın risk profilinin qiymətləndirilməsindən asılı olaraq 2018-ci ildə elan ediləcək.Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı”nın öhdəliklərinin könüllü restrukturizasiyası prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra bankın xarici valyutada uzunmüddətli reytinqi “Fitch” tərəfindən “B-” səviyyəsinə yüksəldilib.xeber100.com

Dekabr 20, 2017 2:38

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar bahalaşaraq 66,12 dollar olub.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar artaraq 63,48 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,17 dollar bahalaşaraq 57,33 dollar təşkil edib.xeber100.com

Dekabr 19, 2017 3:31

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, komitə dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir çağırışları nəzərə alaraq yeni yanaşmaların tətbiqini genişləndirir. Komitə özəlləşdirmə prosesinə böyük investor kütləsini cəlb etmək üçün daha bir innovativ layihə olan Elektron Hərracı istifadəyə verib. Bu layihənin reallaşdırılması nəticəsində bütün növ dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan özəlləşdirmək mümkündür. Başqa sözlə nəinki nəqliyyat vasitələrinin, həmçinin kiçik dövlət müəssisələrinin, səhmdar cəmiyyətlərin səhm paketlərinin, qeyri-yaşayış və torpaq sahələrinin hərracı tam elektronlaşdırılıb. Bununla ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək, hərraclarda iştirak etmək üçün sifariş vermək, hərracın gedişatını birbaşa olaraq onlayn şəkildə izləmək kimi proseslər elektron müstəviyə keçib.xeber100.com

Dekabr 19, 2017 3:28
    Page 205 of 381« First«...102030...203204205206207...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az