05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Azərbaycan-Belarus biznes-forumu keçiriləcək

Belarus iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində oktyabrın 17-də Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.AZPROMO-dan Azərtac-a bildiriblər ki, biznes-foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 15-dək Belarus şirkətinin qatılacağı gözlənilir.xeber100.com

Oktyabr 9, 2017 3:21

Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasının iclası keçiriləcək

Oktyabrın 20-də Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişinin monitorinqi üzrə yaradılan Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasının iclası keçiriləcək.“Russia News Today”xəbər verir ki, Liviya, Nigeriya və İraqın nümayəndələri də görüşdə iştiraka dəvət edilib.İclasda ölkələrin neft ixracının monitorinq üzrə mexanizm müzakirə olunacaq. Həmçinin saziş üzrə hasilat kvotasının artırılması, sazişin müddətinin daha da uzadılması da iclasın gündəliyində yer alan mövzulardandır.Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.xeber100.com

Oktyabr 9, 2017 3:17

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,97 dollar ucuzlaşaraq 56,97 dollar təşkil edib.xeber100.com

Oktyabr 8, 2017 9:10

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı keçiriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tbilisidə gürcüstanlı həmkarı Mixeil Canelidze ilə görüşdə məlumat verib. Nazir deyib ki, açılış mərasimində bir sıra dövlətlərin nümayəndə heyətləri iştirak edəcək.Elmar Məmmədyarov Mixeil Canelidzeni mərasimə dəvət edib.xeber100.com

Oktyabr 8, 2017 9:06

Azərbaycan-Avstraliya biznes-forumu keçiriləcək

Oktyabrın 18-də Avstraliya iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.AZPROMO-dan Azərtac-a bildiriblər ki, tədbirə turizm, logistika, nəqliyyat, tikinti, təhsil, hüquq, daşınmaz əmlak, üzüm, şərab, ağartı məhsulları və ət istehsalı, mədən sənayesi və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq Avstraliya şirkətinin qatılacağı gözlənilir.xeber100.com

Oktyabr 7, 2017 10:47

“Azəravtoyol” ASC-nin məlumatına görə…

Oktyabrın 7-də axşam saat 22:00-dan etibarən paytaxtın Səbail rayonunun İstiqlaliyyət küçəsində, həmçinin 24:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.Bu barədə Azərtac-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.Sözügedən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.Rənglənmə işlərinin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.xeber100.com

Oktyabr 7, 2017 10:00

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 50,75 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar bahalaşaraq 57,01 dollar təşkil edib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,02 dollar bahalaşaraq 58,94 dollar olub.xeber100.com

Oktyabr 6, 2017 3:22

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti yeni kampaniyaya başlayıb

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ASAN Radio ilə birgə sürücülər üçün yeni kampaniyaya başlayıb.QSC-dən Azərtac-a bildirilib ki, “SOCAR PETROLEUM” hər il olduğu kimi, bu il də müştəriləri üçün yeni kampaniyaya başlayır. Bir il müddətinə davam edəcək kampaniyanın məqsədi QSC-nin öz müştərilərinə dəyər verməsidir. Bu gün müştərilərin seçimlərinin geniş olduğu mühitdə keyfiyyətli xidmət təklif edən, standartların bütün tələblərinə cavab verən yanacağın satışını həyata keçirən yanacaqdoldurma məntəqələrinə üstünlük verirlər.Həftə içi üç gün hər dəfə günün fərqli saatlarında ASAN Radionun efirində “Taksi vaxtı” verilişi yayımlanacaq. Bakı şəhərində 5 saylı “ASAN xidmət”, Sumqayıt şəhərində 1 saylı “ASAN xidmət” mərkəzi vardır. Hər müsabiqədə radionun aparıcısı tərəfindən elan olunan “ASAN xidmət”ə birinci yaxınlaşan sürücü qalib hesab olunur və 30 manat dəyərində kuponu əldə edir. Kuponu əldə edən qalib “SOCAR PETROLEUM” QSC-yə məxsus bütün yanacaqdoldurma məntəqələrinə yaxınlaşaraq 30 manat dəyərində istənilən növ yanacaq əldə edə biləcək.xeber100.com

Oktyabr 6, 2017 3:16

“Azərsu” ASC-nin məlumatına görə…

Bakı şəhərinin Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq."Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, Bak şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrlə verilməsi zərurəti yaranıb. Bununla əlaqədar, oktyabrın 6-da gün ərzində paytaxtın Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.xeber100.com

Oktyabr 6, 2017 3:12

“Qazprom” korporasiyası öz nümayəndəliyini açacaq

Rusiyanın “Qazprom” korporasiyası Azərbaycanda öz nümayəndəliyini açacaq.Şirkətin yaydığı məlumatda bildirilir ki, Direktorlar Şurası Azərbaycanda “Qazprom” korporasiyasının nümayəndəliyinin açılması ilə bağlı məsələləri razılaşdırıb.Xatırladaq ki, “Qazprom” Azərbaycan ilə 2000-ci ildən əməkdaşlıq edir.xeber100.com

Oktyabr 6, 2017 3:07
    Page 226 of 380« First«...102030...224225226227228...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az