27 İyul 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Azad İqtisadi Zona yaradılacaq

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azad İqtisadi Zona yaradılacaq.Azərtac xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov bu gün Bakıda keçirilən Caspian Air Cargo Summit 2017 VII Beynəlxalq konfransında deyib.O bildirib ki, layihənin icrası üçün qanunvericilik bazası artıq təsdiq edilib. Onun icrası ilə bağlı tədbirlər planı hazırlanır.xeber100.com  

Oktyabr 10, 2017 2:16

AZAL öz təyyarə parkını genişləndirir

Azərbaycan Hava Yolları" QSC (AZAL) öz təyyarə parkını genişləndirir.Hazırda 4 ədəd “Boeing 787 Dreamliner” və 2 ədəd “Boeing 747-8 F” tipli təyyarələrin alınması üzrə hazırlıq işləri aparılır.Azərtac xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov bu gün Bakıda keçirilən Caspian Air Cargo Summit 2017 VII Beynəlxalq konfransında deyib.Cahangir Əsgərovun sözlərinə görə, bu təyyarələrin alınmasına dair müqavilələr bu ilin sonuna kimi imzalanacaq.xeber100.com

Oktyabr 10, 2017 1:01

Nyu-Yorkun NYMEX birjasında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar bahalaşaraq 49,47 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar artaraq 55,72 dollar təşkil edib.xeber100.com

Oktyabr 9, 2017 3:25

Azərbaycan-Belarus biznes-forumu keçiriləcək

Belarus iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində oktyabrın 17-də Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.AZPROMO-dan Azərtac-a bildiriblər ki, biznes-foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 15-dək Belarus şirkətinin qatılacağı gözlənilir.xeber100.com

Oktyabr 9, 2017 3:21

Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasının iclası keçiriləcək

Oktyabrın 20-də Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişinin monitorinqi üzrə yaradılan Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasının iclası keçiriləcək.“Russia News Today”xəbər verir ki, Liviya, Nigeriya və İraqın nümayəndələri də görüşdə iştiraka dəvət edilib.İclasda ölkələrin neft ixracının monitorinq üzrə mexanizm müzakirə olunacaq. Həmçinin saziş üzrə hasilat kvotasının artırılması, sazişin müddətinin daha da uzadılması da iclasın gündəliyində yer alan mövzulardandır.Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.xeber100.com

Oktyabr 9, 2017 3:17

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,97 dollar ucuzlaşaraq 56,97 dollar təşkil edib.xeber100.com

Oktyabr 8, 2017 9:10

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı keçiriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tbilisidə gürcüstanlı həmkarı Mixeil Canelidze ilə görüşdə məlumat verib. Nazir deyib ki, açılış mərasimində bir sıra dövlətlərin nümayəndə heyətləri iştirak edəcək.Elmar Məmmədyarov Mixeil Canelidzeni mərasimə dəvət edib.xeber100.com

Oktyabr 8, 2017 9:06

Azərbaycan-Avstraliya biznes-forumu keçiriləcək

Oktyabrın 18-də Avstraliya iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.AZPROMO-dan Azərtac-a bildiriblər ki, tədbirə turizm, logistika, nəqliyyat, tikinti, təhsil, hüquq, daşınmaz əmlak, üzüm, şərab, ağartı məhsulları və ət istehsalı, mədən sənayesi və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq Avstraliya şirkətinin qatılacağı gözlənilir.xeber100.com

Oktyabr 7, 2017 10:47

“Azəravtoyol” ASC-nin məlumatına görə…

Oktyabrın 7-də axşam saat 22:00-dan etibarən paytaxtın Səbail rayonunun İstiqlaliyyət küçəsində, həmçinin 24:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.Bu barədə Azərtac-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.Sözügedən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.Rənglənmə işlərinin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.xeber100.com

Oktyabr 7, 2017 10:00

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 50,75 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar bahalaşaraq 57,01 dollar təşkil edib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,02 dollar bahalaşaraq 58,94 dollar olub.xeber100.com

Oktyabr 6, 2017 3:22
    Page 228 of 382« First«...102030...226227228229230...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az