07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Mərkəzi Bankda hərrac keçirilib

İyunun 29-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7021 səviyyəsində formalaşıb.xeber100.com

İyun 29, 2017 12:06

Dövlət Statistika Komitəsinin məlumatı

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 307,4 milyon manatlıq məhsul istehsal edilib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 22 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 57 faiz, əczaçılıq məhsullarının istehsalında isə 2 dəfə artıb. Əsas kimya məhsullarından izopropil spirti istehsalı 46 faiz, yod istehsalı 1,4 faiz, polietilen istehsalı 5,1 faiz, lak-boya məmulatlarının istehsalı 58 faiz artıb. Bununla yanaşı, azot istehsalı 0,3 faiz, oksigen istehsalı 69,7 faiz azalıb. Rezin və plastmas məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 19,9 dəfə, polivinilxlorid borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 12,9 dəfə artıb.xeber100.com

İyun 29, 2017 12:04

Latviya-Azərbaycan biznes forumu keçiriləcək

İyulun 17-də Latviya Respublikasının paytaxtı Riqa şəhərində Latviya-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azərtac-a bildiriblər ki, forum çərçivəsində Latviya iş adamları ilə işgüzar əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur. Latviyaya səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlar iyulun 7-dək AZPROMO-ya müraciət edə bilərlər.xeber100.com

İyun 29, 2017 12:01

Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar bahalaşaraq 44,86 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar artaraq 47,31 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,17 dollar bahalaşaraq 47,97 dollar təşkil edib.xeber100.com

İyun 29, 2017 11:57

Əmlak Məsələləri Dövlət Komitəsi ictimai təqdimat keçirəcək

İyunun 30-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Daşınmaz əmlakın qabaqcadan qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçiriləcək.Bu barədə Azərtac-a komitənin mətbuat xidmətindən məlumat verilib.Tədbirin keçirilməsində məqsəd komitə tərəfindən daşınmaz əmlakın qabaqcadan qeydiyyatı prosesinin mahiyyəti, prosedurları, üstünlükləri barədə ictimaiyyəti maarifləndirməkdir. Eyni zamanda, bu prosesin vətəndaşlara verdiyi faydalar və ümumilikdə daşınmaz əmlak bazarının inkişafındakı müsbət təsirləri barədə məlumatlandırmaqdır.xeber100.com

İyun 29, 2017 11:54

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-may aylarında…

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-may aylarında 6 milyon ton yük, 1 milyon sərnişin daşınıb.Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,9 faiz, sərnişin daşınmasında isə 33,4 faiz artım müşahidə olunub.Orta hesabla sutkada 360 vaqon yüklənib, 419 vaqon isə boşaldılıb.Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,7 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.xeber100.com

İyun 27, 2017 3:28

Dövlət Statistika Komitəsinin məlumatı

2017-ci ilin yanvar-may aylarında hava nəqliyyatı ilə 784,8 min nəfər və ya ötən ilin müvafiq dövrünə nisbətən 25,2 faiz çox sərnişin daşınıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, sərnişin daşımalarının 99,9 faizi dövlət, yalnız 0,1 faizi özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.Hava nəqliyyatı ilə yükdaşıma isə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 63,7 min tona çatıb.xeber100.com

İyun 26, 2017 4:34

Nyu-Yorkun NYMEX birjasında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar bahalaşaraq 45,29 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar artaraq 48,16 dollar olub.xeber100.com

İyun 25, 2017 12:09

Dövlət Statistika Komitəsinin məlumatı

Yanvar-may ayları ərzində ictimai iaşə dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,0 faiz artaraq 472,3 milyon manat olub.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 189,5 milyon manat olub.xeber100.com

İyun 24, 2017 9:28

Bakı Fond Birjasında hərrac keçiriləcək

İyunun 29-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, hərraca çıxarılan notların həcmi 50 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar iyulun 26-da ödəniləcək.Mərkəzi Bankın qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə qatıla bilər. Dəyişikliyə əsasən, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.xeber100.com

İyun 24, 2017 9:23
    Page 257 of 381« First«...102030...255256257258259...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az