19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Dekabrın 5-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Dekabr 5, 2017 12:21

“Moody’s” neftin qiymətinə dair proqnozunu dəyişməyib

“Moody's” beynəlxalq reytinq agentliyi neftin qiymətinə dair proqnozunu dəyişməyib.Azərtac banka istinadla xəbər verir ki, “Moody's” OPEC və qeyri-OPEC müttəfiqlərinin neft hasilatının azaldılmasına dair sazişin müddətini 2018-ci ilin sonuna qədər artırmalarına baxmayaraq neftin orta müddətli qiymətinə dair proqnozunda dəyişiklik etməyib. Bank OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılması üzrə sazişin müddətini gələn ilin sonunadək uzaltmalarına baxmayaraq neftin orta müddətli qiymətinə dair proqnozunu - təxminən 40-60 dollar/barrel səviyyəsində saxlayıb.“Moody's”ə görə, son dövrdə neftin bahalaşan qiyməti qlobal iqtisadi artım proqnozları, neft istehsalının azaldılması və artan geosiyasi risklərdən bəhrələnir. Lakin “qara qızıl”ın qiymətinin yüksəlməsi fonunda istehlakın aşağı olması ehtimalı da daxil olmaqla risklər hələ də davam edir.xeber100.com

Dekabr 5, 2017 12:18

“Goldman Sachs” neft qiymətinə dair proqnozunu artırıb

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2018-ci il üçün neft qiymətinə dair proqnozunu artırıb.Azərtac banka istinadla xəbər verir ki, “Goldman Sachs” gələn il üçün “Brent” markalı xam neftin bir barrelinin qiymətinə dair proqnozunu 58 dollardan 62 dollara artırıb. Bank “Layt” markalı xam neftin 2018-ci il üçün qiymətinə dair proqnozunu isə 55 dollar/barreldən 57,50 dollar/barrelə yüksəldib.“Goldman Sachs” bu addımını qlobal ehtiyatların azalması, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının azaldılmasına dair sazişə sadiqliyi ilə əlaqələndirir.“Risklər davam edir və bu risklərin 2018-ci ildə artmasını gözləyirik. Çünki tələbat bizim optimist proqnozlarımızdan yuxarıdır”, - deyə bank bildirir.xeber100.com

Dekabr 5, 2017 12:16

“Reuters” agentliyinin məlumatı əsasında…

Noyabrda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft istehsalı son 6 ayın minimumuna enib.Azərtac xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, OPEC-in gündəlik neft hasilatı noyabr ayında 300 min barrel azalaraq may ayından indiyədək ən aşağı səviyyəyə düşüb. Noyabr ayında OPEC gündəlik orta hesabla 32,48 milyon barrel neft istehsal edib.OPEC-ə üzv ölkələrin neft hasilatının azaldılması üzrə sazişə əməletmə səviyyəsi oktyabrdakı 92 faizə nisbətdə noyabrda 112 faizə yüksəlib.Qeyd edək ki, OPEC noyabr ayındakı neft hasilatına dair rəsmi rəqəmləri açıqlamayıb.xeber100.com

Dekabr 5, 2017 12:12

“Brent” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar ucuzlaşaraq 63,42 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,40 dollar azalaraq 57,96 dollar təşkil edib.xeber100.com

Dekabr 4, 2017 12:19

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, dekabrın 4-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 548,60 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01 faiz təşkil edib.xeber100.com

Dekabr 4, 2017 12:17

Anlaşma memorandumu imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası ilə anlaşma memorandumu imzalayıb.Azərtac xəbər verir ki, dekabrın 4-də Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Yunnan əyaləti bölməsi (CCPIT) və Çin Beynəlxalq Ticarət Palatasının (CCOIC) nümayəndələri Azərbaycana işgüzar səfərə gəlib. Çin nümayəndələrinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı ASK ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Yunnan bölməsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Bildirilib ki, 1952-ci ildə yaradılmış Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Çinin iqtisadi və ticarət sektorlarını təmsil edən ən iri təşkilat və müəssisələri öz ətrafında birləşdirən qurumdur. Şuranın əsas məqsədi hökumət və özəl müəssisələrə xidmət göstərmək, xarici ticarəti, xarici sərmayələrin cəlbini və özəl sektorun, iqtisadi əməkdaşlığın beynəlmiləlləşməsini təşviq etməkdir. 3000-ə yaxın müəssisəni öz ətrafında birləşdirən Yunnan əyaləti bölməsi dünyanın 70-dən çox ölkəsində milli ticarət palataları ilə əməkdaşlıq edir.xeber100.com  

