“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Dekabrın 14–15-də “Azərbaycan Dəmir Yolları” QSC-də Həkim-Sanitar Xidmətinin (HSX) “Müasir idarəetmə” mövzusunda birinci konfrans keçirilib.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, iki gün davam edən konfransa dəmir yolunda çalışan və digər tibb müəssisələrindən təcrübəli mütəxəssislər dəvət edilib.Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov qeyd edib ki, bu, birinci konfransdır. Konfransın əsas məqsədi Həkim-Sanitar Xidmətinin idarəetmə sisteminin dəyişməsi ilə əlaqədar, struktura daxil olan tibb müəssisələrində yaranan suallara cavab olaraq, müasir idarəetmə işləri üzrə maarifləndirmə və tibb müəssisələrinin fəaliyyətinin real vəziyyətini təhlil etməkdir. “ADY” QSC-nin Həkim Sanitar Xidmətində aparılan islahatlar çərçivəsində mövcud tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi, onların əhalinin sağlamlığının qorunmasında, o cümlədən nəqliyyatın ən vacib qolu olan dəmir yolunun bütün sahələrində dəmiryolçulara aidiyyəti üzrə (ilkin, dövrü, ambulator və stasionar) göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasıdır. Dəmir yolunun beynəlxalq çıxışlarının artması ilə əlaqədar tibb və sanitariya sahəsində görülən işlərin gücləndirilməsi, dəmiryolçuların, o cümlədən müraciət edən hər bir vətəndaşın sağlamlığının keşikçisi prinsipinə daha da mükəmməl əməl edilməsi də qarşıya qoyulan əsas vəzifələrdəndir.HSX-nin rəisi Adil Şükürov və konfransda çıxış edən digər iştirakçılar - Nazim Xanəhmədov, Laçın İmanov, Rəna Sultanova, Amil Rzayev, Jalə Əfəndiyeva toplantı iştirakçılarının suallarını ətraflı cavablandırıb. Yığıncaqda bu kimi tədbirlərin gələcəkdə mütəmadi olaraq keçirilməsi qonaq qismində dəvət olunmuş tibb mütəxəssisləri tərəfindən də müsbət qarşılanıb.xeber100.com

Dekabr 15, 2017 2:40

MDB İqtisadi Şurasının növbəti iclası keçirilib

Dekabrın 15-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 76-cı iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.Azərtac xəbər verir ki, iclasda MDB ölkələrinin 2020-ci ilədək Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramı çərçivəsində dövlətlərarası innovasiya layihələri və tədbirlərinin hazırlanması və maliyyələşdirilməsi qaydaları layihəsini təsdiq ediblər.MDB İqtisadi Şurasının üzvləri elektron və elektrotexniki avadanlıq tullantılarının idarə olunması sahəsində əməkdaşlıq barədə Saziş, eləcə də Gömrük sahəsində Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Sazişə düzəlişlər barədə Protokol layihələrini təsdiq ediblər.İclasda MDB Hökumət Başçıları Şurasının dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti haqqında Konsepsiya və MDB ölkələri dəmir yollarında 2017-ci ildə Tarif siyasəti haqqında Qərarları nəzərdən keçirilib. İclas üzvləri MDB Dəmir Yolu Şurasına yükdaşımalarının həcminin artırılması məqsədilə tarif siyasətini təkmilləşdirməyi tövsiyə ediblər.MDB Iqtisadi Şurasının üzvləri təbii qazdan nəqliyyat vasitələri üçün mühərrik yanacağı kimi istifadə olunmasının inkişafı və stimullaşdırılmasına dair kompleks tədbirlərin 2020-ci ilədək həyata keçirilməsi məsələsini müzakirə edib, müvafiq nazirlik və müəssisələrə bu sahədə fəaliyyəti əlaqələndirməyi tapşırıblar.İclasda bir sıra büdcə-maliyyə və təşkilati məsələlərə baxılıb.MDB İqtisadi Şurasının növbəti iclasını 2018-ci ilin martında Moskvada keçirmək qərara alınıb.xeber100.com

Dekabr 15, 2017 2:36