II “Bankçılıq Forumu”nun keçirilməsi planlaşdırılır

Azərbaycan Banklar Assosiasiyasının (ABA) və İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 23-24-də Bakıda "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası" adlı II "Bankçılıq Forumu"nun keçirilməsi planlaşdırılır.Azərtac ABA-ya istinadla xəbər verir ki, forumun məqsədi maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlılığının daha da gücləndirilməsinə dair məsələlər, bank sisteminin sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər, nağdsız ödənişlərin artırılması istiqamətləri, banklarda komplayensin inkişafı məsələlərinin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsinə vəsilə olmaqdır.Forumda xarici şokların təsirinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar, nağdsız cəmiyyətə doğru: ödəniş ekosistemində son trendlər, yeni bazar iştirakçıları və innovativ ödəniş həlləri, müasir bankçılıqda komplayns və bank sisteminin inkişafının hüquqi bazasının təkmilləşdirilməsi istiqamətləri üzrə panellər, qeyd edilən məsələlər ətrafında çıxışlar və müzakirələr təşkil olunacaq.Tədbirdə maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər iştirak edəcəklər.Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.xeber100.com

Sentyabr 22, 2017 2:25

Neft İxrac Edən Ölkələr Təşkilatı iclas keçirəcək

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsi sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada iclas keçirəcək.Azərtac xəbər verir ki, toplantıda Liviya və Nigeriyanın da iştirakı nəzərdə tutulur. OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələri neft bazarının yenidən balanslaşdırılmasının təmin olunması üçün bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını nəzərdən keçirəcəklər. İclasda istehsal kvotasının daha bir faiz azaldılması məsələsinin müzakirə edilməsi də planlaşdırılır.Rusiyanın energetika naziri Aleksandr Novak isə deyib ki, kotirovkalarda 1 faiz azalma üçün heç bir rəsmi tələb və ya müraciət yoxdur. Lakin Monitorinq Komitəsinin iclası çərçivəsində bu məsələ gündəmə gələrsə müzakirə edilə bilər.Qeyd edək ki, avqustda OPEC-in neft istehsalının azaldılması üzrə sazişə əməletmə səviyyəsi 82 faizə çatıb. Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.Cari ilin avqust ayı ərzində Azərbaycan üzrə gündəlik neft hasilatı 734,8 min barrel olub. Bunun 704 min barrelini xam neft, 30,8 min barrelini kondensat təşkil edib. Gündəlik 617,6 min barrel xam neft, 30,8 min barrel kondensat, 6,6 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib. Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda isə 796,7 min barrel olub.Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.xeber100.com

Sentyabr 22, 2017 2:09