19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

VIII Rusiya-Azərbaycan regionlararası forumu işə başlayıb

Sentyabrın 28-də Stavropolda “İnvestisiyalar, innovasiyalar, turizm” mövzusunda VIII Rusiya-Azərbaycan regionlararası forumu işə başlayıb.Azərtac xəbər verir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunan forumda nazir Şahin Mustafayevin rəhbərliyi ilə 120 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir. Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda “dəyirmi masa”lar, işgüzar əlaqələr birjası keçiriləcək, ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanacaq.Xatırladaq ki, Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildən keçirilir. Ötən il Bakıda keçirilən forumda hər iki ölkəni təmsil edən 70-dən çox şirkətdən 500-dən artıq iş adamı iştirak edib, ikitərəfli əməkdaşlığa dair 12 sənəd imzalanıb.xeber100.com

Sentyabr 28, 2017 2:10

Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Sentyabrın 28-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7002 səviyyəsində formalaşıb.xeber100.com

Sentyabr 28, 2017 2:06

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar bahalaşaraq 52,21 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar artaraq 58,72 dollar təşkil edib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,21 dollar ucuzlaşaraq 60,30 dollar olub.xeber100.com

Sentyabr 27, 2017 12:45

Dünya Turizm Günü münasibətilə

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 27 sentyabr –Dünya Turizm Günü münasibətilə Qız qalası meydanında “Beynəlxalq Turizm Günü” adlı festival keçirilib.Azərtac xəbər verir ki, festivalda İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya, Yunanıstan, Polşa və digər ölkə səfirliklərinin nümayəndələri iştirak edib.Festivalda iştirak edən ölkələr stendlərində təmsil etdikləri ölkələrin mədəniyyəti, mətbəxi və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı məlumatlar verib, suvenirlər nümayiş etdiriblər. Paytaxt sakinləri və qonaqlar həmin ölkələrin bələdçi xəritələri, təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlərlə də tanış olublar.Festival mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək, o cümlədən Azərbaycan mədəniyyəti və tarixini, İçərişəhərin turizm potensialını dünyada tanıdılması məqsədi daşıyır.Xatırladaq ki, Dünya Turizm Günü 150-dən çox ölkədə qeyd olunur.xeber100.com

Sentyabr 27, 2017 12:42

“Top Resa 2017” beynəlxalq turizm sərgisi çərçivəsində

Parisdə keçirilən “Top Resa 2017” beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Fransanın “Entreprises de Voyage” şirkətinin vitse-prezidenti Rişar Subyel ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə ölkəmizin turizm potensialı, bu sahədə təklif olunan xidmətlər ətrafında fikir mübadiləsi aparılıb.Səfir Azərbaycanın turizm potensialı haqqında məlumat verərək, onun siyasi, iqtisadi aspektlər və mədəniyyətimizin təbliği baxımından əhəmiyyətinə toxunub.Söhbət zamanı turizmlə bağlı birgə fəaliyyət istiqamətlərinə dair məsələlər müzakirə olunub.Görüşdən sonra Rişar Subyel Azərtac-a müsahibə verib. O deyib ki, “Entreprises de Voyage” şirkəti Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə memorandum imzalayıb.xeber100.com

Sentyabr 27, 2017 12:37

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar bahalaşaraq 52,29 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar artaraq 59,22 dollar təşkil edib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,39 dollar bahalaşaraq 60,51 dollar olub.xeber100.com

Sentyabr 26, 2017 12:42

İqtisadiyyat Nazirliyinin məlumatına görə…

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən oktyabrın 1-dən 4-dək Macarıstana növbəti ixrac missiyası təşkil olunacaq.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Macarıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcək və iri marketlər şəbəkələrində olacaqlar.Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, şərab və digər spirtli içkilər, bal, çay, fındıq, tekstil və mebel istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndələri daxildir.xeber100.com

Sentyabr 26, 2017 12:37

Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Sentyabrın 26-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7002 səviyyəsində formalaşıb.xeber100.com

Sentyabr 26, 2017 12:35

“Layt” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar ucuzlaşaraq 50,49 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar azalaraq 56,76 dollar təşkil edib.xeber100.com

Sentyabr 25, 2017 2:56

Beynəlxalq biznes-forumu keçiriləcək

Batumidə "Sitrus məhsullarının ixracı" beynəlxalq biznes-forumu keçiriləcək.Azərtac Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, on ölkənin nümayəndələri - Gürcüstanın sitrus meyvələrinin idxalçıları sentyabrın 30-da Batumidə toplaşacaq. Biznes-forum ölkənin ixrac potensialı ilə tanışlıq məqsədi daşıyır.Tədbir Avropa və Asiyanın müxtəlif ölkələrinin maraqlı tərəflərinin yerli sitrus məhsullarının ixrac potensialı barədə məlumatlandırılması üçün görüşlərin təşkili üzrə fəal kampaniyaya başlamaq məqsədilə keçirilir.Biznes-forumda Gürcüstan hökumətinin üzvləri, diplomatlar, sitrus məhsullarının çeşidlənməsi və emalı üzrə yerli müəssisələrin, ticarət və logistika təşkilatlarının əməkdaşları, müxtəlif ölkələrin iri idxalçıları, yerli və xarici KİV nümayəndələri iştirak edəcəklər.Qeyd edək ki, Gürcüstanda istehsal olunan naringi əsasən Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və digər ölkələrə ixrac olunur. İlkin məlumatlara görə, bu mövsümdə məhsul təxminən 50-60 min ton təşkil edəcək. Məhsulun təqribən 10 min tonu sənaye emalı üçün, qalanları isə ixrac üçün nəzərdə tutulub.xeber100.com

Sentyabr 25, 2017 2:52
    Page 231 of 381« First«...102030...229230231232233...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az