2017-ci ilin yanvar-may aylarında hava nəqliyyatı ilə 784,8 min nəfər və ya ötən ilin müvafiq dövrünə nisbətən 25,2 faiz çox sərnişin daşınıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, sərnişin daşımalarının 99,9 faizi dövlət, yalnız 0,1 faizi özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.Hava nəqliyyatı ilə yükdaşıma isə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 63,7 min tona çatıb.xeber100.com