Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb

2017-ci ilin iyun ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 3026 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.İcbari Sığorta Bürosundan Azərtac-a verilən məlumata görə, bunlardan 1731 müqavilə Türkiyə və İran İslam Respublikasına, 1230 müqavilə Rusiya, Moldova və Ukraynaya, 65 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur. Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 175 731 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 2575-i minik, 237-si yük, 200-ü qoşqu, 11-i avtobus, 3-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.Hazırda Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.“Yaşıl Kart” beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 2015-ci il 28 may tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 2016-cı il yanvarın 1-dən sistem çərçivəsində fəaliyyət göstərir.xeber100.com

İyul 6, 2017 12:27

“PAŞA Həyat” əsas maliyyə göstəricilərini açıqlayıb

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat" bu ilin yanvar-may ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Azərtac-a verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanan 5 aylıq hesabatın nəticələrinə əsasən, "PAŞA Həyat" tərəfindən ümumilikdə 71,711 milyon manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 38,679 milyon manat və ya 2,2 dəfə çox olub.Qeyd edək ki, "PAŞA Həyat" yığımlarının, eləcə də aktivlərinin həcminə (190,525 milyon manat) görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk yeri tutur.Bununla yanaşı, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə, şirkət tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 5,134 milyon manat və ya 51,4 faiz artaraq 15,119 milyon manata çatıb.Cari il iyul ayının 1-nə nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edən "PAŞA Həyat" şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "həyatın müddətli sığortası", "istehsalatda bədbəxt hadisələrdən icbari sığorta", "yığım tərkibli yaşam sığortası", "sağalmaz xəstəliklərdən sığorta", "Ailəmin PAŞA Güvənliyi" və digər könüllü həyat sığortası məhsulları təklif edir.xeber100.com

İyul 6, 2017 12:23