Səməd Vurğun və Muğan bağlarında “Pulsuz Wi-Fi” xidməti istifadəyə verilib.“Baktelecom”dan Azərtac-a bildirilib ki, “Pulsuz Wi-Fi”ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən artıq paytaxt sakinləri və şəhərimizin qonaqları Səməd Vurğun və Muğan bağlarında da istifadə edə bilərlər.Qeyd edək ki, indiyədək "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.xeber100.com