28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Azərbaycanla bağlı növbəti biznes seminar keçirilib

“Cross Border Club” şirkətinin təşkilatçılığı ilə Yaponiyanın Fukuoka şəhərində yerli iş adamları üçün Azərbaycanla bağlı növbəti biznes seminar keçirilib.Seminarda 2014-cü ilin noyabrında Bakıda ilk dəfə Yaponiya məhsullarının sərgisinin təşkil edildiyi və bu tədbirin böyük maraqla qarşılandığı barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda ilk sərginin böyük uğuru yapon iş adamlarını növbəti sərginin təşkilinə ruhlandırıb. Cari il oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində Yaponiya qida məhsullarının sərgisinin təşkili qərara alınıb.Tədbirdə Azərbaycanın uğurları ilə dünyanın diqqətini özünə cəlb etdiyi, burada beynəlxalq səviyyəli tədbirlərin, musiqi və idman yarışlarının təşkilinin artıq ənənə halı aldığı qeyd edilib. Fukuoka iş adamları Azərbaycanla bağlı layihələrdə, o cümlədən qida məhsulları sərgisində fəal iştiraka dəvət olunub.xeber100.com

Avqust 4, 2017 2:14

“Capital” nəşri yazır…

“Türk Hava Yolları” (THY) dəyərinə görə Türkiyənin 3-cü ən iri şirkətidir.“Capital” nəşri xəbər verir ki, şirkətin dəyəri 2016-cı ilin sonuna 29 milyard 468 milyon türk lirəsi dəyərində qiymətləndirilib. Sıralamada ilk yerdə dəyəri 34 milyard 854,851 milyon lirə olan “Tüpraş” qərarlaşıb.Qeyd edək ki, THY hazırda 302 istiqamət üzrə uçuşlar həyata keçirir. Bu sırada, həmçinin həftədə 5 dəfə olmaqla Azərbaycan üzrə 3 istiqamətdə uçuşlar var. Artıq 26 ildir Azərbaycanda fəaliyyət göstərən aviaşirkət Bakıya uçuşlarını “Airbus A321” təyyarələri ilə edir. Eyni zamanda, həftədə 2 dəfə olmaqla Pakistanın paytaxtı İslamabada uçuşları Bakı üzərindən yerinə yetirir.xeber100.com

Avqust 4, 2017 2:11

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 49,35 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar azalaraq 52,09 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,08 dollar bahalaşaraq 53,79 dollar təşkil edib.xeber100.com

Avqust 3, 2017 12:40

“Trans-Adriatik” qaz boru kəməri çərçivəsində

İtaliyanın təbii qaz infrastruktur şirkəti “Snam S.p.A.” ilə Albaniyada qaz infrastrukturu operatoru olan “Albgaz” şirkəti Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri çərçivəsində əməkdaşlıq edəcək.Azərtac “Snam” şirkətinə istinadla xəbər verir ki, tərəflər Albaniyanın qaz bazarının inkişafı üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər. İki şirkət Almaniyanın qaz bazarı və infrastruktur sisteminin qurulması, inkişafını dəstəkləmək barədə əməkdaşlığın inkişaf etdirilməsi üzrə anlaşma memorandum imzalayıblar. Əməkdaşlıqda TAP qaz kəməri layihəsi üçün Albaniyanın infrastruktur sisteminin dəstəklənməsi üçün nəzərdə tutulur.“Albgaz” bu ilin yanvarında yaradılıb və şirkətə Albaniyanın qaz bazarı üçün infrastrukturun inkişaf etdirilməsi və idarə olunması tapşırılıb.xeber100.com

Avqust 3, 2017 12:38

Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Avqustun 3-də Mərkəzi Bankda Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7008 səviyyəsində formalaşıb.xeber100.com

Avqust 3, 2017 12:35

Dövlət Gömrük Komitəsinin məlumatı

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 9 milyon 707 min 174 ton xam neft ixrac edilib. Yarım ildə ixrac edilən xam neftin dəyəri isə 3 milyard 839 milyon 227 min ABŞ dolları olub.Bu barədə Azərtac-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.xeber100.com

Avqust 3, 2017 12:30

“Kapital Bank” Visa kartlarını pulsuz təklif edir

“Kapital Bank” 2 illik Visa kartlarını pulsuz təklif edir.Bankdan Azərtac-a bildiriblər ki, "Kapital Bank" müştəri xidmətinin inkişafı istiqamətində bir sıra işlər həyata keçirir. Bank ödəniş kartları üzrə şərtləri sadələşdirərək müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, müştərilər hesaba minimum 20 AZN ilkin mədaxil etməklə 2 illik Visa kartlarını əldə edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər."Kapital Bank" “Visa International” beynəlxalq ödəniş sisteminin üzvüdür. Ödəniş kartlarını "Kapital Bank" filiallarında və ya bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. "Kapital Bank" Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.Qeyd edək ki, hazırda dövriyyədə "Kapital Bank"ın 3 milyona yaxın ödəniş kartı var. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. "Kapital Bank"ın ölkə üzrə 600-dək bankomatı, 9 minədək POS-terminalı fəaliyyət göstərir.xeber100.com  

Avqust 3, 2017 12:26

“Brent” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar ucuzlaşaraq 48,79 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar azalaraq 51,43 dollar olub.Azərtaac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,89 dollar ucuzlaşaraq 52,71 dollar təşkil edib.xeber100.com

Avqust 2, 2017 2:16

Anlaşma memorandumu imzalanıb

“SOCAR Methanol” MMC ilə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) arasında anlaşma memorandumu imzalanıb.MMC-dən Azərtac-a bildirilib ki, memorandumu “SOCAR Methanol”un baş direktoru Elnur Mustafayev və NKPİ-nin direktoru, akademik Vaqif Abbasov imzalayıb. İki qurum arasında elmi-praktik və istehsal sahələrində əməkdaşlığın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün şərait yaradan anlaşma memorandumu bir neçə istiqamət üzrə həyata keçiriləcək. Bu istiqamətlər metanolun tətbiqi sahəsində yeni istehsal imkanlarının müəyyən edilməsini, habelə metanolun istehsalının təkmilləşdirilməsi ilə bağlı elmi-texniki əməkdaşlığı əhatə edir.xeber100.com

Avqust 2, 2017 2:13

“AzəriLayt” markalı neftin qiyməti azalıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar artaraq 44,73 dollar təşkil edib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar artaraq 50,11 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar azalaraq 53,60 dollar təşkil edib.xeber100.com

Avqust 1, 2017 12:03
    Page 246 of 381« First«...102030...244245246247248...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az