28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Vergilər Nazirliyinin kollegiya iclasının qərarı ilə…

Vergilər Nazirliyinin kollegiya iclasının qərarı ilə kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi də müvəqqəti olaraq azaldılıb.Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Azərtac-a bildirilib ki, burada kiçik və orta bizneslə məşğul olan sahibkarlar dedikdə, illik dövriyyəsi 200 min manatdan aşağı və sadələşdirilmiş vergiödəyiciləri olan sahibkarlıq subyektləri nəzərdə tutulur. Həmin sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.Operativ nəzarət tədbirləri zamanı isə əmək müqavilələrinin bağlanmasına, vergiödəyicilərinin dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə xronometraj metodu ilə yoxlamaların keçirilməsi və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət istisna olmaqla, digər yoxlamaların keçirilməsi məhdudlaşdırılıb.xeber100.com

Sentyabr 21, 2017 1:00

Mərkəzi Bankda hərrac keçirilib

Sentyabrın 21-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7008 səviyyəsində formalaşıb.xeber100.com

Sentyabr 21, 2017 12:56

Nyu-Yorkun NYMEX birjasında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar bahalaşaraq 49,86 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar artaraq 55,41 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,58 dollar bahalaşaraq 57,87 dollar təşkil edib.xeber100.com

Sentyabr 20, 2017 1:20

“Caspian Energy Transport Forum”u öz işinə başlayıb

Sentyabrın 20-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Caspian Energy Transport Forum”u öz işinə başlayıb.Beynəlxalq tranzit üçün əlverişli coğrafi mövqeyə malik Azərbaycan Respublikasında nəqliyyat sahəsi xüsusi əhəmiyyət kəsb edir. Nəqliyyat sektorunda nəhəng regional layihələr həyata keçirilir. Bu layihələr sektorun inkişafına, ölkəmizin tranzit potensialının gücləndirilməsinə, nəqliyyat təhlükəsizliyinin təmin olunmasına xidmət edir.Azərtac xəbər verir ki, bu fikirləri “Caspian Energy Transport Forum”un açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.Nazir qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində sərnişin və yükdaşıma asanlaşır. Bu da ölkə iqtisadiyyatı, regionların inkişafına birbaşa təsir göstərir."Caspian European Club" və "Caspian American Club" çərçivəsində keçirilən forumda, həmçinin Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi iştirak edir.xeber100.com

Sentyabr 20, 2017 1:04

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 49,87 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar azalaraq 55,38 dollar təşkil edib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,01 dollar ucuzlaşaraq 57,29 dollar olub.xeber100.com

Sentyabr 19, 2017 11:38

“Bakutel 2017” sərgi və konfransı keçiriləcək

Dekabrın 5-dən 8-dək Bakıda XXIII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2017” sərgi və konfransı keçiriləcək və bununla da “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcək.“Caspian Event Organisers” şirkətindən Azərtac-a bildirilib ki, “Bakutel” çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də informasiya-kommunikasiya texnologiyalarının (İKT) müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumatları mübadilə və emal etmək məqsədilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.“Bakutel 2017” sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.xeber100.com

Sentyabr 19, 2017 11:35

Dünya Bankı 170 milyon dollar vəsait ayırıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 18 ildir Dünya Bankı ilə əməkdaşlıq edir. Bu illər ərzində bank tərəfindən komitəyə 170 milyon dollara qədər vəsait ayrılıb.Azərtac xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.xeber100.com

Sentyabr 19, 2017 11:32

Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Sentyabrın 19-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7007 səviyyəsində formalaşıb.xeber100.com

Sentyabr 19, 2017 11:29

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar ucuzlaşaraq 58,30 dollar təşkil edib.xeber100.com

Sentyabr 18, 2017 2:09

Mərkəzi Bankın məlumatına görə…

Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyon 860 min 7 manat olub.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 21 faiz artıb, xarici valyutada əmanətlər isə 20,5 faiz azalıb.Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,73) manata, 1 avroya 2,01 manata (1,91), 100 rus rubluna 2,86 manata (2,97) bərabər olub.xeber100.com

Sentyabr 18, 2017 2:07
    Page 233 of 381« First«...102030...231232233234235...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az