Oktyabrın 18-də Avstraliya iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.AZPROMO-dan Azərtac-a bildiriblər ki, tədbirə turizm, logistika, nəqliyyat, tikinti, təhsil, hüquq, daşınmaz əmlak, üzüm, şərab, ağartı məhsulları və ət istehsalı, mədən sənayesi və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq Avstraliya şirkətinin qatılacağı gözlənilir.xeber100.com