Beynəlxalq Bank yeni kampaniyalara start verib

Azərbaycan Beynəlxalq Bankı (ABB) Bilik Günü münasibətilə əməkhaqqı kartlarının sahibləri və tələbələr üçün kampaniyalara start verib.Bankdan Azərtac-a bildiriblər ki, ABB-nin əməkhaqqı kartlarına sahib bütün müştərilər sentyabrın 15-dək davam edəcək kampaniya çərçivəsində nağd pul kreditini komissiyasız və 2 faiz endirimlə əldə edə bilərlər.Kampaniya çərçivəsində 36 ayadək müddətə 15 min manatadək kredit illik faiz dərəcəsi 2 faiz endirimlə verilir. 25 faizdən başlayaraq, kredit əməkhaqqının 3 misli həcmində və maksimum 3000 manata qədər olduqda zaminsiz, kreditin rəsmiləşdirilməsi komissiyasızdır.Tələbələr isə onlara özəl kampaniya müddətində bankdan debet kartı (MasterCard Debit Standard, VISA Classic/MasterCard Standard, VISA/MasterCard Gold, VISA/MasterCard Platinum) alan zaman tələbə biletlərini təqdim etməklə kartın qiymətində 50 faiz endirim qazanacaqlar.Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.xeber100.com

Sentyabr 13, 2017 1:44

Dünya Turizm Təşkilatının Baş Assambleyası öz işinə başlayıb

Məlum olduğu kimi, Çinin Çenqdu şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (DTT) Baş Assambleyası öz işinə başlayıb.Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildiriblər ki, assambleya çərçivəsində təşkilatın İcraiyyə Şurasının 106-cı sessiyası keçirilir.Şuraya sədrlik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son bir ildə təşkilat tərəfindən həyata keçirilmiş fəaliyyətin vacib istiqamətlərini diqqətə çatdırıb. Daha sonra DTT-nin baş katibi Taleb Rifai təşkilatın büdcə vəziyyəti, 2016-2017-ci illər üzrə fəaliyyət proqramı və növbəti illər üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.İclas gündəlikdə duran digər vacib məsələlərin müzakirəsi ilə davam edir.Xatırladırıq ki, tədbirdə Azərbaycanı nümayəndə heyətinin rəhbəri, DTT-nin İcraiyyə Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin İspaniyadakı səfiri, DTT yanında daimi nümayəndəsi, səfir Anar Məhərrəmov, ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Turizm Etikası üzrə işçi qrupunun rəhbəri qismində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, turizm şöbəsinin əməkdaşı Cavid Abdullayev və Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.xeber100.com

Sentyabr 12, 2017 3:23

“Buta Airways” Avropanın bir sıra şəhərlərinə uçuşlar təşkil edəcək

Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan “Buta Airways” yaxın vaxtlarda Avropanın bir sıra şəhərlərinə də uçuşlar təşkil edəcək. Bununla bağlı artıq danışıqlar aparılır.Azərtac xəbər verir ki, bunu sentyabrın 12-də Kiyevdə Bakı-Kiyev aviareysinin həyata keçirilməsi ilə bağlı təşkil olunan mətbuat konfransında “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə deyib.Onun sözlərinə görə, şirkət maksimum dərəcədə çalışır ki, ölkəmiz üçün prioritet olan turizmin inkişafı məqsədilə xarici dövlətlərə uçuşları artırsın.Ukraynaya hazırda çərşənbə axşamı və çərşənbə günü reyslərin həyata keçirildiyini deyən Manizadə yaxın aylardan başlayaraq Kiyevə cümə günü də uçuşun reallaşdırılacağını vurğulayıb. Sonrakı proseslərdə reyslərin artırılması sərnişinlərin marağından asılı olacaq.C.Manizadə bildirib ki, gələcəkdə şirkətin Ukraynanın digər şəhərlərinə də uçuşunun həyata keçirilməsi istisna deyil.Xatırladaq ki, ilk mərhələdə aviaşirkət Kiyevdən başqa, Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirir. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.Loukost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir.xeber100.com  

Sentyabr 12, 2017 3:18

“2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf”…

“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 40 yaşayış məntəqəsinə təbii qaz verilib.Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəzlənir, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 958,3 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 143,3 kilometr qaz kəməri əsaslı təmir olunub.Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 40 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.xeber100.com

Sentyabr 12, 2017 3:02

Neft hasilatının azaldılması üzrə sazişin müddəti müzakirə edilib

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını müzakirə edir.Azərtac “bloomberght.com”a istinadla xəbər verir ki, OPEC kartelə üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən və gələn ilin mart ayının sonunda başa çatacaq neft hasilatının azaldılması üzrə sazişin müddətinin 3 ay və daha uzun vaxta uzadılmasını nəzərdən keçirir.OPEC-ə yaxın mənbələrin məlumatına görə, sazişin müddətinin 2018-ci ilin ikinci yarısının sonunadək uzadılması əsas müzakirə mövzusudur. Sazişin müddətinin 3 aydan daha uzun vaxta uzadılması isə OPEC+ nazirlərinin tərtib etdikləri fövqəladə vəziyyətə dair ssenarilərə uyğun reallaşa bilər.Həmçinin hasilat kvotasının daha da azaldılması Liviya və Nigeriyanın yenidən istehsala başlaması ilə birgə OPEC-in istehsalının hazırkı səviyyələrində qalması üçün lazım olacaq.Digər bir mənbəyə görə isə müzakirə edilən variantlardan biri də sazişin müddətinin 6 ay uzadılmasıdır.Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.xeber100.com

Sentyabr 12, 2017 2:58