Səyyar satış sistemi fəaliyyətə başlayıb

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yerli istehsalı dəstəkləmək məqsədilə həyata keçirdiyi səyyar satış sistemi artıq fəaliyyətə başlayıb.ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Gəzər bazar” tanıdıcı loqosu ilə təqdim olunan səyyar satışa yük avtomobilləri vasitəsilə fermerlərdən tədarük olunmuş məhsullar həftəsonu yarmarkalara çıxarılıb. Altı ədəd yük avtomobili vasitəsilə 30 tona yaxın məhsul Xətai rayonu, “Bakı” kinoteatrının qarşısındakı, Binəqədi rayonu, “Elit” ticarət mərkəzinin arxasındakı və Sumqayıt şəhərində təşkil olunmuş yarmarkalarda satışa təqdim olunub.Səyyar satış avtomobilləri iyulun 30-da da adıçəkilən yarmarkalara kənd təsərrüfatı məhsulları çıxaracaq. Məhsulların qiyməti mövcud qiymətlərlə müqayisədə 20 faiz aşağıdır.Bazar ertəsindən etibarən isə “Gəzər bazar” avtomobilləri paytaxtın bütün rayonlarında satış prosesinə başlayacaq.Məlumatda, həmçinin qeyd olunub ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC şəxsi yük avtomobili olan şəxsləri və dükan sahiblərini əməkdaşlığa dəvət edir.Səhmdar Cəmiyyət müvafiq icra hakimiyyəti orqanları tərəfindən səyyar satış üçün tələb olunan xüsusi icazələrin alınması və növündən asılı olmayaraq məhsulların topdansatış qiymətinə verilməsi kimi güzəştləri də tətbiq edəcəyini bildirib.xeber100.com

İyul 30, 2017 12:44

“5G” texnologiyasının sınaqlarının keçirilməsinə icazə verilib

ABŞ Federal Rabitə Komissiyası "Apple" şirkətinə "5G" texnologiyasının sınaqlarının keçirilməsinə icazə verib.Azərtac xəbər verir ki, texnologiyanı "Apple" şirkəti ilə yanaşı, "Google", "Facebook" və "Samsung" sınaqdan keçirir. Bundan başqa, "Sprint" və "T-Mobile" mobil rabitə operatorları tərəfindən ilk "5G" şəbəkələrinin 2019-2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir.Məlumata görə, dalğaların uzunluğunun azaldılması və tezliyin yüksəldilməsi "Apple" texnologiyasını rəqiblərindən fərqləndirəcək. Test üçün ilk meydançaların 2018-ci ilin avqustunadək Kaliforniyada yerləşən ofislərin yaxınlığında inşası planlaşdırılır.Bu il "5G" modulu yeni "iPhone" smartfonunda quraşdırılmasa da, növbəti modelin onunla təchiz ediləcəyini ehtimal etmək olar."5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.Qeyd edək ki, Azərbaycanda da 3G, 4G və digər yeni texnologiyalar tətbiq edilib, internetə ən müasir çıxış imkanları yaradılıb. Bunun nəticəsidir ki, hazırda əhalinin 78 faizi internet, onların 72 faizi isə genişzolaqlı internet istifadəçisidir.xeber100.com

İyul 29, 2017 12:28

“Azərbaycan Beynəlxalq Bankı”nın məlumatına görə…

"Azərbaycan Beynəlxalq Bankı" bu ilin ilk rübündə "VISA" ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcminə görə lider olub.Bankdan Azərtac-a bildiriblər ki, bu münasibətlə bank "VISA International" şirkətinin xüsusi sertifikatına layiq görülüb. Bank sektoru nümayəndələrinin, "VISA"nın tərəfdaşlarının iştirakı ilə keçirilən görüş-seminarda mükafat "Azərbaycan Beynəlxalq Bankı"na təqdim olunub.Xatırladaq ki, "Azərbaycan Beynəlxalq Bankı" nağdsız ödəniş ənənələrini ilk dəfə ölkəmizə gətirən və bu ənənələrin daim inkişafına dəstək verən banklardandır. Aktiv ödəniş kartlarının sayı hazırda 1 milyon 300 mindən çox olan bankın 760 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində "Azərbaycan Beynəlxalq Bankı"nın 11 650 POS-terminalı müştərilərin istifadəsindədir.Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə "Azərbaycan Beynəlxalq Bankı" ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. "VISA PayWave" və "Mastercard PayPass" ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz "Azərbaycan Beynəlxalq Bankı" tətbiq etməyə başlayıb.Eyni zamanda, "VISA International" şirkəti ilə müştərək şəkildə müştərilər üçün "Sıfır məsuliyyət" (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz "Azərbaycan Beynəlxalq Bankı"na məxsusdur."Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.xeber100.com

İyul 27, 2017 3:36

“Bank of Baku”dan yeni kampaniya…

"Sizə Yaxın Bankçılıq" şüarı ilə hər zaman müştərilərinə üstün xidmət göstərən və onlar üçün daima yeniliklərə imza atan "Bank of Baku" bu dəfə müştərilərini uzaq "xəyallar şəhəri" Nyu-Yorka göndərir.Bankdan Azərtac-a bildiriblər ki, "Bank of Baku" bu yay "GƏLİİİR" şüarı altında müştərilərinə özəl silsilə kampaniya və sürpriz yeniliklərini elan etməkdə davam edir.Müştərilərin sevincinə səbəb olacaq bu silsilənin ən möhtəşəmi "Bolkartla alış-veriş et, Nyu-Yorka 2 nəfərlik səyahət qazan" adlı kampaniyasıdır.İyulun 24-dən sentyabrın 17-dək keçirilən kampaniyada Bolkart debet və Bolkart kredit kart sahibləri iştirak edə bilər. Kampaniya Bolkart kartları ilə həm ölkədaxili, həm də ölkə xaricində edilən bütün ödənişlərə şamil edilir. Şərtlərə əsasən kampaniya dövründə minimum 20 manatlıq (əməliyyat sayı ən azı 5 olmaqla) ödənişlərinin ümumi məbləği daha çox olan Bolkartlı qalib olacaq.Kampaniyanın yekununda əsas qalibin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin həftəlik və aylıq qaliblər də təyin olunaraq hədiyyə ilə mükafatlandırılacaqlar.-Həftə ərzində ödənişlərin ümumi məbləği ən çox olan ilk 3 Bolkartlıya (20 manat dəyərində əməliyyatların sayı həftə ərzində minimum 3 dəfə olmaq) - Bolkart Gold/Bolkart Diamond + 100 manat Bal;-Kampaniya dövründə hər ayın yekununda ödənişlərin ümumi məbləği ən çox olan Bolkartlıya (20 manat dəyərində əməliyyatların sayı ay ərzində minimum 5 dəfə olmaq) Fotoaparat;-Ümumi kampaniya dövründə yuxarıdakı şərtlər nəzərə alınmaqla ödənişlərinin ümumi məbləği ən çox olan Bolkartlıya isə Nyu-Yorka 2 nəfərlik səyahət paketi (aviabilet, transfer və otel daxil olmaqla viza dəstəyi) hədiyyə olunacaq.xeber100.com

İyul 27, 2017 3:30