Dekabr 4, 2017 12:14

“AtaBank” Yeni il kampaniyası çərçivəsində

"AtaBank" inanılmaz Yeni il kampaniyası çərçivəsində müştərilərinə dəyərli hədiyyələr təklif edir.Bankdan Azərtac-a bildiriblər ki, "Hədiyyəli Yeni il" kampaniyası çərçivəsində dekabrın 4-dən 29-dək "AtaBank" ASC-də sığortalı əmanət yerləşdirən müştərilər istədikləri hədiyyəni əldə etmək şansını qazanırlar. Əmanətçilərə müqavilə ilə birgə hədiyyələr siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğin dəyərindən asılı olaraq hədiyyə seçimi edirlər. Belə ki, "AtaBank"da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakılardır: “Iphone X”, “Isma Bike”, “Excelsior Hotel”, “Chinar Hotel & SPA”, “Excelsior Hotel Shamkir”, “Qalaaltı Hotel & SPA” otellərində istirahət, müalicə və idman paketləri. Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və dekabrın 29-dək qüvvədədir.Kampaniyanın şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzi ilə əlaqə saxlamaq olar.Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.xeber100.com

Dekabr 4, 2017 12:11

ABŞ-ın dövlət borcunun əks olunduğu elektron tablo quraşdırılıb

Nyu-Yorkun Tayms-skver küçəsində növbəti dəfə ABŞ-ın dövlət borcunun əks olunduğu elektron tablo quraşdırılıb."APA-Economics" "Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, tablonun ekranında 14 rəqəmli məbləğ əks olunub: ABŞ öz kreditorlarına 20 trilyon dollardan çox borcludur ki, adambaşına düşən borcun məbləği 242 min dolları ötür.Yarım il bundan öncə "Durst Organization" developer şirkəti tablonun yenilənməsinə 160 min dollar xərcləyib, lakin onun "bir qədər köhnəlmiş" görkəmində ciddi dəyişiklik olmayıb. Şirkətin rəhbəri Duqlas Dörst bildirib ki, bu "köhnə görkəm" insanlara dövlət borcu probleminin uzun müddət aktual olduğunu xatırladır.Şirkət rəhbəri Donald Trampın prezidentliyi dövründə vəziyyətin radikal şəkildə dəyişəcəyini gözləmir. "Donald Tramp bir dəfə özünü "borc kralı" adlandırıb və etiraf edib ki, o, sərvətini kreditlərin hesabına qazanıb".Qeyd edək ki, tablo ilk dəfə olaraq 1989-cu ildə quraşdırılıb.xeber100.com

Dekabr 3, 2017 9:11

SOCAR-ın məlumatına görə…

SOCAR-da çalışan əlillərin sayı açıqlanıb.SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda SOCAR-ın müxtəlif strukturlarında 779 nəfər əlil çalışır, onlardan 153-ü Qarabağ müharibəsi qaziləridir.“Əlilliyi olan insanların cəmiyyətdən təcrid olunmaması, onların bilik və bacarıqlarının işdə tətbiq edilməsi üçün SOCAR əlillərin şirkətimizdə çalışa bilməsi üçün imkan yaradıb”, - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, 1992-ci ildən etibarən BMT-nin qərarı ilə dekabrın 3-ü “Beynəlxalq əlillər günü” kimi qeyd olunur.xeber100.com

Dekabr 3, 2017 5:34
    Page 209 of 380« First«...102030...207208209210211...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az