Energetika Nazirliyinin məlumatı

Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti ətrafında müzakirələr aparılıb.Energetika Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb. Görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti ətrafında müzakirələr olub, neft-qaz ilə yanaşı gələcəkdə bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.P.Şahbazov ölkə iqtisadiyyatında neft-qaz sektorunun uzun illər aparıcı mövqeyə malik olduğunu qeyd edərək bildirib ki, hazırda iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını təmin edən islahatlar həyata keçirilir. Böyük Britaniyadan yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə daim töhfələrlə müşayiət olduğunu vurğulayan energetika naziri müstəqilliyin ilk illərindən Böyük Britaniyanın Azərbaycanın enerji sahəsində tərəfdaşı kimi fəaliyyətini, əsas investor kimi çıxış etməsini, BP şirkətinin nümunəsində yaradılmış uğurlu əməkdaşlıq modelini yüksək qiymətləndirib. O, “Şahdəniz-2” layihəsinin icrası və “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılması ilə hər iki ölkənin uzunmüddətli perspektivdə maraqlarına təminat yarandığını bildirib.Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed isə təmsil etdiyi hökumətin BP-nin iştirakı ilə Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrə, eləcə də “Cənub Qaz Dəhlizi”nin başa çatdırılmasına dəstəyini ifadə edib. Davamlı enerji təminatında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı Azərbaycanın gördüyü işlər və planlarla maraqlanıb.Görüşdə Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığına dair digər mühüm məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.xeber100.com

Dekabr 15, 2017 2:04

“BakuTel 2017” sərgisi çərçivəsində

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “BakuTel 2017” Sərgi-Konfransında fəal iştirakına görə mükafatlandırılıb. Şirkətinin stendi “BakuTel-2017” sərgisinin “ən orijinal stendi” adına layiq görülüb.2017-ci ilin 5-8 dekabr tarixlərində keçirilmiş “BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş Bakcell stendi sərgi qonaqlarının böyük marağına səbəb olaraq, bu nüfuzlu tədbirin ən populyar və ziyarət olunan stendinə çevrilib. Stendin ziyarətçiləri “Robot Automation Latency” (Proseslərin Robotlaşdırılması, Məlumatların Ötürülməsində Gecikmə Müddəti) nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının 1 Gb/saniyəyədək olan inanılmaz sürətini görmək imkanını qazanıblar. Bundan əlavə, Bakcell stendinin qonaqları Bakcell şirkətinin təqdim etdiyi “Bakcell TaxFree app”, “Klass Postpaid”, “MyHour” və hətta “Pulsuz İnstagram” kimi bəzi yeni məhsullar, təkliflər və xidmətlərlə tanış olublar.Maraqlı müsabiqələr və bol əyləncə ilə yanaşı, stenddə Bakcell şirkətinin “AppLab” proqramı vasitəsilə gənc Azərbaycanlı proqram tərtibatçıları tərəfindən yaradılmış 3 layihə də nümayiş etdirilib.Nəticədə innovativ və maraqlı məzmun sayəsində Bakcell şirkətinin stendi sərginin “ən orijinal stendi” seçilib və “BakuTel-2017” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkəti tərəfindən sertifikatla təltif olunub. Bakcell şirkətinin “BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş stendinin bütün ziyarətçiləri mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə ediblər.xeber100.com

Dekabr 13, 2017 8:54